23 aprel 2022-ci il tarixində “Ekol Mühəndislik Xidmətləri” QSC-nin bütün xidmət sahələrində növbəti dəfə iməcilik keçirilmişdir. İməcilikdə rəhbərlik və kollektivin çoxsaylı əməkdaşları iştirak etmişlər. Tədbir “Ekol Mühəndislik Xidmətləri” QSC-nin xidmət göstərdiyi H.Əliyev adına NEZ-un 9-cu sahəsinin ərazisində yerləşən Tullantıların emalı departamentinin 3, 4, 5 və 6-cı sahələrində, SOCAR-ın “Azneft” İB-nin Qaz Emalı Zavodunun ərazisində, “Abşeronneft”, “BibiHeybətneft” və H.Z.Tağıyev adına NQÇİ-lərin mədən ərazilərinin yaşıllaşdırma sahələrində, Tullantıların İdarə Edilməsi Mərkəzində, eləcə də cəmiyyətin Ekologiya İdarəsinin Balaxanı sahəsində, Dezinfeksiya şöbəsinin inzibati binasının ərazisində, “Eko-Park” İnnovasiya mərkəzində və bütün istehsalat sahələrinin yaşıllıq ərazilərində keçirilmişdir.
İməcilik zamanı istehsalat sahələri, inzibati binaların əraziləri alaq otlarından, eləcə də digər tullantılardan təmizlənmiş, ağacların dibləri boşaldılmış, yaşıllıqlara qulluq və abadlıq işləri yerinə yetirilmişdir.
tarix : 23.04.2022
|