ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin Eko Park İnnovasiya Mərkəzində “Yaşıl şəbəkə” ekoklub üzvləri ekskursiya və maarifləndirici proqramın təşkilində iştirak etmişlər.
25 oktyabr 2022-ci il tarixində M.Şəhriyar adına 193 nömrəli tam orta məktəbin “Yaşıl şəbəkə” ekoklub üzvləri üçün Eko Park İnnovasiya Mərkəzinin ərazisində ekskursiya və maarifləndirici proqram təşkil edilmişdir.

Ekskursiya və maarifləndirici proqram SOCAR-ın “Ekoloji təbliğat və maarifləndirməyə dair 2021-2022-ci illər üzrə Tədbirlər Planı”nda məktəblilərin və gənclərin ekoloji maarifləndirilməsi, ekoloji biliklərinin artırılması və bu sahədə bacarıqların formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə əməkdaşlığa əsasən təşkil edilmişdir.
Tədbirdə SOCAR-ın Ekologiya və enerji keçidi məsələləri üzrə Departamentinin Dekarbonizasiya və ekoloji layihələrinin idarəedilməsi şöbəsinin böyük mühəndisi Əsmər Orucova, “Azneft” İB-nin Ekoloji Layihələrin İdarəedilməsi şöbəsinin rəis müavini Ənvər Həsənov, Eko Park İnnovasiya Mərkəzinin rəhbərliyi və əməkdaşları, Cəmiyyətin ictimai-sosial şöbəsinin, “Ekologiya” İdarəsinin sosial şöbəsinin əməkdaşları və M.Şəhriyar adına 193 nömrəli tam orta məktəbin “Yaşıl şəbəkə” ekoklub üzvləri iştirak etmişlər.
Ekskursiya və maarifləndirici proqram Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi “Respublika Uşaq-Gənclər Mərkəzi” Publik Hüquqi Şəxsi və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin əməkdaşlarının birgə təşkilatçılığı ilə təşkil edilmişdir. 
Proqramın məqsədi məktəblilərin ekoloji maarifləndirilməsi, ekoloji şüurun formalaşması və onlara ətraf mühitin qorunması sahəsində xüsusi biliklərin aşılanmasından ibarət olmudur.
Ekskursiya zamanı şagirdlər park ərazisində olan alternativ enerji mənbələri, Enerji İdarəetmə Mərkəzi və fidanlıq sahəsi və istixana ilə tanış olmuşlar.
Tədbirin sonunda Eko Park İnnovasiya Mərkəzinin akt zalında toplantı olmuş və məktəblilər tərəfindən “Alternativ enerji mənbələri” haqqında təqdimat nümayiş etdirilmişdir.















tarix : 27.10.2022

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.