ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin əməkdaşları “Bakı Su İnnovasiya Forumu”nda iştirak etmişdir
2022-ci il may ayının 17-də Azərbaycanda  Baku Marriott Hotel Boulevardda  ilk dəfə olaraq sudan səmərəli istifadə,  bu sahədə optimal  həll yolları və mütərəqqi texnologiyalardan istifadə, çirkab (tullantı) suların idarəedilməsi, təkrar emalı və ətraf mühitə təsirləri, suyun keyfiyyətinin idarəedilməsi, ölçü və nəzarət texnologiyaları mövzularına həsr edilmiş “Bakı Su İnnovasiya Forumu” (“Water İnnovation Forum Baku”) keçirilmişdir. 

Forumun məqsədi, sudan səmərəli istifadəni təşviq etmək, çirkab (tullantı) suların təkrar emalı vasitəsi ilə ətraf mühitə olan neqativ təzyiqlərin (footprint) azaldılması, bu sahədə olan effektiv və innovativ texnologiyaların öyrənilməsi, tətbiqi, o cümlədən dövlət və özəl sektorla sıx əməkdaşlıq mühiti yaradılmasından ibarətdir.
Tədbirin rəsmi açılışından sonra forumun təşkilatçısı açılış nitqi ilə iştirakçıları salamlamışdır. Daha sonra “Suyun İdarəedilməsi, Səmərəli Həllər və Qabaqcıl Texnologiyalar”, “Çirkab (tullantı) Sularının İdarəedilməsi, Təkrar Emal və Ətraf Mühitə Təsirləri”, “Suyun Keyfiyyəti, Analizatorlar və Nəzarət Texnologiyaları” (“Water Quality Management, Analyzers and Control Technologies”) mövzularında müvafiq spikerlər tərəfindən suyun təbiətdə rolu, onun həyat üçün vacibliyi və suyun mühafizə və idarə edilməsi ilə bağlı çıxışlar dinlənilmişdir.
Forumun keçirilməsi 3 paneldən ibarət olmaqla aidiyyəti dövlət qurumları, əlaqədar digər təşkilatlar, yerli və dünyanın aparıcı şirkətlərinin mütəxəssislərinin çıxışı, o cümlədən bütün maraqlı tərəflərin iştirakı ilə oflayn və onlayn formatda baş tutmuşdur. 
Forumda “Ekol Mühəndislik Xidmətləri” QSC-nin “Ekologiya İdarəsinin” rəis müavini professor Əflatun Həsənov və Ekoloji monitorinq departamentinin rəisi Şahabiddin Albuşov  iştirak etmişlər. Əflatun Həsənovun moderatorluğu və Spikerliyi ilə baş tutmuş növbəti paneldə o, suyun keyfiyyətinin idarə edilməsi,  eləcə də analizatorların mühüm rolundan danışmışdır.
Tədbirin yekununda forum iştirakçılarına müvafiq sertifikatlar təqdim edilmişdir.








tarix : 19.05.2022

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.