Ramazan bayramı bütün müsəlman dünyasının, eləcə də xalqımızın ən əziz bayramlarından biridir. 11 ayın sultanı olan Ramazan bayramı başa çatır. May ayının 2 və 3 Ramazan bayramı dünya müsəlmanları tərəfindən və müstəqil ölkəmizdə böyük sevinc və ruh yüksəkliyi ilə qeyd olunur.
Bu müqəddəs bayram münasibətilə 29.04.2022-ci il tarixində “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş ofisində və xidmət sahələrində tədbirlər keçirilmişdir. Tədbirdə çıxış edənlər cəmiyyətin Baş direktoru Ramil Əliyev, istehsalat üzrə müavin- Ümumi işlər üzrə müavin İsrafil Əliyev, SƏTƏM üzrə müavin Eldəniz Həsənli, İqtisadiyyat və Uçot İdarəsinin rəisi Əli Bağış, Həmkarlar İttifaqı Komitəsinin sədri Əli Ələkbərov cəmiyyət üzrə oruc tutan işçiləri Ramazan bayramı münasibəti ilə təbrik etdilər. Arzu etdilər ki, etdikləri niyyətlər, dualar və ibadətlər Uca Allah tərəfindən qəbul edilsin. Oruc tutan bütün işçilərə bayram sovqatı paylandı. Tədbirlərin sonunda tədbir iştirakçıları, onlara göstərilən diqqət və qayğıya görə QSC rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.