ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin Eko Park İnnovasiya Mərkəzində Almaniyanın Lexsolar şirkətinin nümayəndələri ilə görüş keçirilmişdir.
21 oktyabr 2022-ci il tarixində Eko Park İnnovasiya Mərkəzində Almaniyanın Lexsolar şirkətinin nümayəndələri ilə görüş keçirilmişdir.

Görüşdə şirkətin təsisçisi və baş meneceri Michael Dietrch, Lexsolar şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi, əsası ABŞ-da qoyulmuş LT Scientific şirkətinin rəhbəri İsmayıl Rüstəmov, satış meneceri Bəxtiyar Ağayev və Eko Park İnnovasiya Mərkəzinin rəisi Tahir Şıxəliyev iştirak etmişlər.
Bildiyiniz kimi Eko Parkda yerləşən Enerji İdarəetmə Mərkəzində müxtəlif tipli alternativ enerji təlim dərsləri nümayiş olunur. Bu avadanlıqların nümayiş tədbirində SOCAR rəhbərliyi və rəsmi şəxslər də iştirak ediblər. Avadanlıqlar Almaniyanın Lexsolar şirkətində istehsal olunur və dünyada alternativ enerji sahəsində tədris təcrübə dərslərinin ən geniş yayılmış modelləridir.
Məlumat üçün bildiririk ki, Lexsolar şirkətinin təsisçisi və baş meneceri Michael Dietrch 20-21 oktyabr tarixlərində Bakıda səfərdədir. Bu səfər çərçivəsində Michael Dietrch və qonaqlar Eko Park İnnovasiya Mərkəzinə baş çəkmişlər. Qonaqlar üçün Mərkəzin ərazisində gəzinti təşkil edilmiş, Eko Parkdakı Enerji İdarəetmə Mərkəzində yaradılmış şərait və avadanlıqlarla tanış olmuşlar. Təsisçisi olduğu Lexsolar şirkətinin rəhbəri bu təlim kitlərinin yüksək səviyyədə nümayiş etdirdikləri üçün Mərkəz rəhbərliyinə öz dərin təşəkkürünü bildirmişdir.
Daha sonra Eko Park İnnovasiya Mərkəzində rəsmi görüş təşkil olunmuş və görüş zamanı tərəflərin gələcəkdə alternativ enerji sahəsində əməkdaşlığı və təhsil kitləri haqqında ətraflı müzakirələr aparıldı. Lexsolar şirkətinin rəhbəri yeni məhsullar haqqında ətraflı məlumat verdi. Sonda qonaqlar üçün təşkil olunmuş çay süfrəsi ətrafında səmimi söhbətlər olunmuş və xatirə şəkilləri çəkilmişdir. Çox səmimi və isti keçən görüşdə tərəflər əməkdaşlıq və dostluq əlaqələrinin gələcəkdə də daha sıx davam etməsinə dair işlər görəcəklərini bildirdilər.




















 

tarix : 21.10.2022

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.