ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin Eko-Park İnnovasiya Mərkəzində ağacəkmə kampaniyası keçirilmişdir.
04 oktyabr 2022-ci il tarixində xidmət göstərdiyimiz SOCAR-ın Eko-Park İnnovasiya Mərkəzində SOCAR-ın  rəhbər heyəti, “Azneft” İB, “Ekol Mühəndislik Xidmətləri” QSC rəhbərliyi, kollektivin nümayəndələri və 2020-ci ildə 44 günlük Vətən müharibəsində döyüşmüş qazilərin iştirakı ilə şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinə həsr olunmuş ağacəkmə kampaniyası keçirilmişdir.

Tədbirin məqsədi düşmən tərəfindən 30 ildən artıq işğal altında saxlanılmış torpaqlarımızın 44 günlük Vətən müharibəsi zamanı azad edilməsi, habelə dövlətimizin suverenliyi uğrunda canlarından keçmiş əziz soydaşlarımızın adlarının əbədiləşdirilməsi və yad edilməsi olmuşdur.
SOCAR-ın Ekologiya üzrə Vitse-prezidenti Rəfiqə Hüseynzadə tədbir iştirakçılarını salamlayaraq giriş sözü ilə 44 günlük Vətən müharibəsi və Eko-Park İnnovasiya Mərkəzi haqqında danışdı.
İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu qələbə tarixdə əbədi qalacaqdır. Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşmiş, mərdlik və şücaət göstərməklə 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etmişdir. İkinci Qarabağ müharibəsi zamanı davam edən haqq savaşımızda şanlı ordumuzun hər gün əldə etdiyi nailiyyətlər, qazandığı qələbələr xalqımızın iftixar və qürur mənbəyinə çevrilmişdir.
Bu gün həm də yenilməz ordumuzun Cəbrayıl şəhərini düşmən tapdağından azad etdiyi gündür. Belə ki, Vətən müharibəsi başlayan gündən qısa zaman ərzində Cəbrayıl şəhərini və 9 kəndini işğalçılardan təmizləyən Azərbaycan ordusu tarixi haqq-ədaləti bərpa etmişdir. Tədbirdə Azərbaycanın strateji rayonlarından olan Cəbrayılın azad olunmasının ildönümünü də qeyd edildi.
Müharibənin ilk günlərində Vətənin minlərlə igid oğullarının könüllü olaraq orduya yazılması, xalqımızın ölkədə və dünyada tüğyan edən Koronavirus pandemiyasına baxmayaraq, onların izdihamla və böyük çoşqu ilə yola salınması hər bir Azərbaycan vətəndaşında böyük qürur hissi yaradırdı. 
Torpaqlarımızın azad edilməsində hər bir Azərbaycanlı kimi SOCAR əməkdaşları da ordumuza dəstək kampaniyalarına qoşulmuşdur. SOCAR-ın  500-ə yaxın əməkdaşı Qarabağın azad edilməsi üçün səfərbər olmuş, Vətən uğrunda döyüşmüşlər. Bununla yanaşı, Azərbaycan neftçiləri fasiləsiz çalışaraq, arxa cəbhədə Azərbaycanın Silahlı Qüvvələrinə dəstək olmuşlar.
Tədbir iştirakçıları əvvəlcə ağacəkmə aksiyasında iştirak etmiş, daha sonra Vətən müharibəsi qaziləri və aksiya iştirakçıları Mərkəzin ərazisi ilə tanış olmuş və çay süfrəsi arxasında səmimi söhbətlər olunmuşdur.
Tədbirin sonunda şəhidlərin əziz xatirəsi bir daha yad olunmuş və gələcək günlərdə də belə tədbirlərin daha geniş şəkildə həyata keçirilməsi vurğulanmışdır. 






















tarix : 05.10.2022

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.