ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də Sentyabrın 27-də anım tədbiri keçirilmişdir.
“Ekol Mühəndislik Xidmətləri” QSC-də Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış və ölkəmizin parlaq qələbəsi ilə nəticələnən 2-ci Qarabağ Müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar anım tədbiri keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr Sərəncamına əsasən Vətən Müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş, əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il Sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.
Anım tədbirində Cəmiyyətin rəhbərliyi, departament, şöbə rəisləri, Vətən Müharibəsi iştirakçıları, şəhid ailələri və kollektiv üzvləri iştirak etmişlər.
Tədbirdə əvvəlcə Vətən uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş direktorun istehsalat üzrə müavini - Texniki direktor Məzahir Hüseynov çıxış edərək “Dəmir yumruq” əks hücum əməliyyatı zamanı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli Müzəffər Ordumuzun sona qədər qəhrəmancasına 44 günlük mübarizəsi nəticəsində Ermənistan işğalçı qüvvələri tərəfindən işğal edilmiş torpaqlarımızın azad edilməsini böyük tarixi hadisə kimi qiymətləndirmişdir.
Çıxışının davamı olaraq Məzahir Hüseynov bildirdi ki, bugün biz hər birimiz Şəhidlərimizə və Qazilərimizə borcluyuq. Müstəqilliyimiz, Vətənimizin ərazi bütövlüyü, namus və ləyaqətimiz uğrunda mübarizəyə qatılmış bu cəsur qəhrəman igidlər Azərbaycan xalqının başını uca etdi. Heç vaxt unutmayacağımız və unutdurmayacağımız bu qəhrəmanlar hər bir Azərbaycan anasının əziz övladı, xalqımızın qüruru və iftixarı oldu. Rəşadət rəmzi olan bu qəhrəmanlar bugünkü və sabahkı gəncliyin əbədi amalı, and və uyuduğu məkan müqəddəs ziyarət yeri olduğunu bildirdi.   
Daha sonra çıxış edənlər Baş direktorun müavini Yaqub Ağasiyev, Baş direktorun SƏTƏM üzrə müavini Eldəniz Həsənli, İqtisadiyyat və uçot departamentinin rəisi Əli Bağış, “Ekologiya” İdarəsinin rəisi Əflatun Həsənov, şəhid anası Yeganə Rüstəmova, şəhid qardaşı Rasim Rzayev və şəhidin həyat yoldaşı Rəqiyyə İsmayılova, 44 günlük Vətən Müharibəsinin iştirakçısı Maarif Sadıqov iki il bundan öncə xalqımızın Müzəffər Ali Baş Komandanı İlham Əliyevin ətrafında bir yumruq kimi birləşərək torpaqların işğaldan azad olunması uğrunda qalxdıqları haqq savaşından, müharibənin ən ağır günlərində ordu – xalq vəhdətindən, həmin şərəfli günlərdə istər hərbiçilərimizin, istərsə də arxa cəbhədə qorxmadan, çəkinmədən gecə - gündüz çalışan insanların mərdliyindən, rəşadətindən danışdılar. Daha sonra çıxış edənlər Müzəffər ordumuzun təxribatçı Ermənistan ordusuna qarşı qisas əməliyyatı və 12 sentyabr  2022-ci il tarixində Ermənistanla sərhəd boyu törədilmiş təxribatın qarşısının alınması haqqında məlumat verdilər.
Anım tədbiri “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət göstərdiyi bütün sahələrdə keçirilmişdir.
Tədbirin sonunda anım gününü əks etdirən video çarxlar nümayiş etdirildi.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Şəhidlərimizin ruhu qarşısında baş əyirik!
Q A R A B A Ğ   A Z Ə R B A Y C A N D I R ! ! !  


















tarix : 27.09.2022

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.