Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra 8 Mart Beynəlxalq Qadınlar Günü istirahət günü olmaqla, bu bayram hər il respublikamızın hər yerində müəssisə və təşkilatlarda böyük təntənə ilə qeyd edilir.
Martın 5-də ənənəvi olaraq “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş ofisində və xidmət sahələrində bu əlamətdar gün münasibətilə tədbir keçirilmişdir. Tədbiri çıxış sözü ilə açan cəmiyyətin Baş direktoru Ramil Əliyev və digər natiqlər kollektivin qadın üzvlərini 8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə təbrik etmişlər. Respublikamızın ictimai-siyasi həyatında, dövlət quruculuğunda və iqtisadi inkişafında qadınların rolunu xüsusilə vurğulamışlar.
Çıxışlarda QSC-nin kollektivinin 30%-ni təşkil edən qadınların əməyi yüksək qiymətləndirilmiş, onlara can sağlığı, uzun ömür, ailə səadəti və işlərində müvəffəqiyyətlər arzulanmışdır.
Sonda QSC-nin rəhbərliyi Həmkarlar İttifaqı Komitəsi tərəfindən qadın kollektivinin hər bir üzvünə tər çiçəklər və hədiyyələr təqdim olunmuşdur. Tədbirdə iştirak edən kollektivin qadın üzvləri göstərdikləri diqqət və qayğıya görə QSC rəhbərliyinə və Həmkarlar İttifaqı Komitəsinə öz təşəkkürlərini bildirmişlər.