ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri ” QSC-də Ümummilli Lider Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə əlaqədar tədbirlər keçirilmişdir
Artıq 19 ildir ki,  Azərbaycan xalqı hər il dekabr ayının 12-də  Ümummilli Lider, müstəqil Azərbaycan Respublikasının memarı  Heydər Əliyevin  anım gününü böyük ehtiramla yad edirlər. Əbədiyyətə qovuşmuş,  xalqımızın yaddaşında dərin iz  buraxmış  bu dahi tarixi şəxsiyyətin   əziz xatirəsi böyük  məhəbbətlə anılır və bu münasibətlə tədbirlər keçirilir.

Əvvəlcə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin rəhbərliyi SOCAR-ın rəhbər heyəti və çoxminli kollektivi ilə birlikdə anım mərasimində iştirak edərək Ümummilli Lider Heydər Əliyevin  Fəxri Xiyabandakı abidəsi önünə tər çiçəklər düzmüş və onun əziz xatirəsini yad etmişlər.
Anım tədbiri “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş ofisində davam etdirilmişdir.
Tədbirdə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin rəhbər heyəti, departament və şöbə rəisləri, kollektiv üzvləri iştirak etmişlər. İlk öncə Azərbaycan Respublikasının himni səsləndi. Daha sonra Ümummilli Lider Heydər Əliyevin, Vətən uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Ümummilli Lider Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə əlaqədar dövlət qurumları, siyasi partiyalar, qeyri - hökumət təşkilatları, ictimaiyyətin nümayəndələri Ulu öndərin Fəxri Xiyabandakı məzarını ziyarət edir və anım tədbirləri keçirirlər.
Tədbirdə çıxış edən “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş direktoru Ramil Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dahi siyasətçi, böyük şəxsiyyət Ümummilli Lider Heydər Əliyevin Vətən qarşısında xidmətlərinin danılmaz olduğunu bildirdi. 
Daha sonra Ramil Əliyev çıxışını davam etdirərək Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurucusu, müstəqil dövlətin Konstitusiyasının qəbul olunmasında, Azərbaycan milli bayrağı – Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi elan edilməsində böyük rolu olduğunu vurğuladı.
Toplantıda çıxış edənlər “Ekol Mühəndislik Xidmətləri” QSC-nin “Ekologiya” İdarəsinin rəisi Əflatun Həsənov, Tullantıların emalı departamentinin rəisi Zeynal Babayev, Torpaqların rekultivasiyası departamentinin rəisi Məhəmmədəli Həsənov və Kadrlar şöbəsinin rəisi Sədaqət Söhbətova Heydər Əliyevin həyat və fəaliyyətinin əsas məqamlarından, eləcə də onun xalq və dövlət qarşısındakı danılmaz xidmətlərindən danışdılar.
Çıxış edənlər inamla bildirdilər ki, dünya miqyasında müstəqil Azərbaycandan danışanda həmişə onun qurucusu Heydər Əliyev anılır və adı uca tutulur.
Qeyd olunmuşdur ki,  Ümummilli Liderin şah əsəri olan Azərbaycan bu gün  Heydər Əliyevin ideyaları altında dinamik inkişaf yolu ilə gedir. Ulu öndərin layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət nəticəsində respublikamızda milli iqtisadiyyatımızın və qeyri neft sektorunun  inkişafı  üçün  əlverişli  şərait yaradılmışdır.
Toplantıda Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən video çarx nümayiş olunmuş, və xatirəsi əziz tutulmuşdur.  
Odur ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.













tarix : 12.12.2022

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.