ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-nin Dezinfeksiya şöbəsi karantin günlərində SOCAR-ın strukturuna daxil olan qurumlarda, birgə müəssisələrdə Koronavirus (COVİD-19) infeksiyasından mühafizə məqsədilə profilaktiki tədbirləri gücləndirilmiş iş rejimində davam etdirir.
Karantin günlərində  (31 oktyabr 2022 –  10 noyabr 2022) Dezinfeksiya  şöbəsinin  əməkdaşları Koronavirus  infeksiyasının  ölkəmizdə  yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirə salınmaz dezinfeksiya işlərini gücləndirilmiş iş rejimində SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrdə, birgə müəssisələrdə, idman komplekslərində və QSC-nin xidmət göstərdiyi sahələrdə davam etdirmişlər.

İş yerlərində SOCAR-ın 15 oktyabr 2020-ci il tarixli telefonoqramında nəzərdə tutulmuş profilaktik tədbirlərin, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən olunmuş tədbirlərin yerinə yetirilməsi üçün Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən müntəzəm olaraq dezinfeksiya işləri aparılır.
SOCAR-ın Təsərrüfat İdarəsində və İnsan Resursları Departamentində, “Azneft” İstehsalat Birliyinin inzibati binası və onun strukturuna aid olan 1 saylı İxtisaslaşdırılmış Neft Mədən Xüsusi Texnika İdarəsinin, 2 saylı Nəqliyyat İdarəsinin inzibati binalarında, Maddi Texniki Təchizat İdarəsinin inzibati binasında və 2 saylı Sənqəçal Bazasında, “Abşeronneft”, “Bibiheybətneft”, H.Z.Tağıyev, Ə.Əmirov adına NQÇİ-nin inzibati binaları və sahələrində, N.Nərimanov adına NQÇİ-nin Neftin Kompleks Hazırlanması və Nəqli sahəsində, “28 May” NQÇİ-nin Qazın Tam Hazırlanması və Nəqli (Qaradağ) sahəsində,  Qaz Tədarükü (Hövsan, Zirə) sahələrində, Dalğıc Xilasetmə xidmətinin Pirallahı sahəsində, Qaz Anbarları İstismarı İdarəsinin inzibati binası və onun strukturuna aid olan Anbar Təsərrüfatında, Elektrik təchizatı və elektrik avadanlıqlarının təmiri, Qaradağ Kompressor,  Qaradağ Qazsazlama, Quyuların əsaslı və yeraltı təmir, Nəzarət ölçü cihazları, İstismar avadanlıqlarının təmiri sahələrində, Qaz Emalı zavodunda, Neft Kəmərləri İdarəsinin inzibati binasında və onun  struktur bölmələri olan Sumqayıt Neftin Tədarükü sahəsində, Dübəndi İstehsalat Bölümünün inzibati binasında, İxrac İstehsalat Bölümünün Suraxanı Neftin Nəqli sahəsində, Anbar Təsərrüfatı Bölümünün sahələrində, Qaradağ İstehsalat Bölümünün Puta və Daşgil Neftin Təhvili sahələrində, Abşeron İstehsalat Bölümünün Dübəndi, Lökbatan, Sabunçu və Sumqayıt Neftin Nəqli sahələrində, “Neftqaztikinti” trestinin  inzibati binasında və onun strukturuna aid olan 2 saylı Əzimkənd sahəsində, 4, 5 və 7 saylı Tikinti Quraşdırma Bölümlərində, Neftqazelmitədqiqatlayihə İnstitutunun Eksperimental Təcrübə Sınaq İşləri Bazasında, Azərkimya İstehsalat Birliyinin inzibati binasında və onun struktur bölmələri olan Təmir-Tikinti İdarəsində, Etilen - Polietilen zavodunda, Qaz İxracı İdarəsinin inzibati binasında və onun strukturuna aid olan Anbar Təsərrüfatında, Balaxanı Kompressor sahəsində, Abşeron Magistral Qaz Kəmərlərinin İdarəsinin inzibati binası və onun struktur bölmələri olan Yeni Yasamal, Yeni Suraxanı, Xırdalan, Masazır, Ramanı, Balaxanı, Qaraçuxur, Qaradağ və Sumqayıt Qaz Paylayacı Stansiyalarında, Azəriqaz İstehsalat Birliyinin inzibati binası və onun struktur bölmələri olan Sənaye Qaz sayğaclarının sökülməsi bölümündə, Bakı Regional Qaz İstismar departamentinin inzibati binası və onun struktur bölmələri olan Xətai, Xəzər, Suraxanı və Qaradağ Texniki İstismar Xidmətlərində, Təmir Tikinti İdarəsinin  1 və 2  saylı Təmir Quraşdırma, 2 və 4 saylı Qəza Təmir Bərpa sahələrində, Anbar Təsərrüfatı Bölümündə, Texniki Nəzarət şöbəsində, Kompleks Qazma İşləri Trestinin inzibati binasında və onun strukturuna aid olan Təchizat və Logistika İstehsalat Bölümünün 2 saylı anbarında, Bulla-Sahil İstehsalat Bölümündə, Neft Daşları-Günəşli İstehsalat Bölümünün, Qazma Servis İstehsalat Bölümündə inzibati binalarında, Geofizika və Geologiya İdarəsinin inzibati binasında və onun strukturuna aid olan Bahar Mədən Geofizika Bölümündə, Mədəngeofizika İstehsalat Bölümünün “Sənqəçal”, “Azəri” Mədən Geofizika Bölümlərində, Kəşfiyyatgeofizika İstehsalat Bölümünün Geoloji Materialların Emalı İmpretasiya Ekspredisiyasında, Sənaye Təhlükəsizlik, Təhlükəsizlik İdarələrinin inzibati binalarında, Metanol və Karbamid zavodunun inzibati binaları, sex və sahələrində, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Bakı Neft, Neft Məhsullarının Qəbulu və Göndərilməsi Bazalarında,  Nəqliyyat İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan 1, 2, 4 və 6 saylı Texnoloji Nəqliyyat  Departamentlərinin inzibati binalarında, xüsusi texnika və nəqliyyat vasitələrində, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Zığ sahəsində, Daşgil-Sənqəçal Rabitə İnformasiya sahələrində, Qobustan Avtomatlaşdırılmış Telefon Stansiyasında, “Ümid-Babək” Əməliyyat Şirkətinin Mərkəzi Anbarında və Tikinti sahəsində, H.Əliyev adına Bakı Dərin Özüllər zavodunda, Bakı Ali Neft Məktəbində, Tullantıların İdarəedilməsi Mərkəzində, eyni zamanda, O.Vəliyev 1 ünvanında yerləşən inzibati binada, Tullantıların emalı departamentinin 3, 4, 5, 6-cı (H.Əliyev adına NEZ-in 10 saylı İstehsalatın Su Təchizat və Neft Məhsulları Tullantıları Qarışığının Qəbulu üzrə xidmət sahəsinin ərazisi) sahələrində, Torpaqların rekultivasiyası departamentinin  1-ci (“Abşeronneft”,  H.Z.Tağıyev adına NQÇİ-nin mədən ərazisi), 2-ci (“Bibiheybətneft” NQÇİ-nin mədən ərazisi) sahələrində  ümumilikdə 308 273 m2  deratizasiya, 337 871 m2  dezinseksiya və 22 456 m2  sahədə Koronavirus (COVİD-19) infeksiyası əleyhinə dezinfeksiya işləri yerinə yetirilmişdir.
SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrinin ərazilərində 500 m2  sahələrdə sürünənlərə qarşı dərmanlama işləri aparılmışdır.
Bundan başqa QSC-nin baş ofisində, inzibati binalarında və bütün xidməti sahələrində Koronavirus infeksiyasına yoluxması faktını müəyyən etmək məqsədi ilə, işçilərin hər gün işə başlamazdan əvvəl xüsusi cihaz vasitəsi ilə hərarətlərinin ölçülməsi, əllərin və ayaqların xüsusi vasitələrdən istifadə etməklə dezinfeksiya edilməsi, maarifləndirmə işlərinin aparılması ən vacib qabaqlayıcı tədbir kimi yoluxmanın qarşısını almaq məqsədi daşıyır.
Məlum olduğu kimi, “Sanitariya - Epidemioloji Salamatlıq Haqqında” Azərbaycan Respublikası Qanunun  25-ci maddəsinə uyğun olaraq  Nazirlər Kabinetinin 2021-ci il 22 dekabr tarixli qərarına əsasən ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2023-ci il 01 yanvar saat 00.00-dək uzadılmışdır.
Uzadılmış karantin rejimi dövründə Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən Koronavirus (COVİD-19) infeksiyasının yayılması əleyhinə dezinfeksiya işləri SOCAR-ın idarə və müəssisələrində, birgə müəssisələrdə, idman komplekslərində və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət sahələrində mütəmadi olaraq davam etdirilir.
















tarix : 11.11.2022

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.