ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-nin Dezinfeksiya şöbəsi karantin günlərində SOCAR-ın strukturuna daxil olan qurumlarda, birgə müəssisələrdə Koronavirus (COVİD-19) infeksiyasından mühafizə məqsədilə profilaktiki tədbirləri gücləndirilmiş iş rejimində davam etdirirlər.
Karantin günlərində  (25 aprel 2022 – 05 may 2022) Dezinfeksiya  şöbəsinin  əməkdaşları Koronavirus  infeksiyasının  ölkəmizdə  yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirə salınmaz dezinfeksiya işlərini gücləndirilmiş iş rejimində SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrdə, birgə müəssisələrdə, idman komplekslərində və QSC-nin xidmət göstərdiyi sahələrdə davam etdirmişlər.

İş yerlərində SOCAR-ın 15 oktyabr 2020-ci il tarixli telefonoqramında nəzərdə tutulmuş profilaktik tədbirlərin, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən olunmuş tədbirlərin yerinə yetirilməsi üçün Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən müntəzəm olaraq dezinfeksiya işləri aparılır.
SOCAR-ın İnsan Resursları Departamentində, “Azneft” İstehsalat Birliyinin inzibati binası və onun strukturuna aid olan Maddi Texniki Təchizat İdarəsinin inzibati binasında və 2 saylı Sənqəçal Bazasında,  1 saylı İxtisaslaşdırılmış Neft Mədən Xüsusi Texnika İdarələsinin inzibati binasında, “Abşeronneft”, “Bibiheybətneft”, N.Nərimanov, H.Z.Tağıyev adına NQÇİ-nin inzibati binalarında, “28 May” NQÇİ-nin Qazın Tam Hazırlanması və Nəqli (Hövsan, Zirə), Dalğıc xidmətinin Pirallahı sahəsində, Qaz Emalı zavodunun  sex və sahələrində, Qaz Anbarları İstismarı İdarəsinin inzibati binası və onun strukturuna aid olan Anbar Təsərrüfatında, Qaradağ Kompressor, Qazsazlama, Quyuların əsaslı və yeraltı təmiri, İstismar avadanlıqların təmiri, Elektrik təchizatı elektrik avadanlıqlarının təmiri, İstehsalat prosseslərin avtomatlaşdırılması və nəzarət ölçü cihazları sahələrində, Neft Kəmərləri İdarəsinin inzibati binasında və onun  struktur bölmələri olan Anbar Təsərrüfatı NZS sahəsində, Dübəndi İstehsalat Bölümündə, Abşeron İstehsalat Bölümünün Sumqayıt Neftin Təhvili sahəsində, Sabunçu və Suraxanı Neftin Nəqli sahələrində, “Neftqaztikinti” trestinin  inzibati binasında və onun strukturuna aid olan 2, 5, 6 və 7 saylı Tikinti Quraşdırma Bölümlərində, Neftqazelmitədqiqatlayihə İnstitutunun inzibati binasında, Azərkimya İstehsalat Birliyinin inzibati binasında və onun struktur bölmələri olan Təmir-Tikinti İdarəsində, Etilen - Polietilen zavodunda, Qaz İxracı İdarəsinin inzibati binasında və onun strukturuna aid olan Qaz Kəmərlərinin Korroziyadan Mühafizəsi departamentində, Balaxanı Kompressor Xidmətində, Abşeron Magistral Qaz Kəmərlərinin İdarəsinin Böyükşor, Qaradağ, Yeni Suraxanı Qaz Paylayacı Stansiyalarında, Azəriqaz İstehsalat Birliyinin inzibati binası və onun struktur bölmələri olan Texniki Nəzarət şöbəsində, Metrologiya Departamentində, Bakı Regional Qaz İstismar Departamentinin inzibati binası və onun struktur bölmələri olan Qaradağ, Sabunçu, Nəsimi, Nərimanov, Yasamal, Abşeron, Binəqədi, Səbail, Suraxanı Texniki İstismar Xidmətlərində, Təmir Tikinti İdarəsinin 1, 2, 3 və 4 saylı Təmir Quraşdırma sahələrində, Anbar Təsərrüfatında, Ümumi Tikinti, Qaz Kəmərlərinin Sökülməsi sahələrində, Sənaye Qaz Sayğaclarının Xidmət Mərkəzində, Layihə Konstruktor Bürosunda, Kompleks Qazma İşləri Trestinin inzibati binasında və onun strukturuna aid olan Neft Daşları-Günəşli İstehsalat Bölümünün Pirallahı sahəsində, 2 saylı Anbar Təsərrüfatında, Qazma Servis İstehsalat Birliyində, Geofizika və Geologiya İdarəsinin inzibati binasında və onun strukturuna aid olan Mədəngeofizika İstehsalat Bölümünün Sənqəçal Mədəngeoloji Ekspredisiyasında, Kəşfiyyatgeofizika İstehsalat Bölümündə, Kompleks Mühəndis Axtarışı İstehsalat Birliyində, Sosial İnkişaf, Sənaye Təhlükəsizlik, Təhlükəsizlik İdarələrinin inzibati binalarında, Metanol və Karbamid zavodlarının inzibati binaları, sex və sahələrində, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Bakı Neft, Neft Məhsullarının Qəbulu və Göndərilməsi Bazalarında,  Ümid – Babək Əməliyyat şirkətinin Mərkəzi Anbarında, Nəqliyyat İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan 1, 2, 4 və 6 saylı Texnoloji Nəqliyyat  Departamentlərinin inzibati binalarında, xüsusi texnika və nəqliyyat vasitələrində, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Abşeron - Qala İnformasiya və Kommunikasiyaları Texnologi Xidmət sahəsində, Daşgil-Sənqəçal Rabitə İnformasiya İdarəsində, Avtomatlaşdırılmış Telefon Stansiyasında, Bakı İstedadlar Məktəbində, Bakı Ali Neft Məktəbinin inzibati binasında, eyni zamanda O.Vəliyev 1 ünvanında yerləşən inzibati binada, Tullantıların emalı departamentinin 3, 4, 5, 6-cı (H.Əliyev adına NEZ-in 9-cu sahəsinin ərazisi) sahələrində, Torpaqların rekultivasiyası departamentinin  1-ci (“Abşeronneft”,  H.Z.Tağıyev adına NQÇİ-nin mədən ərazisi), 2-ci (“Bibiheybətneft” NQÇİ-nin mədən ərazisi) sahələrində  ümumilikdə 318 443 m2  deratizasiya, 228 969 m2  dezinseksiya və 230 733 m2  sahədə Koronavirus (COVİD-19) infeksiyası əleyhinə dezinfeksiya işləri yerinə yetirilmişdir.
SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrinin ərazilərində 16200 m2  sahələrdə sürünənlərə qarşı dərmanlama işləri aparılmışdır.
Bundan başqa QSC-nin baş ofisində, inzibati binalarında və bütün xidməti sahələrində Koronavirus infeksiyasına yoluxması faktını müəyyən etmək məqsədi ilə, işçilərin hər gün işə başlamazdan əvvəl xüsusi cihaz vasitəsi ilə hərarətlərinin ölçülməsi, əllərin və ayaqların xüsusi vasitələrdən istifadə etməklə dezinfeksiya edilməsi, maarifləndirmə işlərinin aparılması ən vacib qabaqlayıcı tədbir kimi yoluxmanın qarşısını almaq məqsədi daşıyır.
Məlum olduğu kimi, “Sanitariya - Epidemioloji Salamatlıq Haqqında” Azərbaycan Respublikası Qanunun  25-ci maddəsinə uyğun olaraq  Nazirlər Kabinetinin 2021-ci il 22 dekabr tarixli qərarına əsasən ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2022-ci il 01 iyul saat  00.00-dək uzadılmışdır.
Uzadılmış karantin rejimi dövründə Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən Koronavirus (COVİD-19) infeksiyasının yayılması əleyhinə dezinfeksiya işləri SOCAR-ın idarə və müəssisələrində, birgə müəssisələrdə, idman komplekslərində və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət sahələrində mütəmadi olaraq davam etdirilir.


























 


tarix : 12.05.2022

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.