ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin rəhbər heyətinin Mülki Müdafiə üzrə məşqi keçirilmişdir
2022-ci il sentyabrın 19-da “Ekol Mühəndislik Xidmətləri” QSC-nin  O.Vəliyev 1 ünvanda xidmət göstərdiyimiz (H.Əliyev adına NEZ 9-cu sex) ərazisində rəhbər heyətinin “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı idarəetmənin təşkili” mövzusunda Mülki Müdafiə üzrə (MM) məşqi keçirilmişdir. Məşqdə Bakı Regional Mərkəzinin Nizami rayonu üzrə Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi polkovnik-leytenant C.Quliyev, şöbənin baş zabiti kapitan M.Vəlibəyov,  əməkdaşları, “Ekol Mühəndislik Xidmətləri” QSC-nin  Fövqəladə Hallar  Komissiyasının sədri Məzahir Hüseynov, Mülki Müdafiə Qərargah rəisi Eldəniz Həsənli və Cəmiyyətin Mülki Müdafiə Qüvvələrinin rəhbərləri iştirak etmişlər.

Mülki Müdafiə üzrə məşqin rəhbəri, “Ekol Mühəndislik Xidmətləri” QSC-nin  Fövqəladə Hallar  Komissiyasının sədri Məzahir Hüseynov tədbiri açıq elan edərək məşq iştirakçılarını salamladı və tədbir iştirakçılarına məşqin məqsədini çatdırdıqdan sonra şərti siqnal verərək, məşqin başlanmasını elan etdi.
Məşqin keçirilməsində məqsəd rəhbər heyətin və MM qüvvələrinin fövqəladə hadisələr zamanı fəaliyyət göstərməsi hazırlığı səviyyəsini müəyyən etmək, işçilərin fövqəladə hadisələr zamanı davranış qaydaları üzrə biliklərini artırılması, MM sahəsində normativ sənədlərin tələblərinə əməl olunmasından ibarətdir. Daha sonra məşqin keçirilməsində əsas məqsəd MM idarəetmə orqanlarının, Fövqəladə Hallar üzrə Komissiyalarının, rəhbər heyətin və işçilərin fövqəladə hadisələrin nəticələrini aradan qaldırılarkən xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və operativ olaraq yerinə yetirilməsi üzrə praktiki vərdişlərinin aşılamasından ibarət olmuşdur.
Məşqin gedişi zamanı Cəmiyyətin Fövqəladə Hallar Komissiyasının sədri və MM Qərargah rəisinin “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı idarəetmənin təşkili” mövzusunda mərüzələri dinlənildi. Məşqin davamı olaraq MM obyektinin rəhbər və komandir-rəis heyətinin fövqəladə hadisələr (şərti şərait) zamanı operativ reaksiya vermə üzrə hazırlıq səviyyələri yoxlanıldı, fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı MM orqan və qüvvələrinin idarə edilməsi üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, işçi sənədlərin hazırlanması üzrə bacarıq və vərdişləri haqqında məlumat verilmişdir.
Cəmiyyətin Mülki Müdafiə planında nəzərdə tutulmuş tədbirlər bir daha dəqiqləşdirilərək məşq plana uyğun olaraq, vaxtında başa çatmışdır. Sonda iştirakçılar məşqin  təhlilini ətraflı müzakirə etmişlər. 












tarix : 20.09.2022

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.