ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri ” QSC-də çalışan işçilərin yay istirahətləri başa çatmışdır
QSC-də çalışan işçilərin sosial müdafiəsi, iş şəraitlərinin yaxşılaşdırılması, sağlamlıqlarının qorunması və istirahətlərinin səmərəli təşkili daim cəmiyyət rəhbərliyinin və Həmkarlar İttifaqı Komitəsinin diqqətində olan önəmli məsələlərdən biridir. Kollektiv əmək müqaviləsinin şərtlərinə uyğun olaraq bu istiqamətdə mütəmadi olaraq zəruri tədbirlər həyata keçirilir. Hər il işçilərin yay istirahəti respublikamızın müxtəlif dilbər guşələrində yerləşən istirahət mərkəzlərində təşkil edilir.

2022-ci ildə də sosial məsələlər və işçilərin yay istirahətlərinin səmərəli təşkil olunması hər il olduğu kimi bu il də diqqət mərkəzində olmuşdur. Bu il işçilərin və onların ailə üzvlərinin yay istirahətləri Qusarda yerləşən “Qusar göl”, Nabranda “Palma” və “El Faro” istirahət mərkəzində təşkil olunmuşdur. İyun ayının 24-dən başlayaraq QSC-də çalışan işçilər növbə ilə şənbə və bazar günlərində öz istirahətlərini bu istirahət mərkəzində səmərəli keçirmişlər. İşçilərin istirahətlərinin mənalı və yüksək səviyyədə keçməsi üçün QSC-nin rəhbərliyi və Həmkarlar İttifaqı Komitəsi tərəfindən bütün zəruri tədbirlər görülmüşdür. İstirahət müddətində işçilər arasında futbol, nərd və digər idman yarışları keçirilmiş, maraqlı gəzintilər təşkil edilmişdir.
Bununla yanaşı, Həmkarlar İttifaqı Komitəsinin xətti ilə işçilərin sağlamlığının qorunması məqsədi ilə “Bilgəh”, “Qaranquş”, “Abşeron”, “Günəşli”, “Naftalan” və “Şıx” müalicəvi kurort sanatoriyalarına yollayışlar ayrılmış və hal-hazırda ilin sonunadək davam etdiriləcək. Yay istirahət mövsümünə başlandığı müddətdən indiyədək QSC-də çalışan 400 nəfərdən yuxarı işçinin yay istirahəti adları çəkilən istirahət mərkəzində yüksək səviyyədə təşkil edilmişdir.
Növbəti illərdə də işçilərin yay istirahətinin respublikamızın ayrı-ayrı bölgələrində fəaliyyət göstərən istirahət mərkəzlərində təşkil olunması nəzərdə tutulur.



























tarix : 05.09.2022

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.