ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

18 oktyabr - Müstəqilliyin Bərpası Günü “Ekol Mühəndislik Xidmətləri” QSC-nin kollektivinin yaddaşında şərəfli tarix kimi qalacaq.
11.10.2021-ci il tarixində Milli Məclisin keçirilən iclasında “Müstəqillik Günü” haqqında qanun layihəsi birinci oxunuşda müzakirə olunmuş və 12.10.2021-ci il tarixində ikinci oxunuşda 28 May Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü, 18 oktyabr Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilmiş və hər il bayram günü kimi qeyd edilməsi bildirilmişdir. Üçüncü oxunuşda 15.10.2021-ci il tarixində 28 May - Müstəqillik Günü qeyri-iş günü, 18 oktyabr - Müstəqilliyin Bərpası Günü isə iş günü olaraq bayram günü sayılacaq.

18 oktyabr 2022-ci il Azərbaycan Respublikası Dövlət Müstəqilliyinin Bərpasının 31-ci ildönümüdür. Bu tarixi hadisə münasibəti ilə QSC-nin kollektivi Azərbaycan xalqını təbrik edir, onlara can sağlığı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi və əbədi yaşaması naminə uğurlar arzulayır.
1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul olunub. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad edilərək, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edildi. Beləliklə, "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktına əsasən Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etdi.
Belə bir tarixi şəraitdə, 1993-cü ilin iyununda xalqın təkid və tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev özü ilə bərabər Azərbaycana siyasi müdriklik gətirdi. Məhz Ümummilli Liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyinin bərpasını təhlükədən qurtardı.  Ümummilli Lider Heydər Əliyev “Müstəqilliyi qorumaq onu əldə etməkdən qat-qat çətindir” fikri ilə nəhəng dövlət quruculuğu bərpası işlərinə başladı. Ümummilli Lider Heydər Əliyev qarşıya çıxan bütün çətinlikləri qısa vaxt ərzində dəf etməklə Azərbaycanın səsinin ən nüfuzlu beynəlxalq təşkilatların kürsüsündən eşidilməsinə nail oldu.
2022-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpa edilməsinin 31 ili tamam olur. Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir.
Dövlət Müstəqilliyimizin Bərpa olunmasında müstəsna rolu olmuş Ümummilli Lider Heydər Əliyevin siyasi kursu ötən illərdə və hal hazırda uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində keçən 31 ildə ölkəmiz öz müstəqilliyinin bərpasını bütün dünyada tanıtmış, beynəlxalq təşkilatların üzvlüyünə qəbul edilmiş, dünya dövlətləri ilə bərabər hüquqlu əlaqələr yaratmışdır. Bu illərdə daxili və xarici qüvvələrin təxribat və maneələrinə baxmayaraq, Dövlət Müstəqilliyimizin Bərpa edilməsi qətiyyətlə qorunmuş və onun  yaşaması üçün  vacib olan bütün tədbirlər görülmüşdür.
Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası xalqımızın tarixi nailiyyətidir. Hər birimizin  müqəddəs borcu müstəqil dövlətimizin  qədrini  bilmək, onu qorumaq, inkişaf etdirmək, dünyanın ən inkişaf etmiş ölkələri səviyyəsinə çatdırmaq və  bu mübarizədə daha möhkəm əzm, qətiyyət nümayiş etdirməkdən ibarətdir.

tarix : 18.10.2022

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.