Qurban bayramı — İslam aləmində ən müqəddəs bayramlardan biridir. Bu bayram islamın bir din kimi tamamlanması və mənəvi-əxlaqi qurtuluş yolu olaraq insanlara bəxş edilməsi ilə əlamətdardır və hər il dünya müsəlmanları tərəfindən qeyd edilir. Bu bayram özü ilə hamıya saflıq, təmizlik gətirir.
Bu mübarək gündə müsəlmanlar Uca Tanrıya yaxınlığın, ilahi dəyərlərə bağlılığın sevinc və fərəhini yaşayır, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirirlər. Hər il ölkəmizdə böyük təntənə ilə keçirilən Qurban mərasimləri cəmiyyətimizdə bərabərlik və dözümlülük ovqatını daha da gücləndirir, milli-mənəvi həmrəyliyin, humanizm və qardaşlığın, xeyirxahlıq və mərhəmət duyğularının parlaq təcəssümünə çevrilir. Bu il qurban bayramı iyul ayının 9-10 tarixinə təsadüf edir. Bu münasibətlə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin kollektivini və Azərbaycan xalqını müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, onlara ən səmimi arzularımızı bildiririk. Bu günlərdə qələbəmizin, xalqımızın və dövlətimizin əmin-amanlığı və rifahı naminə etdiyimiz duaların, kəsdiyimiz qurbanların Tanrı dərgahında qəbul olunması arzusu ilə səmimi təbriklərimizi çatdırırıq. Arzu edirik ki, bu nurlu bayram ailələrimizə xoşbəxtlik, süfrələrimizə xeyir-bərəkət gətirsin.
tarix : 09.07.2022
|