ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Azərbaycanın Dövlət Müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir"
26 may 2022-ci il tarixində “Ekol Mühəndislik Xidmətləri” QSC-nin “Eko Park” İnnovasiya Mərkəzində Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının təşəbbüsü ilə 28 May - Müstəqillik Gününə həsr edilmiş “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” adlı tədbir keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə “Eko Park” İnnovasiya Mərkəzində yaradılmış şəraitlə tanış olmuşlar və Mərkəzin ərazisində ağac əkmişlər.
Mərkəzin konfrans zalında davam etdirilən tədbir Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başlamış və Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Sonra Müstəqillik Gününə həsr olunmuş videoçarx nümayiş etdirilmişdir. 
Tədbirin davamı olaraq Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, İctimai Sosial şöbənin rəisi Həmkarlar İttifaqı Komitəsinin sədri Əli Ələkbərov və başqaları öz çıxışlarında bildirdilər ki, Azərbaycan Respublikası Müstəqilliyinin əbədiliyi və dönməzliyi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
Daha sonra çıxış edənlər bildirdilər ki, Ümummilli Lider Heydər Əliyevin müstəqilliyimizin qorunub saxlanması və möhkəmlənməsi istiqamətində yorulmaz səyləri bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Bu gün ölkəmiz Müstəqillik tarixinin ən şanlı və şərəfli dövrünü yaşayır. Bütün dünya Müstəqil Azərbaycanın gücünü, qüdrətini Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Müzəffər Ordumuzun 44 gün ərzində işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsində aydın gördü. Bu tarixi zəfəri qazanan xalqımız bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycanın müstəqillliyi əbədi və dönməzdir. 
Çıxışlardan sonra mükafatlandırma mərasimi keçirildi. Mərasimdə Vətən müharibəsi qaziləri, şəhid ailələrinin üzvləri və partiya fəalları Fəxri Fərmanla təltif olundular.
Tədbirin sonunda gənc muğam ifaçısı Ülkər Abdullayeva çıxış etdi. 



























tarix : 27.05.2022

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.