Nizami Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə 28.04.2022-ci il tarixində Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının əsas binasında qanvermə aksiyası keçirilmişdir.
Aksiyada rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları ilə birlikdə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin kollektiv üzvləri də “Qan ver yaşat” adlı yardım kompaniyasında iştirak etmişlər.
Həkim-hemotoloqlar tərəfindən cəmiyyətin donor əməkdaşlarının sağlamlıqları öncədən yoxlanılıb, hər tərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb.
Kollektivin bu aksiyaya qoşulmasının əsas məqsədi qana ehtiyacı olan talassemiya və hemofiliya, eləcə də leykoz xəstələrinə dəstək olmaq, bu xəstələrə yardım etmək, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qan ehtiyatının yaradılmasına dəstək çağırışına qoşulmaqdan ibarət olmuşdur.
Bu kimi tədbirlər belə çətin günlərdə qana ehtiyacı olan vətəndaşlarımıza böyük dəstəkdir və bundan sonra da xeyriyyə aksiyalarında “Ekol Mühəndislik Xidmətləri” QSC-nin əməkdaşları davamlı olaraq iştirak edəcəklər.