ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-nin Dezinfeksiya şöbəsi karantin günlərində SOCAR-ın strukturuna daxil olan qurumlarda, birgə müəssisələrdə Koronavirus (COVİD-19) infeksiyasından mühafizə məqsədilə profilaktiki tədbirləri gücləndirilmiş iş rejimində davam etdirir.
Karantin günlərində  (14 iyul 2022 – 25 iyul 2022) Dezinfeksiya  şöbəsinin  əməkdaşları Koronavirus  infeksiyasının  ölkəmizdə  yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirə salınmaz dezinfeksiya işlərini gücləndirilmiş iş rejimində SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrdə, birgə müəssisələrdə, idman komplekslərində və QSC-nin xidmət göstərdiyi sahələrdə davam etdirmişlər.

İş yerlərində SOCAR-ın 15 oktyabr 2020-ci il tarixli telefonoqramında nəzərdə tutulmuş profilaktik tədbirlərin, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən olunmuş tədbirlərin yerinə yetirilməsi üçün Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən müntəzəm olaraq dezinfeksiya işləri aparılır.
SOCAR-ın Təsərrüfat İdarəsində, “Azneft” İstehsalat Birliyinin inzibati binası, onun strukturuna aid 1 və 2 saylı İxtisaslaşdırılmış Neft Mədən Xüsusi Texnika İdarələrinin inzibati binaları, 1 və 2 saylı Avto və Xüsusi Texnika sahələrində “Neft Daşları” və “Bibiheybətneft”, “Abşeronneft” Ə.Əmirov, N.Nərimanov NQÇİ-nin  sex və sahələrində,  “28 May” NQÇİ-nin inzibati binasında, Qazın Tam Hazırlanması və Təhvili (Hövsan, Zirə, Dübəndi) sahələrində, Dalğıc xidmətinin inzibati binası və 1 saylı  Pirallahı məntəqəsində, Maddi Texniki Təchizat İdarəsinin inzibati binası və anbarlarında, Dalma Qurğularının təmiri və Kirayəsi üzrə Eksperimental İstehsalat Müəssisəsində, Qaz Emalı zavodunun  sex və sahələrində, Azərkimya İstehsalat Birliyinin inzibati binası və onun strukturuna aid olan Təmir Tikinti İdarəsində, Etilen Polietilen zavodunun inzibati binasında, Metanol zavodunun sex və sahələrində, Ümid-Babək Əməliyyat Şirkətinin Mərkəzi Anbarında, Neft Kəmərləri İdarəsinin və onun  struktur bölməsi olan İxrac İstesalat bölümünün inzibati binalarında, Dübəndi İstehsalat Bölümündə, Qaradağ İstehsalat Bölümünün Daşgil, Lökbatan, Puta, Böyükşor,  Abşeron İstehsalat Bölümünün  inzibati binasında, Sumqayıt, Sabunçu, Suraxanı Neftin Nəqli və təhvili sahələrində, “Neftqaztikinti” trestinin  inzibati binasında və onun strukturuna aid olan 2 saylı Daşgil, 5 və 6 saylı Tikinti Quraşdırma Bölümlərində, Qaynaq sahəsində,  Neftqazelmitədqiqatlayihə İnstitutunun inzibati binası və  Eksperimental Təcrübə Sınaq işləri Bazasında, Karbamid zavodunun sex və sahələrində, Qaz İxrac İdarəsinin inzibati binası və onun strukturuna aid olan Qaz Kəmərlərinin Korroziyadan Mühafizəsi departamentində,  Abşeron Magistral Qaz Kəmərlərinin İdarəsinin Sumqayıt, Xırdalan, Masazır, Qaradağ, Böyükşor Qaz Paylayacı Stansiyaları və Anbar Təsərrüfatı sahələrində,  Azəriqaz İstehsalat Birliyinin inzibati binası və onun struktur bölmələri olan Təmir Tikinti İdarəsinin 4 saylı Tikinti Quraşdırma və Qəza Təmir Bərpa Xidməti sahəsində, Qaz Kəmərlərinin Sökülməsi Üzrə sahəsində, Bakı Regional Qaz İstismar, Qaz Ölçü Qovşağı Xidmət və Metrologiya departamentlərində, Səbail Xidmət sahəsində, Layihə Konstruktor Bürosunun inzibati binası və Bakı Regional Qaz İstismar departamentinin Nizami, Xətai, Xəzər Xidmət sahələri və Satış departamentində, Kompleks Qazma İşləri Trestinin inzibati binası və onun strukturuna aid olan Bulla-Sahil İstehsalat Bölümlərində, 1 və 2 saylı Anbar Təsərrüfatlarında, Qazmaservis İstehsalat Bölümündə, Geofizika və Geologiya İdarəsinin inzibati binasında, Mədən Geofizika İstehsalat Bölümünün Sanqaçal sahəsində, “Azəri”, “Bahar” Mədən Geoloji,  Geofiziki Materialların Emalı İnpretasiya Ekspredisiyalarında, Kəşfiyyatgeofizika İstehsalat və Kəşfiyyat Mühəndis Axtarışı İstehsalat Bölümülərində, Sosial İnkişaf İdarəsinin inzibati binası və onun strukturuna aid Bakı Olimpiya Stadionunda,  Anbar Təsərrüfatı Bölümündə və Bakı Gənc İstedadlar Təhsil Kompleksində (Bibiheybət), Sənaye Təhlükəsizlik İdarəsinin inzibati və köməkçi binalarında, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Bakı Neft, Neft Məhsullarının Qəbulu və Göndərilməsi Bazalarında,   Nəqliyyat İdarəsinin inzibati binası və onun struktur bölmələri olan 1, 2, 3, 4 və 6 saylı Texnoloji Nəqliyyat  Departamentlərinin inzibati binalarında, xüsusi texnika və nəqliyyat vasitələrində, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Abşeron-Qala İnformasiya və Kommunikasiyaları Texnologi Xidmət, “Daşgil-Sanqaçal sahələrində, İnformasiya Kommunikasiyaları Texnoloji Xidmət departamentində, Rabitə İnformasiya İdarəsində, Qobustan Avtomatlaşdırılmış Telefon Stansiyasında, Bakı Ali Neft Məktəbinin inzibati binasında, eyni zamanda O.Vəliyev 1 ünvanında yerləşən inzibati binada, Tullantıların emalı departamentinin 3, 4, 5, 6-cı (H.Əliyev adına NEZ-in 9-cu sahəsinin ərazisi) sahələrində, Torpaqların rekultivasiyası departamentinin  1-ci (“Abşeronneft”,  H.Z.Tağıyev adına NQÇİ-nin mədən ərazisi), 2-ci (“Bibiheybətneft” NQÇİ-nin mədən ərazisi) sahələrində  ümumilikdə 419 595 m2  deratizasiya, 358 707 m2  dezinseksiya və 24 998 m2  sahədə Koronavirus (COVİD-19) infeksiyası əleyhinə dezinfeksiya işləri yerinə yetirilmişdir.
SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrinin ərazilərində 19 149 m2   sahələrdə sürünənlərə qarşı dərmanlama işləri aparılmışdır.
Bundan başqa QSC-nin baş ofisində, inzibati binalarında və bütün xidməti sahələrində Koronavirus infeksiyasına yoluxması faktını müəyyən etmək məqsədi ilə, işçilərin hər gün işə başlamazdan əvvəl xüsusi cihaz vasitəsi ilə hərarətlərinin ölçülməsi, əllərin və ayaqların xüsusi vasitələrdən istifadə etməklə dezinfeksiya edilməsi, maarifləndirmə işlərinin aparılması ən vacib qabaqlayıcı tədbir kimi yoluxmanın qarşısını almaq məqsədi daşıyır.
Məlum olduğu kimi, “Sanitariya - Epidemioloji Salamatlıq Haqqında” Azərbaycan Respublikası Qanunun  25-ci maddəsinə uyğun olaraq  Nazirlər Kabinetinin 2021-ci il 22 dekabr tarixli qərarına əsasən ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2022-ci il 01 sentyabr  saat  00.00-dək uzadılmışdır.
Uzadılmış karantin rejimi dövründə Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən Koronavirus (COVİD-19) infeksiyasının yayılması əleyhinə dezinfeksiya işləri SOCAR-ın idarə və müəssisələrində, birgə müəssisələrdə, idman komplekslərində və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət sahələrində mütəmadi olaraq davam etdirilir.































tarix : 26.07.2022

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.