ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də 12.12.2022-ci il tarixində maarifləndirmə tədbirlərinin keçirilməsinə başlanmışdır.
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin bütün istehsalat və xidmət sahələrində Ekoloji Monitorinq Departamentinin və Texniki Təhlükəsizlik şöbəsinin əməkdaşları tərəfindən İSO 45001 – 2018 Əməyin Mühafizəsi və Təhlükəsizliyinin İdarəolunması Sisteminin tələblərinə uyğun “İş yerində stressin idarə olunması haqqında”, “Fərdi Mühafizə Vasitələrindən istifadə qaydaları haqqında”, “ Qaz təhlükəli işlərin aparılması qaydaları haqqında” və İSO 14001-2015 Ətraf Mühitin İdarəolunması Sisteminin tələblərinə uyğun “Təbii resurslardan səmərəli istifadə qaydaları haqqında” mövzuları üzrə maarifləndirmə keçirilir.

Maarifləndirmə tədbiri Ümummilli Lider Heydər Əliyevin anım gününə təsadüf etdiyi üçün əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, Vətən uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra  tədbirin davamı olaraq QSC öz fəaliyyətini qəbul etdiyi İSO 9001, İSO 14001 və İSO 45001 Beynəlxalq İdarəetmə Standartlarının tələblərinə əsasən qurduğu bildirdi.
Bu ildə də maarifləndirmə tədbirləri təsdiq olunmuş qrafik və mövzulara  uyğun olaraq “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Ekoloji Monitorinq Departamentində, Tullantıların Emalı Departamentinin 3,4,5,6-cı (H.Əliyev adına NEZ-in 10 saylı İstehsalatın Su Təchizat və Neft Məhsulları Tullantıları Qarışığının Qəbulu üzrə xidmət sahəsinin ərazisi) sahələrində,  Torpaqların Rekultivasiya Departamentinin 1-ci və 2-ci sahələrində, Elektromexanika sexində, Nəqliyyat sexində, İnzibati Təsərrüfat şöbəsində, Tullantıların İdarə Edilməsi Mərkəzində, Dezinfeksiya şöbəsində, Eko Park İnnovasiya Mərkəzində və “Ekologiya” İdarəsində keçirilməsi nəzərdə tutulmuşdur. Hər dörd mövzu haqqında təlim iştirakçılarına Ekoloji Monitorinq Departamentinin (EMD) rəis müavini Ceyhun Əsgərov və Texniki Təhlükəsizlik şöbəsinin rəisi Səbuhi Veysəlov geniş məlumat verirlər. Təqdim edilmiş mövzular ətrafında yüksək keyfiyyətli təlimlər təşkil edilir və müzakirələr aparılır.
Maarifləndirmə tədbirləri 20.12.2022-ci il tarixinədək davam etdiriləcək.











tarix : 15.12.2022

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.