ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyi münasibətilə tədbir keçirilmişdir.
18.11.2022-ci il tarixində “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş ofisində YAP Nizami rayon təşkilatının Babək prospekti 10 G ərazi partiya təşkilatı idarə heyəti və üzvlərinin, İkinci Qarabağ Vətən Müharibəsi iştirakçılarının, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyovun və sədr müavini Rəşadət Xalıqovun iştirakı ilə Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyinə həsr olunmuş geniş tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan YAP Nizami rayon təşkilatının Babək prospekti 10 G ərazi partiya təşkilatının sədri Ramil Əliyev qonaqları və tədbir iştirakçılarını salamladı. Sonra Yeni Azərbaycan Partiyasının yaradıcısı Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
YAP Nizami rayon təşkilatının Babək prospekti 10 G ərazi partiya təşkilatının sədri Ramil Əliyev çıxışını davam etdirərək Yeni Azərbaycan Partiyasının yaranmasının zamanın tələblərindən irəli gəldiyini qeyd etdi və ölkəmizin əldə etdiyi uğurların məhz bu partiya və onun qurucusu, Ümummilli Lider Heydər Əliyevin ideyaları, Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlı olduğunu vurğuladı. YAP Nizami rayon təşkilatının Babək prospekti 10 G ərazi partiya təşkilatının sədri daha sonra bildirdi ki, YAP-nın yaranmasından sonra Heydər Əliyevin hakimiyyətə gəlməsi, Azərbaycanın müstəqilliyi üçün yaranmış təhlükələrin çox qısa zamanda aradan qaldırılması kimi şərəfli bir tarixə malikdir.
Tədbirin davamı olaraq çıxış üçün söz YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyova verildi. Ramil Vəlibəyov Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə siyasi həmfikirlərinə səmimi arzularını bildirdi və ötən dövr ərzində YAP-nın fəaliyyəti barədə geniş məlumat verərək, Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət əsasında Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyinin, əbədiliyinin və sarsılmazlığının daimi olacağını vurğuladı.
Ramil Vəlibəyov daha sonra YAP-nın ölkəmizin daxili və xarici siyasətində, iqtisadiyyatımızın dinamik inkişafında və bütövlükdə bütün sahələr üzrə əvəzsiz rolunu tədbir iştirakçılarının diqqətinə çatdırdı və qeyd etdi ki, möhtərəm Prezidentimiz, YAP-nın sədri İlham Əliyevin uğurlu siyasəti nəticəsində müstəqil, demokratik Respublikamız surətlə inkişaf edir və partiyanın nüfuzu günü-gündən artmaqdadır. Məhz bunun nəticəsidir ki, bu gün YAP-nın sıralarında 850 mindən çox ziyalı və sağlam düşüncəli insanları birləşdirmişdir.
Sonra çıxış edən natiqlər Baş direktorun müavini Yaqub Ağasiyev, Baş  direktorun SƏTƏM üzrə müavini Eldəniz Həsənli YAP-nın yaranmasının 30 illiyi münasibətilə öz siyasi həmfikirlərinə gələcək ictimai-siyasi fəaliyyətlərində uğurlar arzuladı və Heydər Əliyev ideyalarının əzmlə həyata keçirilməsi, dövlətçiliyimizin qorunması və inkişaf etdirilməsi yolunda Yeni Azərbaycan Partiyasının ətrafında daha da sıx birləşməyə çağırdı. 
Sonra Yeni Azərbaycan Partiyasının yaranma tarixinə həsr edilmiş video çarxa baxıldı.
Tədbirdə YAP  Nizami rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştiraklarına görə Nizami rayon təşkilatının Babək prospekti 10 G ərazi partiya təşkilatının bir neçə veteran və fəallarına “Fəxri Fərman”lar və İkinci Qarabağ Vətən Müharibəsi iştirakçılarına “Təşəkkürnamə”lər təqdim edildi. 
Sonda “Təşəkkürnamə” alan İkinci Qarabağ Vətən Müharibəsi iştirakçıları və  “Fəxri Fərman” alan Nizami rayon təşkilatının Babək prospekti 10 G ərazi partiya təşkilatı veteran və fəalları ilə xatirə şəkili çəkdirildi.
Bununla da YAP-ın yaranmasının 30 illiyinə həsr olunmuş növbəti tədbir başa çatmışdır.





























tarix : 18.11.2022

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.