ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-nin Dezinfeksiya şöbəsi karantin günlərində SOCAR-ın strukturuna daxil olan qurumlarda, birgə müəssisələrdə Koronavirus (COVİD-19) infeksiyasından mühafizə məqsədilə profilaktiki tədbirləri gücləndirilmiş iş rejimində davam etdirir.
Karantin günlərində  (20 iyun 2022 – 30 iyun 2022) Dezinfeksiya  şöbəsinin  əməkdaşları Koronavirus  infeksiyasının  ölkəmizdə  yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirə salınmaz dezinfeksiya işlərini gücləndirilmiş iş rejimində SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrdə, birgə müəssisələrdə, idman komplekslərində və QSC-nin xidmət göstərdiyi sahələrdə davam etdirmişlər.

İş yerlərində SOCAR-ın 15 oktyabr 2020-ci il tarixli telefonoqramında nəzərdə tutulmuş profilaktik tədbirlərin, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən olunmuş tədbirlərin yerinə yetirilməsi üçün Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən müntəzəm olaraq dezinfeksiya işləri aparılır.
SOCAR-ın Təsərrüfat İdarəsində, “Azneft” İstehsalat Birliyinin inzibati binası və onun strukturuna aid olan Maddi Texniki Təchizat İdarəsinin inzibati binasında və 2 saylı Sənqəçal Bazasında, 1 və 2 saylı İxtisaslaşdırılmış Neft Mədən Xüsusi Texnika İdarələrinin inzibati binalarında, “Abşeronneft”, N.Nərimanov, H.Z.Tağıyev adına NQÇİ-nin inzibati binalarında, “28 May” NQÇİ-nin Qazın Tam Hazırlanması və Təhvili (Hövsan, Zirə), Neftin Tam Hazırlanması və Təhvili (Dübəndi) sahələrində, Dalğıc xidmətinin Pirallahı sahəsində, Dalma Qurğularının təmiri və Kirayəsi üzrə Eksperimental İstehsalat Müəssisənin sex və sahələrində, Qaz Emalı zavodunun  sex və sahələrində, Qaz Anbarları İstismarı İdarəsinin inzibati binasında, Neft Kəmərləri İdarəsinin inzibati binasında və onun  struktur bölmələri olan Dübəndi İstehsalat Bölümünün, Anbar Təsərrüfatı Bölümünün Neft zavodunun ərazisindəki sahələrində, Qaradağ İstehsalat Bölümünün Sabunçu, Lökbatan, Puta Neftin Nəqli və Böyük-şör Neftin Tam Hazırlanması  sahələrində, Abşeron İstehsalat Bölümünün Sumqayıt, Suraxanı, Sabunçu Neftin Nəqli və Böyük-şör Neftin Tam Hazırlanması  sahələrində, “Neftqaztikinti” trestinin  inzibati binasında və onun strukturuna aid olan 2, 5, 6 və 7 saylı Tikinti Quraşdırma Bölümlərində, Neftqazelmitədqiqatlayihə İnstitutunun sahəsində, Azərkimya İstehsalat Birliyinin inzibati binasında və onun struktur bölmələri olan Təmir-Tikinti İdarəsində, Etilen - Polietilen zavodunda, Qaz İxracı İdarəsinin inzibati binasında və onun strukturuna aid olan Ağdaş Magistral Qaz Kəmərlərinin İdarəsinin inzibati binası və onun struktur bölmələri olan Qəbələ, Oğuz, Yaqublu, Şəki-Cəfərabad, Qax, Zaqatala, Katex, Makov, Modul, Balakən, Qaz Paylayıcı Stansiyalarında və Drujba Qaz Təmizləyici Stansiyasında, Abşeron Magistral Qaz Kəmərlərinin İdarəsinin Puta, Sənqəçal, Lökbatan, Şıxov, Böyük-şör, Maştağa, Buzovna, Əhmədli, Mərdəkan bağları, Nardaran, Albalı, Müşviqabad, Qobu, Aşağı Güzdək, Pereküşkül, Ceyranbatan, Yaşma, Abşeron Modul, Qaraçuxur, Xaşaxuna Qaz Paylayacı Stansiyalarında və Anbar Təsərrüfatı sahəsində, Modul Elektrik Stansiyası, Nərimanov Qaz Təmizləyici məntəqələrində, Balaxanı Qaz Kompressor Stansiyasında,  Azəriqaz İstehsalat Birliyinin inzibati binası və onun struktur bölmələri olan Zaqatala Regional Qaz İstismar departamentinin inzibati binası və onun struktur bölmələri olan Balakən, Zaqatala, Qəbələ, Oğuz, Qax, Şəki Xidmət sahələrində, Bakı Regional Qaz İstismar departamentinin inzibati binası və onun struktur bölmələri olan Nizami Texniki İstismar Xidmətində, Təmir Tikinti İdarəsinin 4 saylı Qəza Təmir Bərpa Xidməti sahəsində, Anbar Təsərrüfatında, Metrologiya departamentində, Kompleks Qazma İşləri Trestinin inzibati binasında və onun strukturuna aid olan Neft Daşları-Günəşli İstehsalat, Bulla-Sahil İstehsalat Bölümlərində, 1 və 2 saylı Anbar Təsərrüfatlarında, Qazmaservis İstehsalat Birliyində, Geofizika və Geologiya İdarəsinin inzibati binasında və onun strukturuna aid olan Mədəngeofizika İdarəsinin Sənqəçal-Şirvan, “Bahar”  Mədəngeoloji Ekspredisiyalarında, Mədəngeofizika İstehsalat Bölümünün “Azəri” Mədən Geoloji,  Geofiziki Materialların Emalı İnpretasiya Ekspredisiyalarında, Kəşfiyyatgeofizika İstehsalat Bölümünün Kəşfiyyat Mühəndis Axtarışı İstehsalat Birliyində, Sosial İnkişaf İdarəsinin Anbar Təsərrüfatı Bölümündə və Qubek Otel İstirahət Mərkəzində, Sənaye Təhlükəsizlik İdarəsində, Metanol zavodunun inzibati binası, sex və sahəsində, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Bakı Neft, Neft Məhsullarının Qəbulu və Göndərilməsi Bazalarında,  Ümid – Babək Əməliyyat şirkətinin Mərkəzi Anbarında, Nəqliyyat İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan 1, 2, 4 və 6 saylı Texnoloji Nəqliyyat  Departamentlərinin inzibati binalarında, xüsusi texnika və nəqliyyat vasitələrində, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Qala İnformasiya və Kommunikasiyaları Texnologi Xidmət sahəsində, Daşgil-Sənqəçal Rabitə İnformasiya İdarəsində, Qobustan Avtomatlaşdırılmış Telefon Stansiyasında, Balaxanı Əməliyyat Şirkətində, Bakı Ali Neft Məktəbinin inzibati binasında, eyni zamanda O.Vəliyev 1 ünvanında yerləşən inzibati binada, Tullantıların emalı departamentinin 3, 4, 5, 6-cı (H.Əliyev adına NEZ-in 9-cu sahəsinin ərazisi) sahələrində, Torpaqların rekultivasiyası departamentinin  1-ci (“Abşeronneft”,  H.Z.Tağıyev adına NQÇİ-nin mədən ərazisi), 2-ci (“Bibiheybətneft” NQÇİ-nin mədən ərazisi) sahələrində  ümumilikdə 358 598 m2  deratizasiya, 258 812 m2  dezinseksiya və 14 210 m2  sahədə Koronavirus (COVİD-19) infeksiyası əleyhinə dezinfeksiya işləri yerinə yetirilmişdir.
SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrinin ərazilərində 30 162 m2  sahələrdə sürünənlərə qarşı dərmanlama işləri aparılmışdır.
Bundan başqa QSC-nin baş ofisində, inzibati binalarında və bütün xidməti sahələrində Koronavirus infeksiyasına yoluxması faktını müəyyən etmək məqsədi ilə, işçilərin hər gün işə başlamazdan əvvəl xüsusi cihaz vasitəsi ilə hərarətlərinin ölçülməsi, əllərin və ayaqların xüsusi vasitələrdən istifadə etməklə dezinfeksiya edilməsi, maarifləndirmə işlərinin aparılması ən vacib qabaqlayıcı tədbir kimi yoluxmanın qarşısını almaq məqsədi daşıyır.
Məlum olduğu kimi, “Sanitariya - Epidemioloji Salamatlıq Haqqında” Azərbaycan Respublikası Qanunun  25-ci maddəsinə uyğun olaraq  Nazirlər Kabinetinin 2021-ci il 22 dekabr tarixli qərarına əsasən ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2022-ci il 01 sentyabr  saat  00.00-dək uzadılmışdır.
Uzadılmış karantin rejimi dövründə Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən Koronavirus (COVİD-19) infeksiyasının yayılması əleyhinə dezinfeksiya işləri SOCAR-ın idarə və müəssisələrində, birgə müəssisələrdə, idman komplekslərində və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət sahələrində mütəmadi olaraq davam etdirilir.

















tarix : 04.07.2022

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.