ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin “Ekologiya” İdarəsində yeni təyinatlar olmuşdur.
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin “Ekologiya” İdarəsinin rəis müavini Əflatun Mürsəl oğlu Həsənov idarənin rəisi və Biomüxtəliflik departamentinin rəisi Sadiq Vaqif oğlu Kərimov rəis müavini vəzifəsinə təyin olunmuşlar.

Yeni təyinatlarla əlaqədar olaraq iyun ayının 23-də QSC-nin “Ekologiya” İdarəsinin rəis və rəis müavini vəzifələrinin təqdimetmə mərasimi keçirilmişdir.
Təqdimetmə mərasimində “Ekol Mühəndislik Xidmətləri” QSC-nin rəhbərliyi, departament rəisləri və struktur bölmə rəhbərləri iştirak etmişlər.
QSC-nin Baş direktoru Ramil Əliyev mərasim iştirakçılarını salamlayaraq son illərdə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin əldə etdiyi uğurlardan, qazandığı nailiyyətlərdən, həyata keçirdiyi sosial-iqtisadi və ekoloji layihələrdən ətraflı danışdı.
Sonra Ramil Əliyev QSC-nin “Ekologiya” İdarəsinə təyin edilmiş rəis və rəis müavinini iştirakçılara təqdim edərək onların bacarıqlı bir rəhbər kimi formalaşdıqlarını, kollektiv arasında böyük nüfuza malik rəhbər kadr olduqlarını vurğulamış, yeni rəis və rəis müavinini təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.
Təqdimat mərasimində çıxış edənlər QSC-nin Baş direktoru Ramil Əliyevə ən düzgün seçim etdiyinə görə öz minnətdarlıqlarını bildirdilər. Əflatun Həsənovu və Sadiq Kərimovu təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar dilədilər və daima onlara dəstək olacaqlarını bildirdilər. 
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin “Ekologiya” İdarəsinin rəisi Əflatun Həsənov və rəis müavini Sadiq Kərimov onlara göstərilən böyük etimada görə QSC-nin Baş direktoru Ramil Əliyevə və kollektivə öz minnətdarlıqlarını bildirdilər  və bu etimadı əməli fəaliyyətləri ilə doğruldacaqlarını təqdimat iştirakçılarının diqqətinə çatdırdılar.  







tarix : 24.06.2022

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.