ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

8 noyabr – “Zəfər Günü” münasibəti ilə “Ekol Mühəndislik Xidmətləri” QSC-də tədbir keçirilmişdir.
05 noyabr 2022-ci il tarixində “Ekol Mühəndislik Xidmətləri” QSC-də 8 noyabr – “Zəfər Günü” münasibəti ilə 2-ci Qarabağ Vətən Müharibəsi iştirakçıları ilə görüş keçirilmişdir.

Görüşdə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin rəhbər heyəti, departament və şöbə rəisləri, şəhid ailələri, 2-ci Qarabağ Vətən Müharibəsi iştirakçıları və kollektiv üzvləri iştirak etmişlər.
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının himni səsləndi. Daha sonra Vətən uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş direktoru Ramil Əliyev çıxış edərək “Dəmir yumruq” əks hücum əməliyyatı zamanı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli Müzəffər Ordumuzun sona qədər qəhrəmancasına 44 günlük mübarizəsi nəticəsində Ermənistan işğalçı qüvvələri tərəfindən zəbt edilmiş torpaqlarımızın azad edilməsini böyük tarixi hadisə kimi qiymətləndirdi.
 Çıxışının davamı olaraq Ramil Əliyev bildirdi ki, bugün biz hər birimiz Şəhidlərimizə və Qazilərimizə borcluyuq. Müstəqilliyimiz, Vətənimizin ərazi bütövlüyü, namus və ləyaqətimiz uğrunda mübarizəyə qatılmış bu cəsur qəhrəman igidlər Azərbaycan xalqının başını uca etdi. Heç vaxt unutmayacağımız və unutdurmayacağımız bu qəhrəmanlar hər bir Azərbaycan anasının əziz övladı, xalqımızın qüruru və iftixarı oldu. Rəşadət rəmzi olan bu qəhrəmanlar bugünkü və sabahkı gəncliyin əbədi amalı, and və uyuduqları məkan müqəddəs ziyarət yeri olduğunu bildirdi.   
Daha sonra Ramil Əliyev 2-ci Qarabağ Vətən Müharibəsi iştirakçıları Altay Hüseynovu, Afiq Məmmədovu, Surət Fərzəlibəylini, Mahir Cəfərovu və Maarif Sadıqovu müharibədə göstərdikləri fədakarlığa görə və qələbə münasibəti ilə təbrik etdi, şəhid ailələri Yeganə Rüstəmovaya, Rəqiyyə İsmayılovaya şəhidlərimizə Uca Allahdan rəhmət diləmiş, qürurlu olmaları və xalqımızın onları yetirən insanlar qarşısında borcunun daha dərin olduğunu bildirdi. 
Görüşdə çıxış edənlər Baş direktorun müavini - Texniki direktor Məzahir Hüseynov, Baş direktorun müavini Yaqub Ağasiyev, İqtisadiyyat və Uçot departamentinin rəisi, Birinci Qarabağ Müharibə veteranı Əli Bağış da təbrikə qoşularaq qəhrəman döyüşçüləri ürəkdən təbrik edərək can sağlığı və ailə xoşbəxtliyi arzuladılar. 
Tədbirin davamı olaraq 2-ci Qarabağ Vətən Müharibəsi iştirakçıları Altay Hüseynov və Maarif Sadıqov keçdikləri döyüş yolu haqqında tədbir iştirakçılarına məlumat verdilər və onların çıxışları çox maraqla qarşılandı. 
Daha sonra Zəfər gününə, 2-ci Qarabağ Vətən Müharibəsi qəhrəmanı şəhid Orxan Cabbarov haqqında və Bayraq gününə həsr olunmuş videoçarx nümayiş etdirildi.
Tədbirdə 2-ci Qarabağ Vətən Müharibəsi iştirakçılarına hədiyyələr təqdim edilmişdir.
2-ci Qarabağ Vətən Müharibəsi iştirakçıları onlara verilən yüksək qiymətə görə “Ekol Mühəndislik Xidmətləri” QSC rəhbərliyinə və kollektivinə öz təşəkkürlərini bildirdilər.   
Sonda 2-ci Qarabağ Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə xatirə şəkili çəkdirildi.
Görüş Ali Baş Komandan cənab İlham Əliyevin sözləri ilə yekunlaşdı.

Qarabağ Bizimdir!
Qarabağ Azərbaycandır!





























 

tarix : 05.11.2022

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.