ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-nin Dezinfeksiya şöbəsi karantin günlərində SOCAR-ın strukturuna daxil olan qurumlarda, birgə müəssisələrdə Koronavirus (COVİD-19) infeksiyasından mühafizə məqsədilə profilaktiki tədbirləri gücləndirilmiş iş rejimində davam etdirir.
Karantin günlərində  (27 iyul 2022 – 04 avqust 2022) Dezinfeksiya  şöbəsinin  əməkdaşları Koronavirus  infeksiyasının  ölkəmizdə  yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirə salınmaz dezinfeksiya işlərini gücləndirilmiş iş rejimində SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrdə, birgə müəssisələrdə, idman komplekslərində və QSC-nin xidmət göstərdiyi sahələrdə davam etdirmişlər.

İş yerlərində SOCAR-ın 15 oktyabr 2020-ci il tarixli telefonoqramında nəzərdə tutulmuş profilaktik tədbirlərin, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən olunmuş tədbirlərin yerinə yetirilməsi üçün Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən müntəzəm olaraq dezinfeksiya işləri aparılır.
SOCAR-ın Təsərrüfat İdarəsində, “Azneft” İstehsalat Birliyi və onun strukturuna aid 1 və 2 saylı İxtisaslaşdırılmış Neft Mədən Xüsusi Texnika İdarələrinin inzibati binalarında, 1 və 2 saylı Avto və Xüsusi Texnika sahələrində, Dalğıc Qəza Xidmətində, “Bibiheybətneft”, “Abşeronneft” Ə.Əmirov, N.Nərimanov Z.Tağıyev adına NQÇİ-nin  sex və sahələrində,  “28 May” NQÇİ-nin inzibati binasında, Qazın Tam Hazırlanması və Təhvili (Hövsan, Zirə, Dübəndi) sahələrində, Dalğıc xidmətinin inzibati binasında, Maddi Texniki Təchizat İdarəsinin 2 saylı Sənqəçal bazasında, Qaz Anbarları İstismarı İdarəsinin inzibati binasında, Anbar Təsərrüfatı, Qaz Kompressor , Qazsazlama, Quyuların əsaslı və yeraltı, İstismar avadanlıqlarının təmiri, Elektrik təchizatı və elektrik avadanlıqlarının təmiri, İstehsalat proseslərinin avtomatlaşdırılması və nəzarət ölçü cihazları sahələrindəQaz Emalı zavodunun  sex və sahələrində, Azərkimya İstehsalat Birliyinin inzibati binası və onun strukturuna aid olan Təmir Tikinti İdarəsində, Etilen Polietilen zavodunun inzibati binasında, Neft Kəmərləri İdarəsi və onun  struktur bölməsi olan İxrac İstesalat bölümünün inzibati binalarında, Qaradağ İstehsalat Bölümünün Daşgil, Lökbatan, Şirvan Puta, Böyükşor, Sumqayıt, Sabunçu, Suraxanı , Böyükşor Neftin Nəqli və təhvili sahələrində, Abşeron İstehsalat Bölümünün  inzibati binası və Dübəndi istehsalat bölümündə, Anbar Təsərrüfatı bölümünün Sənqəçal, NZS  sahələrində,  “Neftqaztikinti” trestinin  inzibati binasında və onun strukturuna aid olan 2 saylı Daşgil sahəsində, 5 və 6 saylı Tikinti Quraşdırma Bölümlərində, Metanol, Karbamid zavodlarının sex və sahələrində, H.Əliyev adına Bakı Dərin Özüllər zavodunda, Qaz İxrac İdarəsinin inzibati binası və onun strukturuna aid olan Abşeron Magistral Qaz Kəmərlərinin İdarəsinin inzibati binası, Hövsan Qaz Xidməti sahəsində, Modul Elektrik Stansiyasında, Hacıqabul Magistral Qaz Kəmərləri sahəsinin inzibati binasında, Xətai İstismar Xidməti və Yeni Suraxanı, Digah Sumqayıt, Qaz Paylayıcı stansiyalarında, Anbar Təsərrüfatının sahələrində, Balaxanı Xidmət sahəsində, Azəriqaz İstehsalat Birliyi və onun struktur bölmələri olan Təmir Tikinti İdarəsinin inzibati binalarında,  4 saylı  Qəza Təmir Bərpa Xidməti, 2 və 4 saylı Təmir Quraşdırma sahələrində, Ümumi Tikinti sahəsində, Ağsu regional Qaz İstismar İdarəsinin inzibati binası və xidmət sahəsində, Səlyan Regional Qaz İstismar İdarəsinin Şirvan sahəsində, Suraxanı, Sabunçu Xidmət sahələrində,  Qaz Kəmərlərinin Sökülməsi Üzrə sahəsində, Kompleks Qazma İşləri Trestinin inzibati binası və onun strukturuna aid olan  Neft Daşları-Günəşli, Bulla-Sahil İstehsalat Bölümlərində, Abşeron İstehasalat Bölümünün Bibiheybət sahəsinin yataqxanasında, Pirallahı sahəsində, 1 və 2 saylı Anbar Təsərrüfatlarında, Qazmaservis İstehsalat Bölümündə, Geofizika və Geologiya İdarəsinin inzibati binasında, Mədən Geofizika İstehsalat Bölümünün Sənqaçal sahəsində, Kompleks Mühəndis Axtarış İstehsalat bölümündə, “Bahar” Mədən Geoloji,  Kəşfiyyat Geofizika İstehsalat bölümünün Geoloji Materialların Emalı İnpretasiya Ekspredisiyasında, Mədən Geofizika İstehsalat Bölümündə, Kompüter Mühəndis Axtarışı və Kəşfiyyatgeofizika İstehsalat bölümülərində, Sosial İnkişaf İdarəsinin inzibati binasında, Anbar Təsərrüfatı Bölümündə, Sənaye Təhlükəsizlik İdarəsinin 2 saylı sahəsində, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Bakı Neft, Neft Məhsullarının Qəbulu və Göndərilməsi Bazalarında,  Təhlükəsizlik idarəsi və onun idman zalında,  Nəqliyyat İdarəsinin inzibati binası və onun struktur bölmələri olan 1, 2, 3, 4 və 6 saylı Texnoloji Nəqliyyat  Departamentlərinin inzibati binalarında, xüsusi texnika və nəqliyyat vasitələrində, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Abşeron-Qala, Daşgil-Sanqaçal sahələrində, İnformasiya Kommunikasiyaları Texnoloji Xidmət departamentində, Qobustan Avtomatlaşdırılmış Telefon Stansiyasında, Bakı Ali Neft Məktəbinin inzibati binasında, eyni zamanda O.Vəliyev 1 ünvanında yerləşən inzibati binada, Tullantıların emalı departamentinin 3, 4, 5, 6-cı (H.Əliyev adına NEZ-in 9-cu sahəsinin ərazisi) sahələrində, Torpaqların rekultivasiyası departamentinin  2-ci (Qaz Emalı Zavodu) sahəsində, (“Abşeronneft”,  H.Z.Tağıyev adına NQÇİ-nin mədən ərazisi), 2-ci (“Bibiheybətneft” NQÇİ-nin mədən ərazisi) sahələrində  ümumilikdə 326 799 m2 deratizasiya, 315 655 m2 dezinseksiya və 25 932 m2 sahədə Koronavirus (COVİD-19) infeksiyası əleyhinə dezinfeksiya işləri yerinə yetirilmişdir.
SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrinin ərazilərində 19 149 m2 sahələrdə sürünənlərə qarşı dərmanlama işləri aparılmışdır.
Bundan başqa QSC-nin baş ofisində, inzibati binalarında və bütün xidməti sahələrində Koronavirus infeksiyasına yoluxması faktını müəyyən etmək məqsədi ilə, işçilərin hər gün işə başlamazdan əvvəl xüsusi cihaz vasitəsi ilə hərarətlərinin ölçülməsi, əllərin və ayaqların xüsusi vasitələrdən istifadə etməklə dezinfeksiya edilməsi, maarifləndirmə işlərinin aparılması ən vacib qabaqlayıcı tədbir kimi yoluxmanın qarşısını almaq məqsədi daşıyır.
Məlum olduğu kimi, “Sanitariya - Epidemioloji Salamatlıq Haqqında” Azərbaycan Respublikası Qanunun  25-ci maddəsinə uyğun olaraq  Nazirlər Kabinetinin 2021-ci il 22 dekabr tarixli qərarına əsasən ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2022-ci il 01 sentyabr  saat  00.00-dək uzadılmışdır.
Uzadılmış karantin rejimi dövründə Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən Koronavirus (COVİD-19) infeksiyasının yayılması əleyhinə dezinfeksiya işləri SOCAR-ın idarə və müəssisələrində, birgə müəssisələrdə, idman komplekslərində və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət sahələrində mütəmadi olaraq davam etdirilir.




























tarix : 08.08.2022

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.