SOCAR-ın Təsərrüfat İdarəsində və İnsan Resursları Departamentində, “Azneft” İstehsalat Birliyinin inzibati binası və onun strukturuna aid olan Maddi Texniki Təchizat İdarəsinin inzibati binasında və 2 saylı Sənqəçal Bazasında, 2 saylı İxtisaslaşdırılmış Neft Mədən Xüsusi Texnika İdarələsinin inzibati binasında, “Abşeronneft”, “Bibiheybətneft”, H.Z.Tağıyev, Ə.Əmirov, N.Nərimanov adına NQÇİ-nin inzibati binalarında, “28 May” NQÇİ-nin Neftin Tam Hazırlanması (Dübəndi) sahəsində, Dalğıc xidmətinin Pirallahı sahəsində, Qaz Emalı zavodunun sex və sahələrində, Qaz Anbarları İstismarı İdarəsinin inzibati binası və sahələrində, Neft Kəmərləri İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Anbar Təsərrüfatı Bölümündə, Abşeron İstehsalat Bölümünün Sumqayıt, Böyükşor Neftin Təhvili sahələrində, Qaradağ İstehsalat Bölümünün Lökbatan, Puta, Qaradağ Neftin Nəqli sahələrində, İxrac İstehsalat, Dübəndi İstehsalat Bölümlərində, “Neftqaztikinti” trestinin inzibati binasında və onun strukturuna aid olan 2 və 6 saylı Tikinti Quraşdırma Bölümlərində, Neftqazelmitədqiqatlayihə İnstitutunun inzibati binasında, Təcrübə Sınaq İşləri Bazasında, Azərkimya İstehsalat Birliyinin inzibati binasında və onun struktur bölmələri olan Təmir-Tikinti İdarəsində, Etilen - Polietilen zavodunda, Qaz İxracı İdarəsinin inzibati binasında və onun strukturuna aid olan Anbar Təsərrüfatında, Abşeron Magistral Qaz Kəmərlərinin İdarəsinin Digah, Qaradağ, Böyükşor, Xırdalan, Masazır, Yeni Suraxanı, Sumqayıt Qaz Paylayacı Stansiyalarında, Azəriqaz İstehsalat Birliyinin inzibati binası və onun struktur bölmələri olan Metrologiya Departamentində, Bakı Regional Qaz İstismar Departamentinin inzibati binası və onun struktur bölmələri olan Qaradağ, Sabunçu, Sumqayıt, Nizami, Səbail, Suraxanı Texniki İstismar Xidmətlərində, Təmir Tikinti İdarəsinin 1, 2 və 4 saylı Təmir Quraşdırma, 1 və 2 saylı Qəza Təmir Bərpa Xidməti sahələrində, Qaz Sayğaclarının Xidmət Mərkəzində, Anbar Təsərrüfatında, Ümumi Tikinti, Qaz Kəmərlərinin Sökülməsi sahələrində, Texniki Nəzarət şöbəsində, Kompleks Qazma İşləri Trestinin inzibati binasında və onun strukturuna aid olan Neft Daşları-Günəşli İstehsalat Bölümünün Qala sahəsində, Qazmaservis İstehsalat Bölümündə, 2 saylı Anbar Təsərrüfatında, Geofizika və Geologiya İdarəsinin inzibati binasında və onun strukturuna aid olan Mədəngeofizika İstehsalat Bölümünün, Kəşfiyyatgeofizika İstehsalat Bölümünün Geofiziki Materialların Emalı İnpretasiya Ekspredisiyalarında, Kompleks Mühəndis Axtarışı İstehsalat Birliyində, Sosial İnkişaf, Sənaye Təhlükəsizlik İdarələrinin inzibati binalarında, Bakı Olimpiya Stadionunda, Karbamid zavodlarının inzibati binası, sex və sahəsində, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Bakı Neft, Neft Məhsullarının Qəbulu və Göndərilməsi Bazalarında, Nəqliyyat İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan 1, 2, 4 və 6 saylı Texnoloji Nəqliyyat Departamentlərinin inzibati binalarında, xüsusi texnika və nəqliyyat vasitələrində, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin inzibati binasında və onun struktur bölməsi olan Abşeron - Qala İnformasiya Kommunikasiya Texnologiyaları Xidmət sahəsində, eyni zamanda O.Vəliyev 1 ünvanında yerləşən inzibati binada, Tullantıların emalı departamentinin 3, 4, 5, 6-cı (H.Əliyev adına NEZ-in 9-cu sahəsinin ərazisi) sahələrində, Torpaqların rekultivasiyası departamentinin 1-ci (“Abşeronneft”, H.Z.Tağıyev adına NQÇİ-nin mədən ərazisi), 2-ci (“Bibiheybətneft” NQÇİ-nin mədən ərazisi) sahələrində ümumilikdə 239 074 m2 deratizasiya, 245 955 m2 dezinseksiya və 313 653 m2 sahədə Koronavirus (COVİD-19) infeksiyası əleyhinə dezinfeksiya işləri yerinə yetirilmişdir.
Bundan başqa QSC-nin baş ofisində, inzibati binalarında və bütün xidməti sahələrində Koronavirus infeksiyasına yoluxması faktını müəyyən etmək məqsədi ilə, işçilərin hər gün işə başlamazdan əvvəl xüsusi cihaz vasitəsi ilə hərarətlərinin ölçülməsi, əllərin və ayaqların xüsusi vasitələrdən istifadə etməklə dezinfeksiya edilməsi, maarifləndirmə işlərinin aparılması ən vacib qabaqlayıcı tədbir kimi yoluxmanın qarşısını almaq məqsədi daşıyır.
Məlum olduğu kimi, “Sanitariya - Epidemioloji Salamatlıq Haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinə uyğun olaraq Nazirlər Kabinetinin 2021-ci il 22 dekabr tarixli qərarına əsasən ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2022-ci il 01 may saat 00.00-dək uzadılmışdır.
Uzadılmış karantin rejimi dövründə Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən Koronavirus (COVİD-19) infeksiyasının yayılması əleyhinə dezinfeksiya işləri SOCAR-ın idarə və müəssisələrində, birgə müəssisələrdə, idman komplekslərində və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət sahələrində mütəmadi olaraq davam etdirilir.