ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri ” QSC-də “Novruz bayramı” münasibətilə tədbir keçirilmişdir
Öz gəlişi ilə yeni həyat gətirən, qəlbləri sevindirən, ətrafı gözəlləşdirən, təbiəti oyadan, bayramların ən sevimlisi olan Novruz bayramı respublikamızın hər yerində böyük təntənə ilə qeyd olunur.

Martın 18-də “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş ofisində "Novruz bayramı” münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə QSC-nin rəhbərliyi, “Ekologiya” İdarəsinin, departament, şöbə  rəisləri və kollektivin nümayəndələri iştirak etmişlər.
Tədbirdə çıxış edən QSC-nin Baş direktoru Ramil Əliyev qeyd etmişdir ki, özünəməxsus xüsusiyyətləri ilə fərqlənən Novruz bayramı yazın gəlişini simvolizə edən qədim xalq bayramıdır. Bu bayram xalqımızın tarixi kökü ilə bağlı olduğundan adət ənənələrlə zəngindir. Əsrlər boyu bütün müsəlman dünyası, o cümlədən Azərbaycan xalqı bu bayramı müxtəlif və məhdud şəraitdə qeyd etmişlər. Xüsusilə sovetlər dönəmində Novruz bayramı bizim üçün yasaq edilmişdir. Respublikamız öz müstəqilliyinə qovuşduqdan sonra hər il bu bayram dövlət səviyyəsində qeyd edilir. 2009-cu il sentyabrın 30-da “Novruz bayramı” YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilmişdir.
Çıxışının sonunda Ramil Əliyev tədbir iştirakçılarını, eləcə də QSC-nin bütün kollektivini Novruz bayramı münasibəti ilə təbrik etmiş, onlara can sağlığı, uzun ömür, bol ruzi-bərəkət və respublikamızda ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edən şərəfli əmək fəaliyyətlərində müvəffəqiyyətlər arzulamışdır.
Tədbirdə digər çıxış edənlər, Baş direktorun istehsalat üzrə müavini -Texniki direktor Məzahir Hüseynov, Baş direktorun müavini Yaqub Ağasiyev, Baş direktorun SƏTƏM üzrə müavini Eldəniz Həsənli, Ekoloji monitorinq departamentinin rəisi Şahabiddin Albuşov, Həmkarlar İttifaqı Komitəsinin sədri Əli Ələkbərov, Torpaqların rekultivasiyası departamentinin rəis müavini İdayət Hacıyev xalqımızın milli-mənəvi dəyərlərini, adət və ənənələrini özündə əks etdirən Novruz bayramı münasibətilə kollektivi təbrik etmişlər.















tarix : 18.03.2022

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.