SOCAR-ın Təsərrüfat İdarəsində və İnsan Resursları Departamentində, “Azneft” İstehsalat Birliyinin inzibati binası və onun strukturuna aid olan Maddi Texniki Təchizat İdarəsinin inzibati binasında və 2 saylı Sənqəçal Bazasında, 1 və 2 saylı İxtisaslaşdırılmış Neft Mədən Xüsusi Texnika İdarələrinin inzibati binalarında, “Abşeronneft”, Ə.Əmirov, N.Nərimanov adına NQÇİ-nin inzibati binalarında, “28 May” NQÇİ-nin Qazın Tam Hazırlanması və Nəqli (Hövsan, Zirə) sahələrində, Neftin Tam Hazırlanması (Dübəndi) sahəsində, Qaz Emalı zavodunun sex və sahələrində, Dalğıc xidmətinin Pirallahı sahəsində, Qaz Anbarları İstismarı İdarəsinin inzibati binası və sahələrində, Neft Kəmərləri İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Anbar Təsərrüfatı Bölümündə, Abşeron İstehsalat Bölümünün Sumqayıt Neftin Nəqli sahəsində, İxrac İstehsalat Bölümündə, Qaradağ İstehsalat Bölümünün Daşgil və Lökbatan Neftin Nəqli sahələrində, “Neftqaztikinti” trestinin inzibati binasında və onun strukturuna aid olan 6 və 7 saylı Tikinti Quraşdırma Bölümlərində, Neftqazelmitədqiqatlayihə İnstitutunun inzibati binasında, Azərkimya İstehsalat Birliyinin inzibati binasında və onun struktur bölmələri olan Təmir-Tikinti İdarəsində, Etilen – Polietilen zavodunda, Qaz İxracı İdarəsinin inzibati binasında və onun strukturuna aid olan Qaz Kəmərlərinin Korroziyadan Mühafizəsi departamentində, Anbar Təsərrüfatında, Abşeron Magistral Qaz Kəmərlərinin İdarəsinin Masazır, Xırdalan, Qaradağ, Yeni Suraxanı, Şimal Qaz Paylayacı Stansiyasında, Azəriqaz İstehsalat Birliyinin inzibati binası və onun struktur bölmələri olan Avtomatika və Metrologiya Departamentində, Layihə Konstruktor Bürosunda, Texniki Nəzarət şöbəsində, Bakı Regional Qaz Satış Departamentinin inzibati binasında, Bakı Regional Qaz İstismar Departamentinin inzibati binası və onun struktur bölmələri olan Yasamal, Nəsimi, Binəqədi, Sabunçu, Suraxanı, Nizami, Qaradağ, Səbayıl, Nizami, Abşeron, Nərimanov, Xəzər, Xətai Texniki İstismar Xidmətlərində, Təmir Tikinti İdarəsinin 1, 2, 3 və 4 saylı Təmir Quraşdırma, 1, 2 və 4 saylı Qəza Təmir Bərpa Xidməti sahələrində, Sənaye Qaz Sayğaclarının Xidmət Mərkəzində, Qaz Kəmərlərinin Sökülməsi, Ümumi Tikinti sahələrində, Kompleks Qazma İşləri Trestinin inzibati binasında və onun strukturuna aid olan “Neft Daşları” Günəşli İstehsalat Birliyinin Qala, Pirallahı sahələrində, 2 saylı Anbar Təsərrüfatlarında, Qazma Servis İstehsalat Bölümündə, Geofizika və Geologiya İdarəsinin inzibati binasında və onun strukturuna aid olan Mədəngeofizika İstehsalat Bölümünün Sənqəçal-Şirvan, Azəri Mədən Geoloji, Geofiziki Materialların Emalı İnpretasiya Ekspredisiyalarında, Kəşfiyyatgeofizika İstehsalat Bölümündə, Kompleks Mühəndis Axtarışı İstehsalat Birliyində, Sosial İnkişaf, Sənaye Təhlükəsizlik, Təhlükəsizlik İdarələrinin inzibati binalarında, Metanol zavodunun inzibati binası, sex və sahəsində, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Bakı Neft, Neft Məhsullarının Qəbulu və Göndərilməsi Bazalarında, Ümid – Babək Əməliyyat şirkətinin Mərkəzi Anbarında, Nəqliyyat İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan 1, 2, 4 və 6 saylı Texnoloji Nəqliyyat Departamentlərinin inzibati binalarında, xüsusi texnika və nəqliyyat vasitələrində, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Abşeron - Qala İnformasiya Kommunikasiya Texnologiyaları Xidmət sahəsində, Daşgil-Sənqəçal Rabitə İnformasiya İdarəsində, Qobustan Avtomatlaşdırılmış Telefon Stansiyasında, eyni zamanda O.Vəliyev 1 ünvanında yerləşən inzibati binada, Tullantıların emalı departamentinin 3, 4, 5, 6-cı (H.Əliyev adına NEZ-in 9-cu sahəsinin ərazisi) sahələrində, Torpaqların rekultivasiyası departamentinin 1-ci (H.Z.Tağıyev adına NQÇİ-nin mədən ərazisi), 2-ci (“Bibiheybətneft” NQÇİ-nin mədən ərazisi) sahələrində ümumilikdə 188 120 m2 deratizasiya, 229 415 m2 dezinseksiya və 268 320 m2 sahədə Koronavirus (COVİD-19) infeksiyası əleyhinə dezinfeksiya işləri yerinə yetirilmişdir.
Bundan başqa QSC-nin baş ofisində, inzibati binalarında və bütün xidməti sahələrində Koronavirus infeksiyasına yoluxması faktını müəyyən etmək məqsədi ilə, işçilərin hər gün işə başlamazdan əvvəl xüsusi cihaz vasitəsi ilə hərarətlərinin ölçülməsi, əllərin və ayaqların xüsusi vasitələrdən istifadə etməklə dezinfeksiya edilməsi, maarifləndirmə işlərinin aparılması ən vacib qabaqlayıcı tədbir kimi yoluxmanın qarşısını almaq məqsədi daşıyır.
Məlum olduğu kimi, “Sanitariya - Epidemioloji Salamatlıq Haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinə uyğun olaraq Nazirlər Kabinetinin 2021-ci il 22 dekabr tarixli qərarına əsasən ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2022-ci il 01 may saat 00.00-dək uzadılmışdır.
Uzadılmış karantin rejimi dövründə Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən Koronavirus (COVİD-19) infeksiyasının yayılması əleyhinə dezinfeksiya işləri SOCAR-ın idarə və müəssisələrində, birgə müəssisələrdə, idman komplekslərində və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət sahələrində mütəmadi olaraq davam etdirilir.