16 aprel 2022-ci il tarixində “Ekol Mühəndislik Xidmətləri” QSC-nin xidmət sahələrində iməcilik keçirilmişdir. İməcilikdə rəhbərlik və kollektivin çoxsaylı nümayəndələri iştirak etmişlər. Tədbir “Ekol Mühəndislik Xidmətləri” QSC-nin xidmət göstərdiyi H.Əliyev adına NEZ-un 9-cu sahəsinin ərazisində yerləşən Tullantıların emalı departamentinin 3, 4, 5 və 6-cı sahələrində, SOCAR-ın “Azneft” İB-nin Qaz Emalı Zavodunun ərazisində, “Abşeronneft”, “BibiHeybətneft” və H.Z. Tağıyev adına NQÇİ-lərin mədən ərazilərinin yaşıllaşdırma sahələrində, Tullantıların İdarə Edilməsi Mərkəzində, eləcə də cəmiyyətin Ekologiya İdarəsinin Balaxanı sahəsində, Dezinfeksiya şöbəsinin inzibati binasının ərazisində, istehsalat sahələrində və “Eko-Park” İnnovasiya mərkəzinin yaşıllıq sahələrində keçirilmişdir.
İməcilik zamanı istehsalat sahələri, inzibati binaların əraziləri alaq otlarından, eləcə də digər tullantılardan təmizlənmiş, yaşıllıqlara qulluq və abadlıq işləri yerinə yetirilmişdir.
tarix : 16.04.2022
|