ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin “Ekologiya” İdarəsi “Azneft” İB-nin idarə və müəsissələrində göstərdiyi xidmətlər haqqında
“Ekol Mühəndislik Xidmətləri” QSC  və  “Azneft” İB arasında bağlanmış müvafiq müqaviləyə əsasən “Ekologiya” İdarəsi tərəfindən “Azneft” İB ilə razılaşdırılmış 2022-ci il üzrə illik iş planı əsasında Birliyinin idarə və müəssisələrində Kompleks Ekoloji Monitorinq (KEM) işləri, yaşıllıqlara aqrotexniki məsləhət xidmətləri, Kompleks Laboratoriya Xidmətləri, nəqliyyat vasitələrinin ekoloji müayinəsi və ekoloji maarifləndirmə tədbirləri aparılmış və aparılmaqda davam etdirilir.

2022-ci ilin fevral ayından başlayaraq “Ekologiya” İdarəsi tərəfindən “Azneft” İB-nin idarə və müəssisələrində KEM işləri həyata keçirilmiş, monitorinqin nəticəsi olaraq 25 ədəd KEM hesabatı hazırlanaraq “Azneft” İB-yə təqdim edilmişdir. Bununla yanaşı “Azneft” İB-nin dəniz neft-qaz yataqlarında neft-qaz əməliyyatları zamanı ətraf mühitə təsirlərin öyrənilməsi məqsədilə 10 yataq üzrə KEM keçirilmişdir. Keçirilmiş monitorinqlər zamanı toplanılmış məlumatlara və götürülmüş nümunələrin analiz nəticələrinə əsasən 6 yataq üzrə müvafiq hesabatlar hazırlanaraq “Azneft” İB-yə təqdim edilmiş və 4 yataq üzrə hesabatların hazırlanması davam etdirilir.
“Ekologiya” İdarəsi tərəfindən “Azneft” İB-nin sifarişinə əsasən neft qaz quyularının qazılması və digər tikinti layihə sənədləri üzrə ümumilikdə 11 ədəd Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) sənədi işlənib hazırlanmış və Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) müvafiq  ekoloji ekspertiza rəyləri alınaraq “Azneft” İB-yə təqdim edilmişdir. Hal hazırda 2 ədəd ƏMTQ sənədinin hazırlanması işləri davam etdirilir. Bunlarla yanaşı “Azneft” İB-nin idarə və müəssisələri üçün Azərbaycan Respublikasının ekoloji qanunvericiliyi ilə tənzimlənən 5 ədəd ekoloji-normativ və texniki sənəd tərəfimizdən hazırlanmış və həmin sənədlər ETSN-nin müvafiq qurumlarında razılaşdırılaraq sifarişçiyə təqdim edilmişdir.
“Azneft” İB-nin 1 və 2 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinin balansında olan nəqliyyat vasitələrinin ekoloji müayinəsi həyata keçirilmişdir. 
Eyni zamanda Birliyin istehsalat sahələrində yaşıllıqlara aqrotexniki qulluq üzrə məsləhət xidmətləri aparılmış və 18 ədəd hesabat hazırlanaraq sifarişçiyə təqdim edilmişdir.
2022-ci ilin iş planına uyğun olaraq “Azneft” İB-nin 5 müəssisəsində ekoloji maarifləndirmə işləri aparılmış və bu sahədə işlər digər müəssisələrində də davam etdirilir.









tarix : 22.08.2022

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.