ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də “28 aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü” nə həsr olunmuş tədbir keçirilmişdir
Aprelin 28-də “Ekol Mühəndislik Xidmətləri” QSC-də “Müsbət iş sağlamlığı və təhlükəsizliyi mədəniyyəti yaratmaq üçün birgə çalışmaq” devizi altında 28 aprel - Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə QSC-nin rəhbərliyi, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri, mühəndis və texniki işçilər iştirak etmişlər. Tədbir iştirakçıları QSC-nin Baş direktorunun SƏTƏM üzrə müavini Eldəniz Həsənli, Ekoloji Monitorinq Departamentinin rəisi Şahabiddin Albushov, Tullantıların Emalı Departamentinin rəisi Zeynal Babayev və Texniki təhlükəsizlik şöbəsinin rəisi Səbuhi Veysəlov çıxış etmişlər.

Qeyd olunmuşdur ki, Beynəlxalq Əmək Təşkilatının məlumatına görə, dünyada hər il istehsalatda təxminən 280 milyon bədbəxt hadisə baş verir. Nəticədə 2 milyondan artıq insan həlak olur və milyonlarla insan ömürlük şikəstliyə düçar olur. Bütün bunlar dünyada əməyin mühafizəsi işinin daha çox aktuallıq kəsb etməsinə səbəb olub və cəmiyyətin diqqətini insanların taleyinə, onların sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunması məsələsinə yönəltmək məqsədilə, Beynəlxalq Əmək Təşkilatı 28 apreli "Ümumdünya Əməyin Mühafizəsi Günü" elan etmişdir. 2004-cü ildən etibarən Azərbaycanda "Ümumdünya Əməyin Mühafizəsi Günü" dövlət səviyyəsində qeyd olunur. Hər il yeni mövzuya həsr olunmuş bu günü 2022-ci ildə  “Müsbət iş sağlamlığı və təhlükəsizliyi mədəniyyəti yaratmaq üçün birgə çalışmaq” devizi  altında  keçirilməsinə  qərar verilmişdir.
Baş direktorunun SƏTƏM üzrə müavini Eldəniz Həsənli mövzu ətrafında çıxış edərək "Ümumdünya Əməyin Mühafizəsi Günü" ilə əlaqədar QSC üzrə həyata keçirilən tədbirlər, müvafiq qanunvericilik tələblərinə əsasən iş yerində çalışarkən müəssisədaxili intizam qaydaları, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsi haqqında geniş məlumat vermiş bu məsələnin daim diqqət mərkəzində olduğunu xüsusilə vurğulamışdır.
Texniki təhlükəsizlik şöbəsinin rəisi Səbuhi Veysəlov öz çıxışında QSC-nin Əməyin mühafizəsi üzrə Daimi Fəaliyyət göstərən Komissiyanın fəaliyyətindən danışmış, bu sahədə görülən müsbət işlərlə yanaşı mövcud nöqsanlar və onların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər barədə geniş məlumat vermişdir. O, qeyd etmişdir ki, “Müsbət iş sağlamlığı və təhlükəsizliyi mədəniyyəti yaratmaq üçün birgə çalışmaq” devizi altında QSC-də bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur ki, bu tədbirlərdə işçilərin iştirakı maksimum dərəcədə təmin ediləcəkdir. Daha sonra o mövzu ətrafında iş yerlərində davranış qaydaları, fərdi mühafizə vasitələrindən istifadə qaydaları, yanğın təhlükəsizliyi qaydalarına riayət olunması və təhlükəsizlik mədəniyyətinin inkişafına müsbət təsir göstərməsi haqqında geniş məlumat verdi.
Tədbirin sonunda əməyin mühafizəsi sahəsində göstərdikləri yüksək peşəkarlığa görə, TRD-nin 1-ci sahəsinin bağbanı Tərzan Hidayətov və 2-ci sahəsinin bağbanı Rövşən Bağırov, TED-nin 4-cü sahəsinin texnoloji qurğuların operatoru Mahir Cəfərov, 5-ci sahəsinin təmizləyicisi Nəriman Həsənov və 6-cı sahəsinin texnoloji qurğuların operatoru İqrar Səfərov, Elektromexanika sexinin qazanxana operatoru İlham Cəfərov, Dezinfeksiya şöbəsinin dezinfektoru Ramin Kazımov, İnzibati təsərrüfat şöbəsinin təmirçi-çilingəri Anar Süleymanov, Nəqliyyat sexinin ekskavator maşinisti Əzəl Abdiyev, Tullantı Mərkəzinin mexaniki Əlipaşa Nəcəfov və yükdaşıyanı Renad Baybukov, “Eko Park” İnnovasiya mərkəzinin yaşıllaşdırma işi üzrə fəhləsi Firdovsi İbrahimov, Ekologiya İdarəsinin böyük mühəndisi Rəhmətulla Vəlimətov və elektrik-qaz qaynaqçısı Eldar Şirinov QSC rəhbərliyi tərəfindən Təşəkkürnaməyə layiq görülmüşlər.
Tədbirin sonunda Təşəkkürnamə alan işçilər onların əməyinə verilən qiymətə, diqqət və qayğıya görə cəmiyyətin rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.


















 

tarix : 28.04.2022

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.