İş yerlərində SOCAR-ın 15 oktyabr 2020-ci il tarixli telefonoqramında nəzərdə tutulmuş profilaktik tədbirlərin, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən olunmuş tədbirlərin yerinə yetirilməsi üçün Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən müntəzəm olaraq dezinfeksiya işləri aparılır.
SOCAR-ın Təsərrüfat İdarəsində və İnsan Resursları Departamentində, “Azneft” İstehsalat Birliyinin inzibati binası və onun strukturuna aid olan Maddi Texniki Təchizat İdarəsinin inzibati binasında və 2 saylı Sənqəçal Bazasında, 2 saylı İxtisaslaşdırılmış Neft Mədən Xüsusi Texnika İdarələsinin inzibati binasında, “Abşeronneft”, Ə.Əmirov, N.Nərimanov adına NQÇİ-nin inzibati binalarında, “28 May” NQÇİ-nin Qazın Tam Hazırlanması və Nəqli (Hövsan, Zirə), Neftin Tam Hazırlanması (Dübəndi) sahələrində, Dalğıc xidmətinin Pirallahı sahəsində, Dalma Qurğularının təmiri və Kirayəsi üzrə Eksperimental İstehsalat Müəssisənin sex və sahələrində, Qaz Emalı zavodunun sex və sahələrində, Qaz Anbarları İstismarı İdarəsinin inzibati binası və onun strukturuna aid olan Anbar Təsərrüfatında, Qaradağ Kompressor, Qazsazlama, Quyuların əsaslı və yeraltı təmiri, İstismar avadanlıqların təmiri, Elektrik təchizatı elektrik avadanlıqlarının təmiri, İstehsalat prosseslərin avtomatlaşdırılması və nəzarət ölçü cihazları sahələrində, 2 saylı Nəqliyyat sahəsində, Neft Kəmərləri İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Dübəndi İstehsalat Bölümündə, Abşeron İstehsalat Bölümünün Sumqayıt Neftin Təhvili sahəsində, Qaradağ İstehsalat Bölümünün Puta Neftin Nəqli sahəsində, Sabunçu və Suraxanı Neftin Nəqli sahələrində, “Neftqaztikinti” trestinin inzibati binasında və onun strukturuna aid olan 5 və 6 saylı Tikinti Quraşdırma Bölümlərində, Neftqazelmitədqiqatlayihə İnstitutunun inzibati binasında, Azərkimya İstehsalat Birliyinin inzibati binasında və onun struktur bölmələri olan Təmir-Tikinti İdarəsində, Etilen - Polietilen zavodunda, Qaz İxracı İdarəsinin inzibati binasında və onun strukturuna aid olan Anbar Təsərrüfatında, Abşeron Magistral Qaz Kəmərlərinin İdarəsinin Xırdalan, Masazır Qaz Paylayacı Stansiyalarında, “28 May” NQÇİ-nin sahəsində, Azəriqaz İstehsalat Birliyinin inzibati binası və onun struktur bölmələri olan Metrologiya Departamentində, Bakı Regional Qaz İstismar Departamentinin inzibati binası və onun struktur bölmələri olan Qaradağ, Sabunçu, Nəsimi, Nərimanov, Yasamal, Abşeron, Binəqədi, Xətai, Xəzər, Sumqayıt, Səbail, Suraxanı Texniki İstismar Xidmətlərində, Təmir Tikinti İdarəsinin 1, 2, 3 və 4 saylı Təmir Quraşdırma, 1, 2 və 4 saylı Qəza Təmir Bərpa Xidməti sahələrində, Anbar Təsərrüfatında, Ümumi Tikinti, Qaz Kəmərlərinin Sökülməsi sahələrində, Sənaye Qaz Sayğaclarının Xidmət Mərkəzində, Layihə Konstruktor Bürosunda, Kompleks Qazma İşləri Trestinin inzibati binasında və onun strukturuna aid olan Neft Daşları-Günəşli İstehsalat Bölümünün Pirallahı sahəsində, 1 saylı Anbar Təsərrüfatında, Geofizika və Geologiya İdarəsinin inzibati binasında və onun strukturuna aid olan Mədəngeofizika İstehsalat Bölümünün “Bahar”, “Azəri”, Sənqəçal Mədəngeoloji Ekspredisiyalarında, Kəşfiyyatgeofizika İstehsalat Bölümündə, Kompleks Mühəndis Axtarışı İstehsalat Birliyində, Sosial İnkişaf, Sənaye Təhlükəsizlik İdarələrinin inzibati binalarında, Metanol və Karbamid zavodlarının inzibati binaları, sex və sahələrində, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Bakı Neft, Neft Məhsullarının Qəbulu və Göndərilməsi Bazalarında, Nəqliyyat İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan 1, 2, 4 və 6 saylı Texnoloji Nəqliyyat Departamentlərinin inzibati binalarında, xüsusi texnika və nəqliyyat vasitələrində, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Abşeron - Qala İnformasiya və Kommunikasiyaları Texnologi Xidmət sahəsində, Daşgil-Sənqəçal Rabitə İnformasiya İdarəsində, Qobustan Avtomatlaşdırılmış Telefon Stansiyasında, “28 May” NQÇİ-nin sahəsində, H.Əliyev adına Bakı Dərin Özüllər Zavodunun sahələrində, Bakı İstedadlar Məktəbində, “Eko-Park İnnovasiya” Mərkəzində, eyni zamanda O.Vəliyev 1 ünvanında yerləşən inzibati binada, Tullantıların emalı departamentinin 3, 4, 5, 6-cı (H.Əliyev adına NEZ-in 9-cu sahəsinin ərazisi) sahələrində, Torpaqların rekultivasiyası departamentinin 1-ci (“Abşeronneft”, H.Z.Tağıyev adına NQÇİ-nin mədən ərazisi), 2-ci (“Bibiheybətneft” NQÇİ-nin mədən ərazisi) sahələrində ümumilikdə 260 897 m2 deratizasiya, 292 163 m2 dezinseksiya və 313 335 m2 sahədə Koronavirus (COVİD-19) infeksiyası əleyhinə dezinfeksiya işləri yerinə yetirilmişdir.
SOCAR AQŞ-nin ərazisində yerləşən 362 m3 -lik su çənində dezinfeksiya işləri aparılmışdır.
Bundan başqa QSC-nin baş ofisində, inzibati binalarında və bütün xidməti sahələrində Koronavirus infeksiyasına yoluxması faktını müəyyən etmək məqsədi ilə, işçilərin hər gün işə başlamazdan əvvəl xüsusi cihaz vasitəsi ilə hərarətlərinin ölçülməsi, əllərin və ayaqların xüsusi vasitələrdən istifadə etməklə dezinfeksiya edilməsi, maarifləndirmə işlərinin aparılması ən vacib qabaqlayıcı tədbir kimi yoluxmanın qarşısını almaq məqsədi daşıyır.
Məlum olduğu kimi, “Sanitariya - Epidemioloji Salamatlıq Haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinə uyğun olaraq Nazirlər Kabinetinin 2021-ci il 22 dekabr tarixli qərarına əsasən ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2022-ci il 01 may saat 00.00-dək uzadılmışdır.
Uzadılmış karantin rejimi dövründə Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən Koronavirus (COVİD-19) infeksiyasının yayılması əleyhinə dezinfeksiya işləri SOCAR-ın idarə və müəssisələrində, birgə müəssisələrdə, idman komplekslərində və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət sahələrində mütəmadi olaraq davam etdirilir.