ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin “Ekologiya” İdarəsinin əməkdaşlarına “Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi “ (ƏMTQ) üzrə qiymətləndirici ixtisas attestatı təqdim edilmişdir
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 noyabr tarixli 457 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi” (ƏMTQ) üzrə qiymətləndiricilərə ixtisas attestatının verilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2022-ci il 18 iyul tarixində ilk dəfə imtahan keçirilmişdir. 

İmtahanda  respublikada “Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi” üzrə ixtisaslaşmış digər təşkilatların mütəxəssisləri ilə yanaşı, “Ekol Mühəndislik Xidmətləri” QSC-nin “Ekologiya” İdarəsinin mütəxəssisləri də iştirak etmişdir.
Keçirilmiş imtahanda yalnız “Ekol Mühəndislik Xidmətləri” QSC-nin “Ekologiya” İdarəsinin 7 əməkdaşı uğurlu nəticə qazanmış və müvafiq olaraq ixtisas attestatı ilə təltif olunmuşlar.
Məlumat üçün bildiririk ki, mövcud ekoloji qanunvericiliyin tələblərinə əsasən yalnız ixtisas attestatı almış mütəxəssislər “Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi” sənədlərini hazırlamaq hüququna malikdir.
16 avqust 2022-ci il tarixində Ekologiya və Təbii Sərvətlər naziri cənab Muxtar Babayevin iştirakı ilə imtahanda müvəffəqiyyət qazanmış ƏMTQ üzrə qiymətləndiricilərlə görüş keçirilmişdir. Tədbirdə nazir Muxtar Babayev ƏMTQ prosesinin aparılmasının vacibliyini vurğulamış, bu sahədə qarşıda duran perspektiv planlar haqqında ətraflı məlumat vermiş və ƏMTQ üzrə qiymətləndiricilərə ixtisas attestatını təqdim etmişdir.










tarix : 17.08.2022

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.