İlk oyunda 2:0 hesablı qələbə qazanan “Ekol” futzalçıları “Neftçi”lə üz-üzə gəldi.
Gərgin idman mübarizə şəraitində keçən oyunun əsas vaxtında qalib müəyyənləşmədiyindən “Neftçi” İK-2 “Ekol” FK-2 komandalar hər biri 5 dəqiqədən ibarət 2 əlavə hissədə mübarizə apardılar. Nəticədə “Ekol” 2:4 hesablı qələbə qazanaraq finalda “Araz-Naxçıvan” futzal komandasının rəqibi oldu.
Çempionatın finalında “Ekol” futzalçılarına uğurlar arzulayırıq.