İş yerlərində SOCAR-ın 15 oktyabr 2020-ci il tarixli telefonoqramında nəzərdə tutulmuş profilaktik tədbirlərin, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən olunmuş tədbirlərin yerinə yetirilməsi üçün Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən müntəzəm olaraq dezinfeksiya işləri aparılır.
“Azneft” İstehsalat Birliyinin inzibati binası və onun strukturuna aid olan 1 saylı Nəqliyyat İdarəsinin inzibati binası və sahəsində, Maddi Texniki Təchizat İdarəsinin inzibati binasında və 2 saylı Sənqəçal Bazasında, “Abşeronneft”, “Bibiheybətneft”, N.Nərimanov adına NQÇİ-nin inzibati binaları və sahələrində, N.Nərimanov NQÇİ-nin Neftin Kompleks Hazırlanması və Nəqli sahəsində, Dalğıc Xilasetmə xidmətinin Pirallahı sahəsində, Qaz Anbarları İstismarı İdarəsinin inzibati binası və onun strukturuna aid olan Qaz Emalı zavodunda, Neft Kəmərləri İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Dübəndi İstehsalat Bölümünün, İxrac İstehsalat Bölümünün, Anbar Təsərrüfatı Bölümünün sahələrində, Qaradağ İstehsalat Bölümünün Böyük-şör, Daşgil Neftin Təhvili sahəsində, Abşeron İstehsalat Bölümünün Böyük-şör, Sabunçu, Sumqayıt, Suraxanı Neftin Təhvili sahələrində, “Neftqaztikinti” trestinin inzibati binasında və onun strukturuna aid olan 2, 6 və 7 saylı Tikinti Quraşdırma Bölümlərində, Neftqazelmitədqiqatlayihə İnstitutunun Eksperimental Təcrübə Sınaq İşləri Bazasında, Azərkimya İstehsalat Birliyinin inzibati binasında və onun struktur bölmələri olan Təmir-Tikinti İdarəsində, Etilen - Polietilen zavodunda, Qaz İxracı İdarəsinin inzibati binasında və onun strukturuna aid olan Anbar Təsərrüfatı Bölümündə, Abşeron Magistral Qaz Kəmərlərinin İdarəsinin inzibati binası və onun struktur bölmələri olan Masazır, Xırdalan, Balaxanı, Böyük-şör, Zeytun, Sumqayıt, Digah Qaz Paylayacı Stansiyalarında, Korroziyadan mühafizəsi departamentində, Azəriqaz İstehsalat Birliyinin inzibati binası və onun struktur bölmələri olan Sumqayıt şəhər Qaz İstismar sahəsində, Bakı Regional Qaz İstismar departamentinin inzibati binası və onun struktur bölmələri olan Xətai, Nizami, Xəzər, Səbayıl və Sabunçu Texniki İstismar Xidmətlərində, Təmir Tikinti İdarəsinin 4 saylı Qəza Təmir Bərpa sahəsində, Metrologiya departamentində, Avtomatika və Metrologiya departamentində, Kompleks Qazma İşləri Trestinin inzibati binasında və onun strukturuna aid olan Bulla-Sahil İstehsalat Bölümünün inzibati binasında, Neft Daşları-Günəşli İstehsalat Bölümünün inzibati binasında və Qala sahəsində, Geofizika və Geologiya İdarəsinin inzibati binasında və onun strukturuna aid olan Mədəngeofizika İstehsalat, Kompleks Mühəndis Axtarış İstehsalat Bölümlərdə, Kəşfiyyatgeofizika İstehsalat Bölümünün Geoloji Materialların Emalı İmpretasiya Ekspredisiyasında, Sosial İnkişaf İdarəsinin, Sənaye Təhlükəsizlik İdarəsinin inzibati binalarında, Karbamid və Metanol zavodlarının inzibati binaları, sex və sahələrində, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Bakı Neft, Neft Məhsullarının Qəbulu və Göndərilməsi Bazalarında, Nəqliyyat İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan 1, 2, 4 və 6 saylı Texnoloji Nəqliyyat Departamentlərinin inzibati binalarında, xüsusi texnika və nəqliyyat vasitələrində, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin inzibati binasında və onun struktur bölməsi olan Abşeron – Qala İnformasiya və Kommunikasiyaları Texnologi Xidmət sahələrində, eyni zamanda O.Vəliyev 1 ünvanında yerləşən inzibati binada, Tullantıların emalı departamentinin 3, 4, 5, 6-cı (H.Əliyev adına NEZ-in 9-cu sahəsinin ərazisi) sahələrində, Torpaqların rekultivasiyası departamentinin 1-ci (“Abşeronneft”, H.Z.Tağıyev adına NQÇİ-nin mədən ərazisi), 2-ci (“Bibiheybətneft” NQÇİ-nin mədən ərazisi) sahələrində ümumilikdə 286 911 m2 deratizasiya, 230 867 m2 dezinseksiya və 19 608 m2 sahədə Koronavirus (COVİD-19) infeksiyası əleyhinə dezinfeksiya işləri yerinə yetirilmişdir.
SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrinin ərazilərində 2100 m2 sahələrdə sürünənlərə qarşı dərmanlama işləri aparılmışdır.
Bundan başqa QSC-nin baş ofisində, inzibati binalarında və bütün xidməti sahələrində Koronavirus infeksiyasına yoluxması faktını müəyyən etmək məqsədi ilə, işçilərin hər gün işə başlamazdan əvvəl xüsusi cihaz vasitəsi ilə hərarətlərinin ölçülməsi, əllərin və ayaqların xüsusi vasitələrdən istifadə etməklə dezinfeksiya edilməsi, maarifləndirmə işlərinin aparılması ən vacib qabaqlayıcı tədbir kimi yoluxmanın qarşısını almaq məqsədi daşıyır.
Məlum olduğu kimi, “Sanitariya - Epidemioloji Salamatlıq Haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinə uyğun olaraq Nazirlər Kabinetinin 2021-ci il 22 dekabr tarixli qərarına əsasən ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2022-ci il 01 noyabr saat 00.00-dək uzadılmışdır.
Uzadılmış karantin rejimi dövründə Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən Koronavirus (COVİD-19) infeksiyasının yayılması əleyhinə dezinfeksiya işləri SOCAR-ın idarə və müəssisələrində, birgə müəssisələrdə, idman komplekslərində və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət sahələrində mütəmadi olaraq davam etdirilir.