SOCAR-ın Təsərrüfat İdarəsində və İnsan Resursları Departamentində, “Azneft” İstehsalat Birliyinin inzibati binası və onun strukturuna aid olan Maddi Texniki Təchizat İdarəsinin inzibati binasında və 2 saylı Sənqəçal Bazasında, 1 və 2 saylı İxtisaslaşdırılmış Neft Mədən Xüsusi Texnika İdarələrinin inzibati binalarında, “Abşeronneft”, “Bibiheybətneft”, Ə.Əmirov, N.Nərimanov, H.Z.Tağıyev NQÇİ-nin inzibati binalarında, “28 May” NQÇİ-nin Qazın Tam Hazırlanması və Nəqli (Zirə, Hövsan, Qaradağ), Neftin Tam Hazırlanması (Dübəndi) sahələrində, Dalğıc Qəza xidmətinin inzibati binasında, Qaz Anbarları İstismarı İdarəsinin inzibati binası və onun strukturuna aid olan Anbar Təsərrüfatında, Elektrik təchizatı və elektrik avadanlıqlarının təmiri, Qaz Kompressor, Qazsazlama, Quyuların əsaslı və yeraltı təmiri, İstismar avadanlıqlarının təmiri, İstehsalat proseslərinin avtomatlaşdırılması və nəzarət ölçü cihazları sahələrində, Qaz Emalı zavodunda, Neft Kəmərləri İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan İxrac İstehsalat Bölümünün sahəsində, Anbar Təsərrüfatı Bölümünün Sənqəçal sahəsində, Qaradağ İstehsalat Bölümünün Böyük-şör, Daşgil, Lökbatan, Puta Neftin Nəqli və Neftin Tam Hazırlanması sahələrində, Abşeron İstehsalat Bölümünün Böyük-şör, Sumqayıt Neftin Nəqli və Neftin Tam Hazırlanması sahələrində, “Neftqaztikinti” trestinin inzibati binasında və onun strukturuna aid olan 2, 6 və 7 saylı Tikinti Quraşdırma Bölümlərində, Neftqazelmitədqiqatlayihə İnstitutunun Eksperimental Təcrübə Sınaq İşləri Bazasında, Azərkimya İstehsalat Birliyinin inzibati binasında və onun struktur bölmələri olan Təmir-Tikinti İdarəsində, Etilen - Polietilen zavodunda, Qaz İxracı İdarəsinin inzibati binasında və onun strukturuna aid olan Anbar Təsərrüfatında, Abşeron Magistral Qaz Kəmərlərinin İdarəsinin inzibati binası və onun struktur bölmələri olan Böyük-şör, Müşfiqabad, Pereküşkül, Ceyranbatan, Xətai, Əhmədli, Zığ, Türkan, Sumqayıt, Yeni Suraxanı, Qaradağ, Hövsan, Digah Qaz Paylayacı Stansiyalarında, Modul Elektrik, Balaxanı Kompressor Stansiyalarında, Azəriqaz İstehsalat Birliyinin inzibati binası və onun struktur bölmələri olan Bakı Regional Qaz İstismar departamentinin inzibati binası və onun struktur bölmələri olan Nərimanov, Yasamal, Abşeron, Binəqədi, Suraxanı, Sumqayıt, Nəsimi və Sabunçu Texniki İstismar Xidmətlərində, Təmir Tikinti İdarəsinin 2, 3 və 4 saylı Təmir Quraşdırma, 2 saylı Qəza Təmir Bərpa sahələrində, Anbar Təsərrüfatında, Ümumi Tikinti, Qaz Kəmərlərinin Sökülməsi sahələrində, Metrologiya departamentində, Layihə Konstruktor Bürosunda, Kompleks Qazma İşləri Trestinin inzibati binasında və onun strukturuna aid olan Bulla-Sahil İstehsalat Bölümündə, Neft Daşları-Günəşli İstehsalat Bölümünün inzibati binasında və Pirallahı sahəsində, 1 və 2 saylı Anbar Təsərrüfatlarında, Neft Qazmaservis İstehsalat Birliyində, Geofizika və Geologiya İdarəsinin inzibati binasında və onun strukturuna aid olan Kompüter Mühəndisliyinin Axtarışı İstehsalat Bölümündə, Mədəngeofizika İstehsalat Bölümünün “Bahar” Mühəndis Geoloji Ekspredisiyasında, Kəşfiyyatgeofizika İstehsalat Bölümünün Geofiziki Materialların Emalı İnpretasiyada, Sosial İnkişaf İdarəsinin Gənc İstedadlar Təhsil Kompleksinin Korpusunda, Sənaye Təhlükəsizlik, Təhlükəsizlik İdarələrində, Karbamid, Metanol zavodlarının inzibati binaları, sex və sahələrində, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Bakı Neft, Neft Məhsullarının Qəbulu və Göndərilməsi Bazalarında, Ümid – Babək Əməliyyat şirkətinin Mərkəzi Anbarında, Nəqliyyat İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan 1, 2, 4 və 6 saylı Texnoloji Nəqliyyat Departamentlərinin inzibati binalarında, xüsusi texnika və nəqliyyat vasitələrində, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Abşeron – Qala İnformasiya və Kommunikasiyaları Texnologi Xidmət sahələrində, Daşgil-Sənqəçal Rabitə İnformasiya İdarəsində, Qobustan Avtomatlaşdırılmış Telefon Stansiyasında, Bakı Ali Neft Məktəbinin Gəc İstedadlar Təhsil Kompleksinin Kampusunda, Balaxanı Əməliyyat Şirkətində, Azgerneft MMC, H.Əliyev adına Bakı Dərin Özüllər Zavodunun sahələrində, eyni zamanda O.Vəliyev 1 ünvanında yerləşən inzibati binada, Tullantıların emalı departamentinin 3, 4, 5, 6-cı (H.Əliyev adına NEZ-in 9-cu sahəsinin ərazisi) sahələrində, Torpaqların rekultivasiyası departamentinin 1-ci (“Abşeronneft”, H.Z.Tağıyev adına NQÇİ-nin mədən ərazisi), 2-ci (“Bibiheybətneft” NQÇİ-nin mədən ərazisi) sahələrində ümumilikdə 236 956 m2 deratizasiya, 300 892 m2 dezinseksiya və 23 347 m2 sahədə Koronavirus (COVİD-19) infeksiyası əleyhinə dezinfeksiya işləri yerinə yetirilmişdir.
SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrinin ərazilərində 5000 m2 sahələrdə sürünənlərə qarşı dərmanlama işləri aparılmışdır.
SOCAR AQŞ-nin ərazisində yerləşən 35 m3 -lik su çənində dezinfeksiya işləri aparılmışdır.
Bundan başqa QSC-nin baş ofisində, inzibati binalarında və bütün xidməti sahələrində Koronavirus infeksiyasına yoluxması faktını müəyyən etmək məqsədi ilə, işçilərin hər gün işə başlamazdan əvvəl xüsusi cihaz vasitəsi ilə hərarətlərinin ölçülməsi, əllərin və ayaqların xüsusi vasitələrdən istifadə etməklə dezinfeksiya edilməsi, maarifləndirmə işlərinin aparılması ən vacib qabaqlayıcı tədbir kimi yoluxmanın qarşısını almaq məqsədi daşıyır.
Məlum olduğu kimi, “Sanitariya - Epidemioloji Salamatlıq Haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinə uyğun olaraq Nazirlər Kabinetinin 2021-ci il 22 dekabr tarixli qərarına əsasən ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2022-ci il 01 noyabr saat 00.00-dək uzadılmışdır.
Uzadılmış karantin rejimi dövründə Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən Koronavirus (COVİD-19) infeksiyasının yayılması əleyhinə dezinfeksiya işləri SOCAR-ın idarə və müəssisələrində, birgə müəssisələrdə, idman komplekslərində və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət sahələrində mütəmadi olaraq davam etdirilir.