ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC “Bakı Enerji Həftəsi” 27-ci Beynəlxalq “ Xəzər Neft və Qaz” sərgisində iştirak edir.
Bu il Xəzər regionunda neft-qaz sahəsinin və enerji sektorunun ən mötəbər tədbiri olan “Bakı Enerji Həftəsi” 27-ci Beynəlxalq “Xəzər Neft və Qaz”, 10-cu yubiley olan Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji Sərgisi, Xəzər Neft və Qaz Konfransı öz işinə başlamışdır. 

“Bakı Enerji Həftəsi” Azərbaycan hökumətinin uğurla mübarizə apardığı pandemiyanın yaratdığı iki illik fasilədən sonra yenidən təşkil olunmuşdur. 
Sərginin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, dövlət rəsmiləri və şirkət rəhbərləri iştirak etmişlər. Bu da sərginin statusunun yüksək olmasını bir daha sübut edir.
01 iyun – 03 iyun 2022-ci il tarixində Bakı Ekspo Mərkəzində keçirilən “Xəzər Neft və Qaz” Caspian Oil and Gas” sərgisinin əsas məqsədi “Bakı Enerji Həftəsi”nin tədbirləri çərçivəsində ənənəvi olaraq ikitərəfli Biznes Görüşlərinin keçirilməsi, aktual mövzular keçiriləcək sessiyalar, “Neft və Qaz sənayesində avtomatlaşdırma üzrə qabaqcıl həllər”, “Neft sənayesində SƏTƏM idarəetməsi”, “Xüsusi tətbiqlər üçün böyük diametrli borular”, “Neft və Qaz bazarında təchizatçı necə olmaq olar”, texnologiyalar, dronlar, avadanlıqlar, robotlar, AGT Low Carbon, Bərpa olunan enerji”, “Elektrik sənayesində qadınlar”, Agilitiy, “Azərbaycan enerji sənayesinə səyahət və gələcəyə baxış” kimi tədbirlərin keçirilməsindən ibarət olacaq. Həmçinin iştirakçı şirkətlərin təqdimatları keçiriləcək.
“Caspian Oil and Gas” sərgisi və Konfransına Azərbaycan Respublikası Energetika Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) rəsmi dəstəyi olmaqla, “İteca Caspian” və İTE Group şirkətinin təşkilatçılığı ilə keçirilən sərgidə dünyanın 31-dən çox ölkəsini təmsil edən 250 şirkət, yerli və xarici mütəxəssislər qatılmışlar.       
Builki “Bakı Enerji Həftəsi” daha dayanıqlı, təhlükəsiz enerji güclərinin yaradılması, yeni əməkdaşlıq üçün qlobal enerji bazarının və beynəlxalq şirkətlərinin bir araya gəlməsi, qlobal çağırışa çevrilmiş dekarbonlaşma, “yaşıl enerji” növlərinin artırılması, Qarabağ və Şərgi Zəngəzurda günəş, külək enerji növlərinin istehsalını təxminən 9-10 min meqavata çatdırılması və unikal “yaşıl enerji zonası” konsepsiyasının yaradılması imkanları vəd edir.
02 iyun – 03 iyun tarixində Bakı Konqres Mərkəzində Bakı Enerji Forumu keçiriləcək. Tədbirdə qlobal enerji perspektivləri, yaşıl enerjiyə keçid, qaz təchizatı, Xəzər regionunda kəşfiyyat və hasilat imkanlarının xəritəsi və bir sıra aktual mövzular ətrafında müzakirələr aparılacaq. 
Bu forumda dünyanın 20 ölkəsindən 400-dən çox nümayəndə iştirak edəcək. Forumda 50 məruzəçinin 25 mövzusu daxil olmaqla “Enerji keçid dövründə dəyişən dünyada yeni imkanlar və problemlər” mövzusuna həsr olunub.
Forumun yekunu Qarabağın işğaldan azad edilmiş ərazilərində baş tutacaq və iyunun 4-də Şuşa şəhərində Bakı Enerji Forumun iştirakçıları ilə sessiya keçiriləcək.
“Ekol Mühəndislik Xidmətləri” QSC yüksək statusa malik 27-ci ilini qeyd etdiyimiz “Xəzər Neft və Qaz” sərgisində maraqlı stendi ilə iştirak edir. QSC-nin fəaliyyət sahələrini, həyata keçirdiyi ekoloji layihələrin və sosial sahəni əks etdirən stend, elektron məlumatlar və əyani materiallar sərgi iştirakçıları tərəfindən böyük maraqla izlənilir.
Təşkilatçılar və iştirakçılar əmindirlər ki, 27 illik bir dövrü arxada qoymuş bu sərgi regionun neft sektorunda əldə olunan nailiyyətlərin, habelə işgüzar əlaqələr və qarşılıqlı əməkdaşlıq üçün yeni perspektivlər yaradan platforma olaraq qalacaq.  























tarix : 02.06.2022

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.