ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-nin Dezinfeksiya şöbəsi karantin günlərində SOCAR-ın strukturuna daxil olan qurumlarda, birgə müəssisələrdə Koronavirus (COVİD-19) infeksiyasından mühafizə məqsədilə profilaktiki tədbirləri gücləndirilmiş iş rejimində davam etdirir.
Karantin günlərində  (16 avqust 2022 – 29 avqust 2022) Dezinfeksiya  şöbəsinin  əməkdaşları Koronavirus  infeksiyasının  ölkəmizdə  yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirə salınmaz dezinfeksiya işlərini gücləndirilmiş iş rejimində SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrdə, birgə müəssisələrdə, idman komplekslərində və QSC-nin xidmət göstərdiyi sahələrdə davam etdirmişlər.

İş yerlərində SOCAR-ın 15 oktyabr 2020-ci il tarixli telefonoqramında nəzərdə tutulmuş profilaktik tədbirlərin, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən olunmuş tədbirlərin yerinə yetirilməsi üçün Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən müntəzəm olaraq dezinfeksiya işləri aparılır.
SOCAR-ın Təsərrüfat İdarəsində və İnsan Resursları Departamentində, “Azneft” İstehsalat Birliyinin inzibati binası və onun strukturuna aid olan “Abşeronneft”, “Bibiheybətneft”, Ə.Əmirov, N.Nərimanov, H.Z.Tağıyev NQÇİ-nin inzibati binalarında, “28 May” NQÇİ-nin Qazın Tam Hazırlanması və Nəqli (Zirə), Neftin Tam Hazırlanması (Hövsan) sahələrində, Dalğıc xidmətinin Pirallahı sahəsində, Dalma Qurğularının təmiri və Kirayəsi üzrə Eksperimental İstehsalat Müəssisənin sex və sahələrində, Qaz Anbarları İstismarı İdarəsinin inzibati binası və onun strukturuna aid olan Anbar Təsərrüfatında, Elektrik təchizatı və elektrik avadanlıqlarının təmiri, Qaradağ Kompressor,  Qaradağ Qazsazlama, Quyuların əsaslı və yeraltı təmiri, İstismar avadanlıqlarının təmiri, İstehsalat proseslərinin avtomatlaşdırılması və nəzarət ölçü cihazları sahələrində, Qaz Emalı zavodunda, Neft Kəmərləri İdarəsinin inzibati binasında və onun  struktur bölmələri olan Dübəndi İstehsalat Bölümünün sahəsində, Anbar Təsərrüfatı Bölümünün Sənqəçal sahəsində, Qaradağ İstehsalat Bölümünün Daşgil, Lökbatan, Puta Neftin Nəqli və Neftin Tam Hazırlanması  sahələrində, Abşeron İstehsalat Bölümünün Sumqayıt, Suraxanı, Sabunçu Neftin Nəqli və Böyükşor Neftin Tam Hazırlanması  sahələrində, “Neftqaztikinti” trestinin  inzibati binasında və onun strukturuna aid olan 2, 5, 6 və 7 saylı Tikinti Quraşdırma Bölümlərində, Neftqazelmitədqiqatlayihə İnstitutunun inzibati binasında, Azərkimya İstehsalat Birliyinin inzibati binasında və onun struktur bölmələri olan Təmir-Tikinti İdarəsində, Etilen - Polietilen zavodunda, Qaz İxracı İdarəsinin inzibati binasında və onun strukturuna aid olan Magistral Qaz Kəmərlərinin İdarəsinin inzibati binası və onun struktur bölməsi olan Sumqayıt Qaz Paylayıcı Stansiyasında, Abşeron Magistral Qaz Kəmərlərinin İdarəsinin inzibati binası və onun struktur bölmələri olan Yeni Suraxanı, Qaradağ, Səbail, Xocasən, Alatava, Sulutəpə, Xırdalan və Masazır Qaz Paylayacı Stansiyalarında, Modul Elektrik Stansiyasında, Azəriqaz İstehsalat Birliyinin inzibati binası və onun struktur bölmələri olan Bakı Regional Qaz İstismar departamentinin inzibati binası və onun struktur bölmələri olan Suraxanı, Nizami, Sabunçu, Suraxanı və Səbail Texniki İstismar Xidmətlərində, Təmir Tikinti İdarəsinin 2 və 4  saylı Təmir Quraşdırma sahələrində, Anbar Təsərrüfatında, Ümumi Tikinti, Qaz Kəmərlərinin Sökülməsi sahələrində, Metrologiya departamentində, Kompleks Qazma İşləri Trestinin inzibati binasında və onun strukturuna aid olan Bulla-Sahil İstehsalat Bölümündə, Neft Daşları-Günəşli və 2 saylı Anbar Təsərrüfatında, Neft Qazmaservis İstehsalat Birliyində, Geofizika və Geologiya İdarəsinin inzibati binasında və onun strukturuna aid olan Kompüter Mühəndisliyinin Axtarışı İstehsalat Bölümündə, Mədəngeofizika İstehsalat Bölümünün “Azəri” və “Bahar” Mühəndis Geoloji Ekspredisiyalarında, Kəşfiyyatgeofizika İstehsalat Bölümünün Geofiziki Materialların Emalı İnpretasiyada, Sosial İnkişaf İdarəsinin Gənc İstedadlar Təhsil Kompleksinin Korpusunda və Anbar Təsərrüfatında, Sənaye Təhlükəsizlik İdarəsində, Karbamid, Metanol zavodlarının inzibati binaları, sex və sahələrində, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Bakı Neft, Neft Məhsullarının Qəbulu və Göndərilməsi Bazalarında,  Ümid – Babək Əməliyyat şirkətinin Mərkəzi Anbarında, Nəqliyyat İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan 1, 2, 4 və 6 saylı Texnoloji Nəqliyyat  Departamentlərinin inzibati binalarında, xüsusi texnika və nəqliyyat vasitələrində, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Abşeron – Qala İnformasiya və Kommunikasiyaları Texnologi Xidmət sahələrində, Daşgil-Sənqəçal Rabitə İnformasiya İdarəsində, Qobustan Avtomatlaşdırılmış Telefon Stansiyasında, Bakı Ali Neft Məktəbində, “Ekol Mühəndislik Xidmətləri” QSC-nin xidmət göstərdiyi Eko-Park İnnovasiya Mərkəzində, Tullantıların İdarə Edilməsi Mərkəzində, eyni zamanda O.Vəliyev 1 ünvanında yerləşən inzibati binada, Tullantıların emalı departamentinin 3, 4, 5, 6-cı (H.Əliyev adına NEZ-in 9-cu sahəsinin ərazisi) sahələrində, Torpaqların rekultivasiyası departamentinin  1-ci (“Abşeronneft”,  H.Z.Tağıyev adına NQÇİ-nin mədən ərazisi), 2-ci (“Bibiheybətneft” NQÇİ-nin mədən ərazisi) sahələrində ümumilikdə 447 604 m2  deratizasiya, 322 264 m2  dezinseksiya və 26 110 m2  sahədə Koronavirus (COVİD-19) infeksiyası əleyhinə dezinfeksiya işləri yerinə yetirilmişdir.
SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrinin ərazilərində 8 200 m2  sahələrdə sürünənlərə qarşı dərmanlama işləri aparılmışdır.
SOCAR AQŞ-nin ərazisində yerləşən 600 m3  -lik su çənində dezinfeksiya işləri aparılmışdır. 
Bundan başqa QSC-nin baş ofisində, inzibati binalarında və bütün xidməti sahələrində Koronavirus infeksiyasına yoluxması faktını müəyyən etmək məqsədi ilə, işçilərin hər gün işə başlamazdan əvvəl xüsusi cihaz vasitəsi ilə hərarətlərinin ölçülməsi, əllərin və ayaqların xüsusi vasitələrdən istifadə etməklə dezinfeksiya edilməsi, maarifləndirmə işlərinin aparılması ən vacib qabaqlayıcı tədbir kimi yoluxmanın qarşısını almaq məqsədi daşıyır.
Məlum olduğu kimi, “Sanitariya - Epidemioloji Salamatlıq Haqqında” Azərbaycan Respublikası Qanunun  25-ci maddəsinə uyğun olaraq  Nazirlər Kabinetinin 2021-ci il 22 dekabr tarixli qərarına əsasən ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2022-ci il 01 sentyabr saat 00.00-dək uzadılmışdır.
Uzadılmış karantin rejimi dövründə Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən Koronavirus (COVİD-19) infeksiyasının yayılması əleyhinə dezinfeksiya işləri SOCAR-ın idarə və müəssisələrində, birgə müəssisələrdə, idman komplekslərində və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət sahələrində mütəmadi olaraq davam etdirilir.































tarix : 31.08.2022

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.