ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də 5 iyun -“Ümumdünya Ətraf Mühit Günü” ilə əlaqədar tədbirlər keçirilmişdir
5 iyun – “Ümumdünya Ətraf Mühit Günü”-nün qeyd olunmasına, 11 may 1971-ci ildə dünyanın 23 ölkəsinin 2200 elm və mədəniyyət xadiminin imzası ilə Birləşmiş Millətlər Təşkilatının Baş katibinə ünvanlanmış müraciət səbəb olmuşdur. Bu müraciətlə onlar bəşəriyyətə ətraf mühitin çirklənməsi barədə xəbərdarlıq vermişlər. Bununla əlaqədar olaraq 16 dekabr 1972-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 27-ci sessiyasında bu günün qeyd olunması elan edilmişdir. Həmçinin bu sessiyada Birləşmiş Millətlər Təşkilatının sistemində yeni təşkilat – BMT  Ətraf  Mühit  Proqramı  (UNEP)  yaradılmışdır.  Hər  il  bu  təşkilat  tərəfindən  5 iyun - “Ümumdünya Ətraf Mühit Günü” kimi qeyd edilir.

Ölkəmizdə də hər il 5 iyun tarixində əlaqədar təşkilatlar tərəfindən “Ümumdünya Ətraf Mühit Günü” qeyd olunur və əhalinin, gənclərin diqqəti bir daha ekoloji problemlərə cəlb edilir.
Ekoloji yönümlü layihələr və xidmətlər həyata keçirən “Ekol Mühəndislik Xidmətləri” QSC-də, hər il olduğu kimi 04.06.2022-ci il tarixində 5 iyun “Ümumdünya Ətraf Mühit Günü” münasibətilə  “Təbiətlə harmoniyada davamlı yaşamaq” mövzusunda baş ofisdə toplantı keçirilmişdir. Keçirilən toplantıda QSC-nin Baş direktoru Ramil Əliyev “Ümumdünya Ətraf Mühit Günü”nün yaranma tarixi, əhəmiyyəti, ətraf mühitin qorunması və yaxşılaşdırılmasına  yönələn işlər, dövlət və milli proqramların uğurlu nəticələri haqqında çıxış etmişdir. 
Daha sonra çıxış edənlər Baş direktorun SƏTƏM üzrə müavini Eldəniz Həsənli, cəmiyyətin “Ekologiya” İdarəsinin müavini Əflatun Həsənov və Ekoloji monitorinq departamentinin rəis müavini Hafis Əbilov mövzu ətrafında çıxış edərək QSC-nin ətraf mühitin mühafizəsi sahəsindəki rolu, ətraf mühitin mühafizəsinə vətəndaş münasibəti, Respublikamızda ətraf mühitin mühafizəsi sahəsində görülən işlər, havanın çirklənməsinin cəmiyyət üçün zərərli olması, bəşəriyyətdə ətraf mühitin çirklənməsi və görülən tədbirlər haqqında məlumat verdilər. Eyni zamanda, Ətraf Mühitin mühafizəsi ilə əlaqədar nümayiş etdirilən video çarx iştirakçılar tərəfindən maraqla izlənmişdir.
Tədbirin davamı olaraq 5 iyun “Ümumdünya Ətraf Mühit Günü” münasibətilə  04.06.2022-ci il tarixində “Ekol Mühəndislik Xidmətləri” QSC-nin xidmət göstərdiyi bütün istehsalat sahələrinin yaşıllıq ərazilərində ənənəvi olaraq yaşıllaşdırma və abadlıq işləri yerinə yetirmək məqsədilə iməcilik keçirilmişdir. İməcilik zamanı istehsalat sahələri, inzibati binaların əraziləri alaq otlarından, eləcə də digər tullantılardan təmizlənmiş, ağacların dibləri boşaldılmış, yaşıllıqlara qulluq və  abadlıq işləri yerinə yetirilmişdir.
Toplantının sonunda Cəmiyyətin bir qrup əməkdaşına ətraf mühitin mühafizəsi sahəsində səmərəli fəaliyyətinə görə Fəxri Fərman təltif olunmuşdur.


































tarix : 04.06.2022

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.