ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-nin Dezinfeksiya şöbəsi karantin günlərində SOCAR-ın strukturuna daxil olan qurumlarda, birgə müəssisələrdə Koronavirus (COVİD-19) infeksiyasından mühafizə məqsədilə profilaktiki tədbirləri gücləndirilmiş iş rejimində davam etdirir.
Karantin günlərində  (25 may 2022 –  06 iyun 2022) Dezinfeksiya  şöbəsinin  əməkdaşları Koronavirus  infeksiyasının  ölkəmizdə  yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirə salınmaz dezinfeksiya işlərini gücləndirilmiş iş rejimində SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrdə, birgə müəssisələrdə, idman komplekslərində və QSC-nin xidmət göstərdiyi sahələrdə davam etdirmişlər.

İş yerlərində SOCAR-ın 15 oktyabr 2020-ci il tarixli telefonoqramında nəzərdə tutulmuş profilaktik tədbirlərin, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən olunmuş tədbirlərin yerinə yetirilməsi üçün Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən müntəzəm olaraq dezinfeksiya işləri aparılır.
SOCAR-ın Təsərrüfat İdarəsində və İnsan Resursları Departamentində, “Azneft” İstehsalat Birliyinin inzibati binası və onun strukturuna aid olan Maddi Texniki Təchizat İdarəsinin inzibati binasında və 2 saylı Sənqəçal Bazasında, 1 və 2 saylı İxtisaslaşdırılmış Neft Mədən Xüsusi Texnika İdarəsinin inzibati binalarında, “Abşeronneft”, “Bibiheybətneft”, Ə.Əmirov, N.Nərimanov, H.Z.Tağıyev adına NQÇİ-nin inzibati binalarında, “28 May” NQÇİ-nin Qazın Tam Hazırlanması və Nəqli (Hövsan, Zirə) sahələrində, Dalğıc xidmətinin Pirallahı sahəsində, Dalma Qurğularının təmiri və Kirayəsi üzrə Eksperimental İstehsalat Müəssisənin sex və sahələrində, Qaz Emalı zavodunun  sex və sahələrində, Qaz Anbarları İstismarı İdarəsinin inzibati binasında və onun strukturuna aid olan Anbar Təsərrüfatında, Qaradağ Kompressor, Qaradağ Qazsazlama, Quyuların əsaslı və yeraltı təmiri, İstismar avadanlıqların təmiri, Elektrik Təchizatı və Avadanlıqlarının təmiri, İstehsalat prosesslərin avtomatlaşdırılması və nəzarət ölçü cihazları sahələrində, Neft Kəmərləri İdarəsinin inzibati binasında və onun  struktur bölmələri olan Dübəndi İstehsalat Bölümündə, Anbar Təsərrüfatı Bölümünün Sənqəçal sahəsində, Qaradağ İstehsalat Bölümünün Lökbatan, Puta və Sumqayıt Neftin Nəqli sahələrində, İxrac İstehsalat Bölümünün Şirvanlı və  Siyəzən Neftin Təhvili sahələrində, Şirvanlı Qəza Bərpa Dəstəsi sahəsində, Abşeron İstehsalat Bölümünün Suraxanı və Sabunçu Neftin Nəqli sahələrində, “Neftqaztikinti” trestinin  inzibati binasında və onun strukturuna aid olan 2, 5, 6 və 7 saylı Tikinti Quraşdırma Bölümlərində, Neftqazelmitədqiqatlayihə İnstitutunun Ekspermental Təcrübə Sınaq İşləri Bazasında, Azərkimya İstehsalat Birliyinin inzibati binasında və onun struktur bölmələri olan Təmir-Tikinti İdarəsində, Etilen - Polietilen zavodunda, Qaz İxracı İdarəsinin inzibati binasında və onun strukturuna aid olan Qaz Kəmərlərinin Korroziyadan Mühafizəsi departamentində, Anbar Təsərrüfatında, Astara Magistral Qaz Kəmərlərinin İdarəsinin inzibati binası və onun struktur bölmələri olan Astra Kompressor Stansiyasının sexlərində, Ərçivan, Lerik, Şahağacı, Hirkan, Lənkəran, Xarxatan, Ordahal, Yardımlı, Əngövül, Tüklə, Masallı və Alvadı Qaz Paylayıcı Stansiyalarında, Salyan, Neftçala, İmişli, Biləsuvar, Sabirabad və Cəlilabad rayonlarının sahələrində,  Siyəzən Magistral Qaz Kəmərlərinin İdarəsinin inzibati binası və onun struktur bölmələri olan Şirvanlı Xətti İstismar Xidmətində, Şabran, Yalama, Qusar, Quba, Xaçmaz, Siyəzən və Şirvanovka Qaz Paylayıcı Stansiyalarında, Şirvanovka Dövlətarası Ölçü Qovşağı, Şahdağ Modul Stansiyası Qaz Təmizləyici Məntəqələrində, Abşeron Magistral Qaz Kəmərlərinin İdarəsinin Sumqayıt, Hövsan, Xırdalan, Masazır, Cilov, Yeni Suraxanı, Qaradağ, Balaxanı Qaz Paylayacı və Modul Elektrik Stansiyalarında, Hacıqabul Magistral Qaz Kəmərlərinin İdarəsinin Kürsəngi - Qarabağ Qaz Kompressor Stansiyalarında, Azəriqaz İstehsalat Birliyinin inzibati binası və onun struktur bölmələri olan Lənkəran Regional Qaz İstismar departamentinin inzibati binası və onun struktur bölmələri olan Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı Xidmət sahələrində, Xaçmaz Regional Qaz İstismar departamentinin inzibati binası və onun struktur bölmələri olan Xudat, Xaçmaz, Qusar, Quba, Siyəzən, Şabran Xidmət sahələrində, Salyan Regional Qaz İstismar departamentinin inzibati binası və onun struktur bölmələri olan Biləsuvar, Salyan, Saatlı, Sabirabad, Neftçala, İmişli Xidmət sahələrində, Bakı Regional Satış departamentinin inzibati binasında, Bakı Regional Qaz İstismar departamentinin inzibati binası və onun struktur bölmələri olan Sabunçu, Sumqayıt, Nərimanov, Yasamal, Nəsimi, Binəqədi, Abşeron, Suraxanı və Qaradağ Texniki İstismar Xidmətlərində, Layihə Konstruktor Bürosunda, Təmir Tikinti İdarəsinin 1, 2, 3 və 4  saylı Təmir Quraşdırma, 1 saylı Qəza Təmir Bərpa Xidməti sahələrində, Texniki Nəzarət şöbəsində, Sənaye Qaz Sayğaclarının Xidmət Mərkəzində, Anbar Təsərrüfatında, Ümumi Tikinti, Qaz Kəmərlərinin Sökülməsi sahələrində, Metrologiya departamentində, Kompleks Qazma İşləri Trestinin inzibati binasında və onun strukturuna aid olan Abşeron İstehsalat Bölümünün Siyəzən sahəsində, Neft Daşları-Günəşli İstehsalat, Bulla-Sahil İstehsalat Bölümlərində, 1 və 2 saylı Anbar Təsərrüfatlarında, Qazmaservis İstehsalat Birliyində, Geofizika və Geologiya İdarəsinin inzibati binasında və onun strukturuna aid olan Mədəngeofizika İstehsalat Bölümünün Bahar Mədəngeoloji, Kəşfiyyatgeofizika İstehsalat Bölümünün Geofiziki Materialların Emalı İnpretasiya Ekspredisiyalarında,  Kompleks Mühəndis Axtarışı İstehsalat Birliyində, Sosial İnkişaf İdarəsinin Bakı İstedadlar Kompleksində, Təhlükəsizlik, Sənaye Təhlükəsizlik İdarələrində, Metanol və Karbamid zavodlarının inzibati binaları, sex və sahələrində, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Bakı Neft, Neft Məhsullarının Qəbulu və Göndərilməsi Bazalarında,  Ümid – Babək Əməliyyat şirkətinin Mərkəzi Anbarında, Nəqliyyat İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan 1, 2, 4 və 6 saylı Texnoloji Nəqliyyat  Departamentlərinin inzibati binalarında, xüsusi texnika və nəqliyyat vasitələrində, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Abşeron – Qala, “28 may” İnformasiya və Kommunikasiyaları Texnologi Xidmət sahələrində, Daşgil-Sənqəçal Rabitə İnformasiya İdarəsində, Qobustan Avtomatlaşdırılmış Telefon Stansiyasında, Bakı Ali Neft Məktəbinin inzibati binasında, H.Əliyev adına Bakı Dərin Özüllər Zavodunun sahələrində, “Eko-Park İnnovasiya” Mərkəzində, “Azneft” İB-nin Tullantıların İdarə Edilməsi Mərkəzində, eyni zamanda O.Vəliyev 1 ünvanında yerləşən inzibati binada, Tullantıların emalı departamentinin 3, 4, 5, 6-cı (H.Əliyev adına NEZ-in 9-cu sahəsinin ərazisi) sahələrində, Torpaqların rekultivasiyası departamentinin  1-ci (“Abşeronneft”,  H.Z.Tağıyev adına NQÇİ-nin mədən ərazisi), 2-ci (“Bibiheybətneft” NQÇİ-nin mədən ərazisi) sahələrində  ümumilikdə 378 699 m2  deratizasiya, 309 797 m2  dezinseksiya və 87141.16 m2  sahədə Koronavirus (COVİD-19) infeksiyası əleyhinə dezinfeksiya işləri yerinə yetirilmişdir.
SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrinin ərazilərində 33382 m2  sahələrdə sürünənlərə qarşı dərmanlama işləri aparılmışdır.
Bundan başqa QSC-nin baş ofisində, inzibati binalarında və bütün xidməti sahələrində Koronavirus infeksiyasına yoluxması faktını müəyyən etmək məqsədi ilə, işçilərin hər gün işə başlamazdan əvvəl xüsusi cihaz vasitəsi ilə hərarətlərinin ölçülməsi, əllərin və ayaqların xüsusi vasitələrdən istifadə etməklə dezinfeksiya edilməsi, maarifləndirmə işlərinin aparılması ən vacib qabaqlayıcı tədbir kimi yoluxmanın qarşısını almaq məqsədi daşıyır.
Məlum olduğu kimi, “Sanitariya - Epidemioloji Salamatlıq Haqqında” Azərbaycan Respublikası Qanunun  25-ci maddəsinə uyğun olaraq  Nazirlər Kabinetinin 2021-ci il 22 dekabr tarixli qərarına əsasən ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2022-ci il 01 iyul saat  00.00-dək uzadılmışdır.
Uzadılmış karantin rejimi dövründə Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən Koronavirus (COVİD-19) infeksiyasının yayılması əleyhinə dezinfeksiya işləri SOCAR-ın idarə və müəssisələrində, birgə müəssisələrdə, idman komplekslərində və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət sahələrində mütəmadi olaraq davam etdirilir.




























tarix : 08.06.2022

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.