ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də 28 May – “Müstəqillik günü” münasibətilə tədbir keçirilmişdir.
2022-ci il mayın 27-də “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş ofisində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 104 illiyi və 28 May - “Müstəqillik günü” münasibətilə tədbir keçirilmişdir.

Tədbirdə QSC-nin rəhbərliyi, struktur bölmə rəhbərləri, kollektivin üzvləri iştirak etmişlər.
Çıxış sözü ilə tədbiri açıq elan edən Baş direktor Ramil Əliyev tədbir iştirakçılarını salamladı və  28 May - “Müstəqillik günü” münasibətilə təbrik etdi. Sonra, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra Ramil Əliyev çıxışını davam etdirərək Şərqdə ilk demokratik müsəlman respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın müstəqillik əzmini nümayiş etdirməsi, siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi olduğu, Ümummilli Lider Heydər Əliyevin müstəqilliyimizin qorunub saxlanması və möhkəmlənməsi istiqamətində yorulmaz səyləri bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirdiyini bildirdi. Bu gün ölkəmiz Müstəqillik tarixinin ən şanlı və şərəfli dövrünü yaşayır. Bütün dünya Müstəqil Azərbaycanın gücünü, qüdrətini Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Müzəffər Ordumuzun 44 gün ərzində işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsində aydın gördüyünü bildirdi. Bu tarixi zəfəri qazanan xalqımız bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycanın müstəqilliyi əbədi və dönməzdir. 
Tədbirdə çıxış edən digər natiqlər Baş direktorun müavini Yaqub Ağasiyev, Baş direktorun istehsalat üzrə müavini – Texniki direktor Məzahir Hüseynov, İqtisadiyyat və uçot departamentinin rəisi Əli Bağış Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və müstəqilliyimiz haqqında geniş məlumatlar verdilər, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti ilk dövrlərdə həyata keçirdiyi tədbirlər nəticəsində müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyən edilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini, 70 illik fasilədən sonra 1991-ci ildə SSRİ-nin süqutu və xalqımızın milli azadlıq hərəkatı nəticəsində yaranmış əlverişli tarixi bir şəraitdə Azərbaycan özünün dövlət müstəqilliyinin elan etdiyini və Xalq Cümhuriyyətinin varisi elan olunduğu haqqında ətraflı məlumat verdilər. 


tarix : 27.05.2022

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.