ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin “Ekologiya” İdarəsi İSO 45001:2018 beynəlxalq standartı üzrə sertifikat əldə etmişdir
“Ekologiya” İdarəsi fəaliyyətini Beynəlxaq konvensiyalar və qanunlar, yerli qanunlar, həmçinin beynəlxalq standartların tələbləri səviyyəsində qurmuşdur. “Ekologiya” İdarəsinin fəaliyyəti Beynəlxalq Standartlar İnstitutunun Türkiyə təmsilçiliyi (TSE) tərəfindən 2007-ci ildən etibarən ISO 9001 keyfiyyət, ISO 14001 ekologiya, OHSAS 18001 əməyin mühafizəsi və təhlükəsizlik TÜRK Akreditasyon Kurumu (TÜRKAK), İSO/İEC 17025 beynəlxalq standartları üzrə sertifikatlaşdırılmışdır. Beynəlxalq standartlar institutu tərəfindən illər üzrə aparılan reviziya prosesi “Ekologiya” İdarəsi tərəfindən daima diqqət mərkəzində saxlanılaraq, aparılan dəyişikliklər idarə üzrə qüvvədə olan sənədlərdə öz əksini tapmışdır. Belə ki, idarənin 2007-ci ildə əldə etdiyi TS EN ISO 9001:2000 versiyalı beynəlxalq keyfiyyət standartı 01.11.2010-cu ildə yenilənərək TS EN ISO 9001:2008, 07.08.2018-ci ildə isə TSE EN İSO 9001:2015 və TS EN İSO 14001:2015 versiyaları ilə əvəz edilmişdir. “Ekologiya” İdarəsinin Kompleks Tədqiqatlar Laboratoriyasında İSO/İEC17025:2005 versiyası TÜRKAK tərəfindən 2019-cu ildə İSO/İEC 17025:2017 beynəlxalq standartı tərəfindən akkreditasiyadan keçirilmişdir.

İSO təşkilatı tərəfindən 12.03.2018-ci ildən etibarən dünyada ilk İSO 45001:2018 Sağlamlığın mühafizəsi və əməyin təhlükəsizliyi idarəetmə sistemi standartını yayımlamış və mövcud OHSAS 18001:2007 Əməyin Mühafizəsi və Texniki Təhlükəsizliyi İdarəetmə Sistem Standartını əvəz ediləcəyi bəyan edilmişdir. Bununla əlaqədar olaraq, “Ekologiya” İdarəsində işçi qrup yaradılmış və OHSAS 18001 üzrə hazırlanmış sənədlər toplusu İSO 45001:2018 standartının tələbləri üzrə yenilənmiş, işçi personalın bir qismi bu standart üzrə 09.09.21-16.09.21 –ci il tarixlərində keçirilmiş təlimlərdə iştirak etmiş və bu görülən işlərlə əlaqədar idarənin daxili audit qrupu tərəfindən 23.05.2022–27.05.2022-ci il tarixlərində I tərəf audit keçirilmişdir.
26-28.04 2022-ci il tarixində “SGS Azeri” şirkətinin auditorlar qrupu tərəfindən III tərəf audit keçirilmişdir. Auditin yekun nəticəsi olaraq 11 avqust 2022-ci il tarixdən “Ekol Mühəndislik Xidmətləri” QSC-nin “Ekologiya” İdarəsi İSO 45001:2018 beynəlxalq standartına keçid etmiş və müvafiq sertifikatı əldə etmişdir.



tarix : 31.08.2022

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.