Layihənin əsas məqsədi tullantıların azaldılması məsələlərinin təbliğatı, əhalinin, xüsusilə də gənclərin tullantılarla və onların ətraf mühitə mənfi təsirləri ilə bağlı maarifləndirilməsinin təşkil edilməsidir.
Bu məqsədlə 22.06.2022-ci il tarixində “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Ekologiya İdarəsinin Xarici əlaqələr şöbəsinin, ətraf mühitin mühafizəsi sahəsinin və İDEA İctimai Birliyinin əməkdaşlarının təşkilatçılığı ilə layihə çərçivəsində əməkdaşlıq edən bir sıra təhsil müəssisələrindən toplanan 20 kq-dan çox elektrik batareyaları təhvil alınaraq utilizasiya edilməsi üçün TİEM-ə göndərilmişdir.
Toplanan elektrik batareyaları İDEA İctimai Birliyinin baş ofisindən, ADA Universitetindən və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında kompyuter “maus”larında, divar saatlarında, mikrofonlarda, stasionar telefonlarda, foto-video aparatlarında və sairə avadanlıqlarda istifadə olunub. Əlavə olaraq könüllü vətəndaşlar tərəfindən də məişətdə istifadə olunan batareyalar qeyd olunan təhsil müəssisələrinə təhvil verilməkdə davam edir.
Bu layihənin həyata keçirilməsi ümumilikdə ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması, ekoloji tarazlığın bərpası, təkrar emalın təşviqi, tullantıların azaldılması və səmərəli idarə olunması olduqca mühüm hadisədir.