ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-nin Ekologiya İdarəsi İDEA İctimai Birliyi ilə birlikdə istifadə olunmuş batareyaların təhsil müəssisələrindən toplanmasını həyata keçirmişdir
“Ekol Mühəndislik Xidmətləri” QSC toplanmış tullantı batareyalarının utilizasiya edilməsi məqsədilə xidmət göstərilən “Azneft” İB-nin Tullantıların İdarə Edilməsi Mərkəzinə (TİEM) təhvil verilməsi üçün İDEA İctimai Birliyi ilə 04.04.2022-ci il tarixli əməkdaşlıq layihəsi haqqında müqavilə imzalamışdır. 

Layihənin əsas məqsədi tullantıların azaldılması məsələlərinin təbliğatı, əhalinin, xüsusilə də gənclərin tullantılarla və onların ətraf mühitə mənfi təsirləri ilə bağlı maarifləndirilməsinin təşkil edilməsidir.
Bu məqsədlə 12.04.2022-cil il tarixində  “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Ekologiya İdarəsinin Xarici əlaqələr şöbəsinin, ətraf mühitin mühafizəsi sahəsinin və İDEA İctimai Birliyinin əməkdaşlarının təşkilatçılığı ilə ilk dəfə olaraq layihə çərçivəsində əməkdaşlıq edən bir sıra təhsil müəssisələrindən toplanan 20 kq-dan çox elektrik batareyaları təhvil alınaraq utilizasiya edilməsi üçün TİEM-ə göndərilmişdir.
Toplanan elektrik batareyaları Bakı Fransız Liseyindən, Azərbaycan Beynəlxalq Məktəbindən (TİSA) və başqa təhsil müəssisələrindən kompyuter “maus”larında, divar saatlarında, mikrofonlarda, stasionar telefonlarda, foto-video aparatlarında və sairə avadanlıqlarda istifadə olunub. Əlavə olaraq könüllü vətəndaşlar tərəfindən də məişətdə istifadə olunan batareyalar qeyd olunan təhsil müəssisələrinə təhvil verilməkdə davam edir.
Bu layihənin həyata keçirilməsi ümumilikdə ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması, ekoloji tarazlığın bərpası, təkrar emalın təşviqi, tullantıların azaldılması və səmərəli idarə olunması olduqca mühüm hadisədir.    












tarix : 14.04.2022

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.