SOCAR-ın Təsərrüfat İdarəsində və İnsan Resursları Departamentində, “Azneft” İstehsalat Birliyinin inzibati binası və onun strukturuna aid olan Maddi Texniki Təchizat İdarəsinin inzibati binasında və 2 saylı Sənqəçal bazasında, 1 saylı Texnoloji Nəqliyyat İdarəsinin inzibati binasında, “Abşeronneft”, Ə.Əmirov adına NQÇİ-nin inzibati binalarında, N.Nərimanov adına NQÇİ-nin inzibati binasında və onun strukturuna aid olan Neftin Kompleks Hazırlanması və Nəqli, Qaz Kompressor, Elektrik Təchizatı və Elektrik Avadanlıqlarının Təmiri, Prosesslərinin Avtomatlaşdırılması və Nəzarət Ölçü Cihazları, Dəniz Neft Mədən Hidrotexnik Qurğuların Təmiri, Quyuların əsaslı və yeraltı təmiri, İstismar avadanlıqlarının təmiri sahələrində, İstehsalat Xidmət Bazasında, “28 May” NQÇİ-nin 6-8 saylı Dərin Dəniz Özüllərində, Qazın Tam Hazırlanması və Nəqli (Hövsan, Zirə) sahələrində, Dalğıc xidmətinin Pirallahı, Dalma Qurğularının təmiri və Kirayəsi üzrə Eksperimental İstehsalat Müəssisənin və Qaz Emalı zavodunun sex və sahələrində, Qaz Anbarları İstismarı İdarəsinin inzibati binası və sahələrində, Neft Kəmərləri İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan İxrac İstehsalat Bölümünün inzibati binasında, Qaradağ İstehsalat Bölümünün Anbar Təsərrüfatında, Daşgil və Puta Neftin Nəqli, Abşeron İstehsalat Bölümünün Sumqayıt Neftin Nəqli, Sabunçu və Suraxanı Neftin Nəqli sahələrində, “Neftqaztikinti” trestinin inzibati binasında və onun strukturuna aid olan 2, 5, 6 və 7 saylı Tikinti Quraşdırma Bölümlərində, Neftqazelmitədqiqatlayihə İnstitutunun Eksperimental Təcrübə Sınaq İşləri Bazasında, Azərkimya İstehsalat Birliyinin inzibati binasında və onun struktur bölmələri olan Təmir-Tikinti İdarəsində, Etilen – Polietilen zavodunda, Qaz İxracı İdarəsinin inzibati binasında və onun strukturuna aid olan Abşeron Magistral Qaz Kəmərlərinin İdarəsinin Sumqayıt, Xırdalan Qaz Paylayacı Stansiyalarında, Anbar Təsərrüfatında, Qazax Magistral Qaz Kəmərlərinin İdarəsinin inzibati binasında və onun strukturuna aid olan Sement zavod Avtomatlaşdırılmış və Gəncə Qaz Paylayıcı Stansiyalarında, Qərb Qaz Xidmətinin inzibati binasında, Azəriqaz İstehsalat Birliyinin inzibati binası və onun struktur bölmələri olan Layihə Konstruktor Bürosu və Bakı Regional Qaz Satış Departamentində, Bakı Regional Qaz İstismar Departamentinin Yasamal, Nəsimi, Binəqədi, Xəzər, Xətai, Sabunçu, Abşeron, Nərimanov, Suraxanı, Qaradağ Texniki İstismar Xidmətlərində, Təmir Tikinti İdarəsinin 1, 3 və 4 saylı Təmir Quraşdırma, 1, 2 və 4 saylı Qəza Təmir Bərpa Xidməti sahələrində, Qaz Kəmərlərinin Sökülməsi, Ümumi Tikinti sahələrində, Sənaye Qaz Sayğaclarının Xidmət Mərkəzində, Anbar Təsərrüfatında, Şəmkir Regional Qaz İstismar İdarəsinin Qazax, Ağstafa, Tovuz, Şəmkir Xidmət sahələrində, Gəncə Regional Qaz İstismar İdarəsinin Gəncə, Samux, Goranboy, Göygöl Xidmət sahələrində, Kompleks Qazma İşləri Trestinin inzibati binasında və onun strukturuna aid olan 1 və 2 saylı Anbar Təsərrüfatlarında, Geofizika və Geologiya İdarəsinin inzibati binasında və onun strukturuna aid olan Mədəngeofizika İstehsalat Bölümünün Bahar, Sənqəçal və Azəri Mühəndis Geoloji Ekspredisiyalarında, Kəşfiyyatgeofizika İstehsalat Bölümündə, Geofiziki Materialların Emalı İnpretasiya Ekspredisiyası sahəsində, Kompleks Mühəndis Axtarışı İstehsalat Birliyində, SOCAR-ın Bakı Ali Neft Məktəbinin Bibiheybət sahəsindəki inzibati binasında, Sənaye Təhlükəsizlik İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Albalıq və Qum adası sahələrində, Sosial İnkişaf İdarəsinin inzibati binasında, Karbamid zavodunun inzibati binası, sex və sahəsində, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Bakı Neft, Neft Məhsullarının Qəbulu və Göndərilməsi Bazalarında, Nəqliyyat İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan 1, 2 və 4 saylı Texnoloji Nəqliyyat Departamentlərinin inzibati binalarında, xüsusi texnika və nəqliyyat vasitələrində, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Daşgil - Sənqəçal Rabitə İnformasiya sahəsində, Qobustan Avtomatlaşdırılmış Telefon Stansiyasında, İnformasiya Kommunikasiyaları Texnoloji Xidmət departamentində, Abşeron - Qala İnformasiya Kommunikasiya Texnologiyaları Xidmət sahəsində, Bakı Olimpiya Stadionun ərazisində, Ümid-Babək Neft Əməliyyat Şirkətinin Mərkəzi anbarında, eyni zamanda O.Vəliyev 1 ünvanında yerləşən inzibati binada, Tullantıların emalı departamentinin 3, 4, 5, 6-cı (H.Əliyev adına NEZ-in 9-cu sahəsinin ərazisi) sahələrində, Torpaqların rekultivasiyası departamentinin 1-ci (H.Z.Tağıyev adına NQÇİ-nin mədən ərazisi), 2-ci (“Bibiheybətneft” NQÇİ-nin mədən ərazisi) sahələrində ümumilikdə 281 398 m2 deratizasiya, 258 009 m2 dezinseksiya və 294 958 m2 sahədə Koronavirus (COVİD-19) infeksiyası əleyhinə dezinfeksiya işləri yerinə yetirilmişdir.
Bundan başqa QSC-nin baş ofisində, inzibati binalarında və bütün xidməti sahələrində Koronavirus infeksiyasına yoluxması faktını müəyyən etmək məqsədi ilə, işçilərin hər gün işə başlamazdan əvvəl xüsusi cihaz vasitəsi ilə hərarətlərinin ölçülməsi, əllərin və ayaqların xüsusi vasitələrdən istifadə etməklə dezinfeksiya edilməsi, maarifləndirmə işlərinin aparılması ən vacib qabaqlayıcı tədbir kimi yoluxmanın qarşısını almaq məqsədi daşıyır.
Məlum olduğu kimi, “Sanitariya - Epidemioloji Salamatlıq Haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinə uyğun olaraq Nazirlər Kabinetinin 2021-ci il 22 dekabr tarixli qərarına əsasən ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2022-ci il 01 mart saat 00.00-dək uzadılmışdır.
Uzadılmış karantin rejimi dövründə Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən Koronavirus (COVİD-19) infeksiyasının yayılması əleyhinə dezinfeksiya işləri SOCAR-ın idarə və müəssisələrində, birgə müəssisələrdə, idman komplekslərində və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət sahələrində mütəmadi olaraq davam etdirilir.