ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-nin kollektivi 9 noyabr - Dövlət Bayrağı Gününü xalqımızın şərəf tarixi kimi yaddaşlarında yaşadırlar.
Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın  9-da  Azərbaycan  Xalq  Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilmiş və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur.

Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada  Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir.1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan  Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət Bayrağı elan etmişdir.
1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa  etmişdir.
Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə və 2009-cu il noyabrın 17-də isə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncamlar imzalamışdır.  Həmin ildən etibarən  hər il 9 Noyabr Respublikamızda Dövlət Bayrağı Günü kimi qeyd olunur.
Bu tarixi hadisə münasibəti ilə QSC-nin kollektivi Azərbaycan xalqını təbrik edir və milli şərəfimizin simvolu olan bayrağımızı daima uca  tutur. Gənc nəsildə bayrağımızın şərəf və ləyaqətini qorumaq, məhəbbət hissi aşılamaq  hər birimizin vətəndaşlıq borcudur.
Ali Baş komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Müzəffər Ordumuzun Qarabağın azad olunması uğrunda apardıqları məqsədyönlü tədbirlər nəticəsində 8 noyabr 2020-ci il tarixində Şuşa şəhəri işğaldan azad olundu.
Üç rəngli bayrağımız hal-hazırda Şuşa şəhərində əzmlə dalğalanır. Bu münasibət ilə bütün dünya Azərbaycanlılarını ürəkdən təbrik edirik!!!

QARABAĞ BİZİMDİR!
QARABAĞ AZƏRBAYCANDIR!


tarix : 09.11.2022

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.