ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin kollektivi “Xocalı soyqırımı qurbanlarının” əziz xatirəsini heç zaman unutmayacaq.
Xocalı soyqırımından 30 il ötməsinə baxmayaraq bu faciənin  ildönümü hər il respublikamızın hər yerində, eləcə də diaspor təşkilatlarında geniş  miqyasda qeyd olunur. Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar fevralın 25-də “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş ofisində tədbir keçirilmişdir. 

Tədbirdə çıxış edən  QSC-nin baş direktoru Ramil Əliyev faciə qurbanlarının  əziz xatirəsini  bir dəqiqəlik sükutla yad edilməsini təklif etdi və Xocalı soyqırımı   xalqımızın  böyük dərdi, kədəri olmaqla yanaşı, eyni zamanda Azərbaycan xalqının  qan yaddaşında öz milli azadlığı uğrunda  keçdiyi şərəfli mübarizə yolu kimi qalacağını bildirdi.
     Daha sonra Ramil Əliyev  çıxışını davam etdirərək bildirdi ki,  1992-ci il fevralın 25-dən 26-na keçən gecə  erməni cəlladları Xankəndində yerləşən 366-cı alayın  yaxından köməkliyi ilə Xocalı şəhərini tamamilə yandırdılar. Şəhəri işğal  etmiş erməni təcavüzkarları 613 dinc  sakini, o cümlədən  106  qadını, 63 uşağı və 70 ahıl insanı amansızlıqla, 56 nəfəri xüsusi qəddarlıqla  qətlə yetirmiş,  1275 nəfəri əsr götürmüş, 8 ailəni isə tamamilə məhv etmişlər. Bu bəşər tarixində törədilən ən ağır cinayətlərdən biridir.
Ramil Əliyev çıxışında vurğuladı ki, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır. 
“Xocalı soyqırımı öz miqyasına görə Xatın və Sonqmi faciələri ilə bir sırada dayanır. Bu təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlıq və bəşəriyyət əleyhinə yönəlmiş ən ağır cinayətlərdən biridir” deyən Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ilin fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü” haqqında qərar qəbul etdi və BMT-dən, dünya dövlətlərindən bu qətliamın gerçək mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyətin erməni terrorizminə qarşı təsirli tədbirlər görülməsini tələb etdi.
Nəticə olaraq Azərbaycanın haqlı mövqeyini bütün dünyaya daha gur səslə nümayiş etdirən Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin, Milli Ordumuzun və Azərbaycan xalqının birliyi nəticəsində 27 Sentyabr 2020-ci ildə əks hücuma keçən  “Dəmir Yumruq” əməliyyatı  nəticəsində Zəfər çalaraq, işğalda olan bütün ərazilərimiz  erməni işğalçılarından azad edildi. Bu isə ürəkləri daima Vətən eşqi ilə döyünən Xocalı Şəhidlərinin müqəddəs ruhuna hörmət və ehtiramlarının bariz nümunəsidir.
Tədbirdə İqtisadiyyat və Uçot departamentinin rəisi Əli Bağış, Həmkarlar İttifaqı Komitəsinin sədri Əli Ələkbərov və ictimai sosial şöbənin mühəndisi Edilman Məmmədov öz çıxışlarında Xocalı soyqırımının Ermənistanın Qarabağı  işğal etmək məqsədi ilə apardığı işğalçılıq  müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi soyqırımı cinayətlərinin  miqyasına görə ən dəhşətlisi olduğunu bildirdilər. 
Xocalı soyqırımının  30-cu ildönümü ilə əlaqədar QSC-nin istehsalat sahələrində  təşkil olunmuş stendlərin önünə tər çiçəklər düzülmüşdür.




















 


tarix : 25.02.2022

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.