“Bakı Marafonu-2022” layihəsinin əsas tərəfdaşlarından olan SOCAR-ın əməkdaşları ilə birlikdə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin 30 nəfərdən çox əməkdaşları bu sosial yönümlü tədbirdə iştirak etmişlər.
“Küləyə qalib gəl” şüarı altında beşinci dəfə keçirilən Bakı Marafonu bu il fərqli marşrutda təşkil edilmişdir. Yarışın start və finiş nöqtələri Dövlət Bayrağı Meydanında olmuşdur. 15 mindən çox yarış iştirakçıları 21 kilometrlik məsafə qət etmişlər.
Marafon yarışında kişi və qadın kateqoriyası üzrə ilk 3 yeri tutan iştirakçılardan müvafiq olaraq 1 yer 3000 manat, 2 yer 2000 manat və 3 yer 1000 manat pul mükafatı qazanmışlar.
Layihənin sonunda qaliblərə mükafatlar təqdim edilmişdir.