ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də Risklərin idarə edilməsi sisteminin tətbiqi üzrə Təlim keçirilmişdir
2022-ci ildə “Ekol Mühəndislik Xidmətləri” QSC-də Risklərin idarə edilməsi sistemi tətbiq edilməyə başlanılmışdır. Cəmiyyətin  rəhbərliyi  risklərin  idarə  edilməsi  sisteminin  vacibliyini  və  rolunu  təsdiqləyərək  həmin  sistemin  Cəmiyyətdə inkişafını tam dəstəkləyir. Risklərin idarə edilməsi Siyasəti Cəmiyyətdə risklərin idarə edilməsi sisteminin fəaliyyətinin əsas prinsiplərini müəyyən edir.

Bu məqsədlə Cəmiyyətin Baş direktorunun müvafiq 28 iyul 2022-ci il 352 saylı əmri ilə Baş direktorun SƏTƏM üzrə müavini Eldəniz Həsənlinin rəhbərliyi ilə İşçi qrupu yaradılmışdır. İşçi qrupunun rəhbəri Eldəniz Həsənli təlimi açıq elan edərək təlim haqqında və risklərin idarəedilməsi sisteminin tətbiqi ilə bağlı ətraflı məlumat verərək risklərin idarəedilməsi sahəsində mövcud vəziyyət və qarşıda duran vəzifələr haqqında danışdı. İşçi qrupu verilən tapşırıqlara əsasən “Ekol Mühəndislik Xidmətləri” QSC-nin “Risklərin idarə edilməsi üzrə Təlimat Toplusu” hazırlanmış və Baş direktor tərəfindən təsdiq edilmişdir. Təlimatın tələblərinə uyğun olaraq Cəmiyyətin biznes proseslərinin siyahısı təsdiq edilmiş, əsas və köməkçi biznes proseslərin səmərəliliyi təhlil edilmişdir. 
Sonrakı mərhələdə isə QSC üçün önəmli olan biznes prosesləri üzrə risklər aşkarlanmış və nəticədə əhəmiyyətli risklərin reyestri müəyyənləşdirilərək təsdiq edilmişdir. Həmin siyahıda göstərilən hər bir risk üzrə 2022-ci il üçün Risk pasportları hazırlanmışdır. Risk papsortlarında riskin idarə edilməsi üçün detallı qiymətləndirmə aparılmış və müvafiq tədbirlərin icrası nəzərdə tutulmuşdur.  
Risklərin idarə edilməsi sahəsində biznes proses sahiblərinin nəzəri və praktiki bilik və bacarıqlarını artırmaq məqsədilə 28 və 31 oktyabr 2022-ci il tarixlərində QSC-nin idarəetmə aparatında və istehsalat sahələrində təlim keçirilmişdir. Təlimdə “Təhlükə və risklərin qiymətləndirilməsi”, “Risklərin idarə edilməsi sisteminin nəzəri əsasları” və “QSC-də Risklərin idarə edilməsi sahəsində mövcud vəziyyət və qarşıda duran işlər” üzrə mövzular dinlənilmiş və geniş müzakirələr aparılmışdır. Təlim “Ekol Mühəndislik Xidmətləri” QSC-nin “Ekologiya” İdarəsinin Risklər üzrə meneceri - Elnur Əlizadə tərəfindən həyata keçirilmişdr. 











tarix : 01.11.2022

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.