SOCAR-ın Təsərrüfat İdarəsində və İnsan Resursları Departamentində, “Azneft” İstehsalat Birliyinin inzibati binası və onun strukturuna aid olan Maddi Texniki Təchizat İdarəsinin inzibati binasında və 2 saylı Sənqəçal Bazasında, 1 və 2 saylı İxtisaslaşdırılmış Neft Mədən Xüsusi Texnika İdarələrinin inzibati binalarında, “Abşeronneft”, “Bibiheybətneft”, Ə.Əmirov, N.Nərimanov, “28 May” NQÇİ-nin, Qazın Tam Hazırlanması və Nəqli (Zirə, Hövsan), Neftin Tam Hazırlanması (Zirə) sahələrində, Dalğıc Qəza xidmətinin inzibati binasında, Qaz Anbarları İstismarı İdarəsinin inzibati binası və onun strukturuna aid olan Elektrik təchizatı və elektrik avadanlıqlarının təmiri sahəsində, Neft Kəmərləri İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Dübəndi İstehsalat Bölümünün, İxrac İstehsalat Bölümünün sahələrində, Anbar Təsərrüfatı Bölümünün Sənqəçal sahəsində, Qaradağ İstehsalat Bölümünün Böyük-şör, Lökbatan, Puta Neftin Nəqli sahələrində, Abşeron İstehsalat Bölümünün Böyük-şör, Sabunçu, Sumqayıt, Suraxanı Neftin Nəqli sahələrində, “Neftqaztikinti” trestinin inzibati binasında və onun strukturuna aid olan 2, 5, 6 və 7 saylı Tikinti Quraşdırma Bölümlərində, Neftqazelmitədqiqatlayihə İnstitutunun Eksperimental Təcrübə Sınaq İşləri Bazasında, Azərkimya İstehsalat Birliyinin inzibati binasında və onun struktur bölmələri olan Təmir-Tikinti İdarəsində, Etilen - Polietilen zavodunda, Qaz İxracı İdarəsinin inzibati binasında və onun strukturuna aid olan Anbar Təsərrüfatında, Abşeron Magistral Qaz Kəmərlərinin İdarəsinin inzibati binası və onun struktur bölmələri olan Masazır, Şimal, Xırdalan, Böyük-şör, Sumqayıt, Qaradağ, Digah Qaz Paylayacı Stansiyalarında, Kompressor Stansiyasında, Korroziyadan mühafizəsi departamentində, Azəriqaz İstehsalat Birliyinin inzibati binası və onun struktur bölmələri olan Sumqayıt şəhər Qaz İstismar sahəsində, Bakı Regional Qaz İstismar departamentinin inzibati binası və onun struktur bölmələri olan Xətai, Nizami, Xəzər, Nərimanov, Yasamal, Abşeron, Binəqədi, Suraxanı, Səbayıl, Qaradağ və Nəsimi Texniki İstismar Xidmətlərində, Təmir Tikinti İdarəsinin 1, 2 və 3 saylı Təmir Quraşdırma, 1, 2 və 4 saylı Qəza Təmir Bərpa sahələrində, Anbar Təsərrüfatında, Sənaye Qaz Sayğaclarının Xidmət Mərkəzində, Metrologiya departamentində, Layihə Konstruktor Bürosunda, Kompleks Qazma İşləri Trestinin inzibati binasında və onun strukturuna aid olan Neft Daşları-Günəşli İstehsalat Bölümünün inzibati binasında və Pirallahı sahəsində, 1 və 2 saylı Anbar Təsərrüfatlarında, Qazmaservis İstehsalat Birliyində, Geofizika və Geologiya İdarəsinin inzibati binasında və onun strukturuna aid olan Mədəngeofizika İstehsalat Bölümünün “Azəri” və “Bahar” Mühəndis Geoloji Ekspredisiyalarında, Sosial İnkişaf İdarəsinin Bakı Olimpiya Stadionunda, Sənaye Təhlükəsizlik İdarəsinin inzibati binasında, Karbamid və Metanol zavodlarının inzibati binaları, sex və sahələrində, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Bakı Neft, Neft Məhsullarının Qəbulu və Göndərilməsi Bazalarında, Ümid – Babək Əməliyyat şirkətinin Mərkəzi Anbarında, Nəqliyyat İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan 1, 2, 4 və 6 saylı Texnoloji Nəqliyyat Departamentlərinin inzibati binalarında, xüsusi texnika və nəqliyyat vasitələrində, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin inzibati binasında və onun struktur bölməsi olan Abşeron – Qala İnformasiya və Kommunikasiyaları Texnologi Xidmət sahələrində, Bakı Ali Neft Məktəbinin inzibati binasında, Eko Park İnnovasiya Mərkəzində, eyni zamanda O.Vəliyev 1 ünvanında yerləşən inzibati binada, Tullantıların emalı departamentinin 3, 4, 5, 6-cı (H.Əliyev adına NEZ-in 9-cu sahəsinin ərazisi) sahələrində, Torpaqların rekultivasiyası departamentinin 1-ci (“Abşeronneft”, H.Z.Tağıyev adına NQÇİ-nin mədən ərazisi), 2-ci (“Bibiheybətneft” NQÇİ-nin mədən ərazisi) sahələrində ümumilikdə 280 862 m2 deratizasiya, 197 734 m2 dezinseksiya və 16 997 m2 sahədə Koronavirus (COVİD-19) infeksiyası əleyhinə dezinfeksiya işləri yerinə yetirilmişdir.
SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrinin ərazilərində 12000 m2 sahələrdə sürünənlərə qarşı dərmanlama işləri aparılmışdır.
Bundan başqa QSC-nin baş ofisində, inzibati binalarında və bütün xidməti sahələrində Koronavirus infeksiyasına yoluxması faktını müəyyən etmək məqsədi ilə, işçilərin hər gün işə başlamazdan əvvəl xüsusi cihaz vasitəsi ilə hərarətlərinin ölçülməsi, əllərin və ayaqların xüsusi vasitələrdən istifadə etməklə dezinfeksiya edilməsi, maarifləndirmə işlərinin aparılması ən vacib qabaqlayıcı tədbir kimi yoluxmanın qarşısını almaq məqsədi daşıyır.
Məlum olduğu kimi, “Sanitariya - Epidemioloji Salamatlıq Haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinə uyğun olaraq Nazirlər Kabinetinin 2021-ci il 22 dekabr tarixli qərarına əsasən ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2022-ci il 01 noyabr saat 00.00-dək uzadılmışdır.
Uzadılmış karantin rejimi dövründə Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən Koronavirus (COVİD-19) infeksiyasının yayılması əleyhinə dezinfeksiya işləri SOCAR-ın idarə və müəssisələrində, birgə müəssisələrdə, idman komplekslərində və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət sahələrində mütəmadi olaraq davam etdirilir.