ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-nin Dezinfeksiya şöbəsi karantin günlərində SOCAR-ın strukturuna daxil olan qurumlarda, birgə müəssisələrdə Koronavirus (COVİD-19) infeksiyasından mühafizə məqsədilə profilaktiki tədbirləri gücləndirilmiş iş rejimində davam etdirir.
Karantin günlərində  (29 sentyabr 2022 –  06 oktyabr 2022) Dezinfeksiya  şöbəsinin  əməkdaşları Koronavirus  infeksiyasının  ölkəmizdə  yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirə salınmaz dezinfeksiya işlərini gücləndirilmiş iş rejimində SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrdə, birgə müəssisələrdə, idman komplekslərində və QSC-nin xidmət göstərdiyi sahələrdə davam etdirmişlər.

İş yerlərində SOCAR-ın 15 oktyabr 2020-ci il tarixli telefonoqramında nəzərdə tutulmuş profilaktik tədbirlərin, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən olunmuş tədbirlərin yerinə yetirilməsi üçün Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən müntəzəm olaraq dezinfeksiya işləri aparılır.
“Azneft” İstehsalat Birliyinin inzibati binası və onun strukturuna aid olan Maddi Texniki Təchizat İdarəsinin inzibati binasında və 2 saylı Sənqəçal Bazasında,  1 və 2 saylı İxtisaslaşdırılmış Neft Mədən Xüsusi Texnika İdarələrinin inzibati binalarında, “Abşeronneft”, “Bibiheybətneft”, “Neft Daşları”, H.Z.Tağıyev, Ə.Əmirov, N.Nərimanov adına NQÇİ-nin inzibati binaları və sahələrində, N.Nərimanov adına NQÇİ-nin Neftin Kompleks Hazırlanması və Nəqli sahəsində, “28 May” NQÇİ-nin Qazın Tam Hazırlanması və Nəqli (Zirə, Hövsan, Qaradağ), Neftin Tam Hazırlanması (Dübəndi) sahələrində,  Dalğıc Xilasetmə xidmətinin Pirallahı sahəsində, Qaz Anbarları İstismarı İdarəsinin inzibati binası və onun strukturuna aid olan Qaz Emalı zavodunda,  Neft Kəmərləri İdarəsinin inzibati binasında və onun  struktur bölmələri olan Dübəndi İstehsalat Bölümünün, Anbar Təsərrüfatı Bölümünün sahələrində, Qaradağ İstehsalat Bölümünün Böyük-şör, Lökbatan, Puta və Daşgil Neftin Təhvili sahələrində, Abşeron İstehsalat Bölümünün Böyük-şör və Sumqayıt Neftin Təhvili sahələrində, “Neftqaztikinti” trestinin  inzibati binasında və onun strukturuna aid olan 2, 4, 5 və 7 saylı Tikinti Quraşdırma Bölümlərində, Neftqazelmitədqiqatlayihə İnstitutunun Eksperimental Təcrübə Sınaq İşləri Bazasında, Azərkimya İstehsalat Birliyinin inzibati binasında və onun struktur bölmələri olan Təmir-Tikinti İdarəsində, Etilen - Polietilen zavodunda, Qaz İxracı İdarəsinin inzibati binasında və onun strukturuna aid olan Anbar Təsərrüfatı Bölümündə, Abşeron Magistral Qaz Kəmərlərinin İdarəsinin inzibati binası və onun struktur bölmələri olan Səbail, Xocahəsən, Alatava, Sulutəpə, Novxanı, Masazır, Mehdiabad, Müşviqabad, Pereküşkül, Ceyranbatan, Abşeron Modul, Yaşma, Qobu, Əhmədli, Xətai, Zirə, Zığ, Buzovna Avtomatlaşdırılmış, Maştağa, Dübəndi, Mərdəkan Bağları, Türkan 1 və 2, Nardaran, Albalılıq, Xaşaxuna,  Qaradağ, Yeni Suraxanı, Hövsan, Digah Qaz Paylayacı Stansiyalarında, Balaxanı Kompressor stansiyasında, Korroziyadan mühafizəsi departamentində, Azəriqaz İstehsalat Birliyinin inzibati binası və onun struktur bölmələri olan Bakı Regional Qaz İstismar departamentinin inzibati binası və onun struktur bölmələri olan Xətai, Xəzər, Səbail, Qaradağ, Suraxanı və Sabunçu Texniki İstismar Xidmətlərində, Təmir Tikinti İdarəsinin  1, 2 və 4 saylı Təmir Quraşdırma, 1, 2 və 4 saylı Qəza Təmir Bərpa sahələrində, Ümumi Tikinti sahəsində, Anbar Təsərrüfatı Bölümündə, Qaz Sayğaclarının xidmət mərkəzində, Texniki Nəzarət şöbəsində, Qaz Kəmərlərinin Sökülməsi üzrə sahəsində, Kompleks Qazma İşləri Trestinin inzibati binasında və onun strukturuna aid olan Təchizat və Logistika İstehsalat Bölümünün 2 saylı anbarında, Bulla-Sahil İstehsalat Bölümünün, Neft Daşları-Günəşli İstehsalat Bölümünün, Qazma Servis İstehsalat Bölümündə inzibati binalarında, Geofizika və Geologiya İdarəsinin inzibati binasında və onun strukturuna aid olan Mədəngeofizika Geofizika İstehsalat Bölümünün “Azəri” və “Bahar” Mədən Geoloji Ekspredisiyasında, Kompleks Mühəndis Axtarış İstehsalat Bölümlərdə, Kəşfiyyatgeofizika İstehsalat Bölümünün Geoloji Materialların Emalı İmpretasiya Ekspredisiyasında, Sosial İnkişaf İdarəsinin, Təhlükəsizlik İdarəsinin, Sənaye Təhlükəsizlik İdarəsinin inzibati binalarında, Metanol zavodlarının inzibati binası, sex və sahəsində, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Bakı Neft, Neft Məhsullarının Qəbulu və Göndərilməsi Bazalarında,  Nəqliyyat İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan 1, 2, 4 və 6 saylı Texnoloji Nəqliyyat  Departamentlərinin inzibati binalarında, xüsusi texnika və nəqliyyat vasitələrində, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin inzibati binasında və onun struktur bölməsi olan Abşeron – Qala İnformasiya və Kommunikasiyaları Texnologi Xidmət, Daşgil-Sənqəçal Rabitə İnformasiya sahələrində, Qobustan Avtomatlaşdırılmış Telefon Stansiyasında, Balaxanı Əməliyyat şirkətinin inzibati binasında, “Ümid-Babək” Əməliyyat Şirkətinin Mərkəzi Anbarında və Tikinti sahəsində, Eko-Park İnnovasiya Mərkəzində, H.Əliyev adına Bakı Dərin Özüllər zavodunda, Bakı Ali Neft Məktəbində, eyni zamanda O.Vəliyev 1 ünvanında yerləşən inzibati binada, Tullantıların emalı departamentinin 3, 4, 5, 6-cı (H.Əliyev adına NEZ-in 9-cu sahəsinin ərazisi) sahələrində, Torpaqların rekultivasiyası departamentinin  1-ci (“Abşeronneft”,  H.Z.Tağıyev adına NQÇİ-nin mədən ərazisi), 2-ci (“Bibiheybətneft” NQÇİ-nin mədən ərazisi) sahələrində  ümumilikdə 224 469 m2 deratizasiya, 257 066 m2 dezinseksiya və 18 950 m2  sahədə Koronavirus (COVİD-19) infeksiyası əleyhinə dezinfeksiya işləri yerinə yetirilmişdir.
SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrinin ərazilərində 7100 m2  sahələrdə sürünənlərə qarşı dərmanlama işləri aparılmışdır.
SOCAR AQŞ-nin ərazisində yerləşən 106 m3-lik su çənində dezinfeksiya işləri aparılmışdır. 
Bundan başqa QSC-nin baş ofisində, inzibati binalarında və bütün xidməti sahələrində Koronavirus infeksiyasına yoluxması faktını müəyyən etmək məqsədi ilə, işçilərin hər gün işə başlamazdan əvvəl xüsusi cihaz vasitəsi ilə hərarətlərinin ölçülməsi, əllərin və ayaqların xüsusi vasitələrdən istifadə etməklə dezinfeksiya edilməsi, maarifləndirmə işlərinin aparılması ən vacib qabaqlayıcı tədbir kimi yoluxmanın qarşısını almaq məqsədi daşıyır.
Məlum olduğu kimi, “Sanitariya - Epidemioloji Salamatlıq Haqqında” Azərbaycan Respublikası Qanunun  25-ci maddəsinə uyğun olaraq  Nazirlər Kabinetinin 2021-ci il 22 dekabr tarixli qərarına əsasən ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2022-ci il 01 noyabr saat 00.00-dək uzadılmışdır.
Uzadılmış karantin rejimi dövründə Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən Koronavirus (COVİD-19) infeksiyasının yayılması əleyhinə dezinfeksiya işləri SOCAR-ın idarə və müəssisələrində, birgə müəssisələrdə, idman komplekslərində və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət sahələrində mütəmadi olaraq davam etdirilir.





















tarix : 07.10.2022

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.